Dünya boyu COVID-19 pandemiyasından ölənlərin sayı 350 mini ötüb.
Cənubi Koreyada son 49 gündə koronavirusa ən çox yoluxma halı qeydə alınıb. Rəsmilər diqqəti onlayn ticarət nəhəngi olan Coupang şirkətinin işçilərini test etməyə yönəldib, çünki onlarla yeni yoluxma halının Seul yaxınlığında yerləşən bu şirkətlə əlaqəsi var.
Cənubi Koreyanın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi bildirib ki, 40 yeni yoluxma halının 4-dən başqa hər biri Seul ərazisində qeydə alınıb. Ölkə koronavirus pandemiyasının ilk episentlərindən biri idi, lakin indi çox nadir hallarda hər gün təsdiq olunan yoluxma hallarına görə ilk 50 ölkə arasında yer alır.
Braziliya da artıq ən çox narahatlıq doğuran ölkələr arasındadır və yoluxma hallarına görə Birləşmiş Ştatlardan sonra ikinci yerdədir. Çərşənbə axşamı Braziliyada dünya boyu ən çox ölüm halları qeydə alınıb. Belə ki, orada həmin gün 1039 nəfər həyatını itirib.
Hindistanda da çərşənbə günü rekord 6 min yeni yoluxma halı qeydə alınıb və bununla ümumi yoluxma halları 150 mini keçib.
Meksikada həmçinin koronavirusla bağlı gərginliyin artdığı bildirilir. Orada bir gün ərzində virus səbəbilə 501 nəfər ölüb, 3455 yoluxub.
Meksika dünya boyu bir çox ölkə kimi iqtisadi fəallığı bərpa etməklə sosial məsafə və özünü təcrid qaydaları arasında seçimi dəyərləndirir.
Birləşmiş Ştatlarda ştat qubernatorları karantin rejimlərini ləğv etməyə davam edir. Məsələn Nevadanın qubernatoru Stiv Sisolak Las Veqasda kazinoların iyunun 4-də fəaliyyətlərini bərpa edə biləcəklərini elan edib.
Yeni Zelandiya çərşənbə günü ölkə xəstəxanalarında COVID-19 pasientlərinin artıq olmadığını bildirib. Səhiyyə rəsmiləri deyir ki, Yeni Zelandiyada yalnız 21 aktiv xəstə olub. Ölkə beş həftəlik sərt baglama tədbirləri görmüşdü və aprel ayının sonunda karantin rejimini yavaş-yavaş yumşaltmağa başladı.
Yeni Zelandiya və Avstraliya səyahət qadağalarını qaldıraraq iki ölkə arasında səfərlərin bərpa olunması üzərində işləyir.
İpsaniyada isə çərşənbə günü ölkədə COVID-19-dan ölən 27 mindən çox insanın xatirəsini yad etməq məqsədilə 10 günlük matən elan olunub.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?