GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Cümhuriyyət varislərinin iştirakı ilə beynəlxalq videokonfrans təşkil olunub

Cümhuriyyət varislərinin iştirakı ilə beynəlxalq videokonfrans təşkil olunub

Tarix: 29-05-2020, 10:18 Bölmə :Cəmiyyət Baxış: 319
Cümhuriyyət varislərinin iştirakı ilə beynəlxalq videokonfrans təşkil olunub


Diasporla İş üzrə Dövlət Komitəsi və Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 102 illiyinə həsr edilən beynəlxalq videokonfrans keçirilib.

Dövlət Komitəsindən verilən məlumata görə, muzeyin direktoru Rafael Hüseynovun moderatorluğu ilə keçirilən tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, tanınmış diplomat, Azərbaycan mühacirət tarixinin tədqiqatçısı Ramiz Abutalıbov, Azərbaycan Xalq Cümhuriyyətinin varisləri – Xalq artisti, maestro Ramiz Məlikaslanov (AXC-nin yollar, poçt və teleqraf naziri Xudadat bəy Məlikaslanovun nəvəsi), Azərbaycan-Amerika Cəmiyyətinin prezidenti Tomris Azəri (AXC-nin ilk təhlükəsizlik orqanına rəhbərlik etmiş Nağı Şeyxzamanlının nəvəsi), İlhami Asgeran (Gəncə Şəhər Dumasının üzvü Ələkbər Rəfibəylinin qohumu), Yaqut Abdullayeva (Azərbaycanın Dövlət himninin sözlərinin müəllifi, şair Əhməd Cavadın nəvəsi), Gürcüstandakı Mirzə Fətəli Axundov adına Mədəniyyət Muzeyinin direktoru Leyla Əliyeva, Gürcüstan Parlamentinin deputatı Ruslan Hacıyev, ABŞ-dan yayımlanan GünAZ TV-nin prezidenti Əhməd Obalı, Almaniya Azərbaycanlıları Koordinasiya Şurasının sədri Yaşar Musayev, Rusiya Vəkillər Kollegiyasının üzvü Ələkbər Qarayev, İsveçrə Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi Qasım Nəsirov, Azərbaycan Diaspor Gənclərinin Türkiyə üzrə koordinatoru İlteriş Taşkınsu iştirak ediblər.

F.Muradov 102 il öncə xalqımızın tarixində baş vermiş bu böyük hadisə münasibətilə hər bir azərbaycanlını təbrik edib. Şərqdə ilk dünyəvi və demokratik dövlətin Azərbaycanda qurulmasının əhəmiyyətindən, 1991-ci ildə bərqərar etdiyimiz dövlət müstəqilliyimizin dönməz və əbədi olmasından danışan Dövlət Komitəsinin sədri qeyd edib ki, bu gün xaricdə yaşayan, fəaliyyət göstərən azərbaycanlılar, o cümlədən Cümhuriyyət varisləri dünyada Azərbaycanı ləyaqətlə təmsil edirlər.

Görkəmli dövlət xadimi Heydər Əliyevin daim Cümhuriyyət tarixinə, onun qurucularına və varislərinə böyük önəm verdiyini xatırladan Dövlət Komitəsinin sədri bildirib ki, bu siyasət hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının sərəncamı əsasında Bakı şəhərinin mərkəzində abidənin ucaldılması ilə Cümhuriyyət qurucularının adlarının əbədiləşdirildiyi, AXC-nin 100 illiyi münasibətilə ölkədə "Cümhuriyyət ili" elan edilməsi, bu yubileylə bağlı təsis edilən medalın Cümhuriyyət varislərinə təqdim olunması, 2018-ci ildə ölkəmizdə və xaricdə AXC-nin yubileyinin təntənəli şəkildə qeyd olunması bir daha yada salınıb. Bütün bunların dövlətçilik tariximizə verilən yüksək dəyərin göstəricisi olduğu nəzərə çatdırılıb.

Sonra tədbirin moderatoru, AXC-nin tədqiqatçılarından biri, həmin tarixi dövrlə bağlı dərin biliyə malik olan, Cümhuriyyət qurucularının onlarla varisi ilə şəxsi ünsiyyətdə olmuş Rafael Hüseynov 1918-1920-ci illərə tarixi ekskurs edib. O bildirib ki, AXC zəngin dövlət quruculuğu təcrübəsi ilə milli dövlətçilik tarixində silinməz izlər qoyub, xalqın qəlbində azadlıq və istiqlal duyğularını gücləndirməklə ölkəmizin gələcək müstəqilliyi üçün etibarlı zəmin hazırlayıb.

R.Hüseynov Cümhuriyyət qurucuları, onların diplomatik fəaliyyəti, bu dövrdə parlamentin formalaşması və qısa müddət ərzində qəbul etdiyi qanunlar, elm və təhsil, siyasi partiyalar və dövlət quruculuğunda onların rolu, dövlət-din münasibətləri və digər sahələrdə fəaliyyətləri barədə ətraflı məlumat verib.


Moderator qeyd edib ki, Cümhuriyyət qurucuları elə böyük şəxsiyyətlərdir ki, onları bu gün bizim hər birimiz, eləcə də gələcək nəsillər həmişə minnətdarlıqla, dərin sevgi hissi ilə yada salmalıyıq: "Onların yox yerdən qurduqları Cümhuriyyət, xalqımıza bəxş etdikləri istiqlaliyyət bu millətin var olduğu müddətdə qazandığı ən böyük nailiyyətdir".

R.Hüseynov onu da diqqətə çatdırıb ki, Cümhuriyyət qurucularının paytaxtdakı ilk iş və yaşayış yeri o dövrdə “Metropol” mehmanxanası, indiki Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi olub. Muzeyin rəhbəri olmağım, orada çalışmağım ona dəlalət edir ki, mən o böyük insanların izlərinə demək olar ki, hər gün toxunuram.

Moderator vurğulayıb ki, bu gün biz Cümhuriyyət quruculuğunda qəhrəmanlıqlar göstərən hər bir insanın – siyasətçinin də, sıravi əsgərin də, adi vətəndaşımızın da xidmətlərini məhəbbət və ehtiramla yad edirik. İnanırıq ki, gələcək nəsillər də bu şanlı tariximizi həmişə hörmətlə anacaq.

Şeyxzamanlılar nəslinin nümayəndəsi Tomriz Azəri AXC-nin əhəmiyyətindən danışmaqla yanaşı, atası və əmisi ilə bağlı xatirələrini bölüşüb.

Müzakirələr zamanı Azərbaycan diasporunun milli düşüncədən uzaq olmaması, azərbaycançılıq ideologiyası ətrafında birləşməsi, əqidə ortaqlığı, Vətənə gözəl münasibəti barədə fikir mübadiləsi aparılıb. Qeyd edilib ki, azərbaycanlıların dünyanın harasında yaşamasından asılı olmayaraq, məhz ortaq düşüncə ətrafında birləşmələri, taleyüklü məsələlərdə eyni fikrə sahib olmaları Azərbaycan dövlətinin dayaqlarını daha da gücləndirə bilər.

Tədbir iştirakçıları Cümhuriyyət qurucularının fəaliyyətindən, Azərbaycanın dünyadakı mövqeyindən, Qarabağ uğrunda aparılan mübarizədən, ərazi bütövlüyümüzün təmin olunmasından, dünya azərbaycanlılarının birləşməsindən, diasporun təşkilatlanmasından, Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılmasından, Heydər Əliyevin misilsiz xidmətlərindən, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan yüksək səviyyəli diaspor siyasətinin dünya azərbaycanlılarının yekdilliyinə və birliyinə gətirib çıxarmasından, Birinci vitse-prezident Mehriban Əliyevanın diaspor fəaliyyətinin yeni müstəvidə inkişaf etməsi istiqamətindəki fəaliyyətindən danışıblar.

Fuad Muradov əlavə edib ki, COVID-19 pandemiyası dönəmində məhz Prezidentin və Birinci vitse-prezidentin tapşırıqlarına əsasən, xaricdə yaşayan və müvəqqəti çətinliklə üzləşən azərbaycanlılar dövlətin diqqət və qayğısı ilə əhatə olunublar.

Müstəqilliyə, dövlətimizin möhkəmlənməsinə xidmət edən bütün görkəmli şəxsiyyətlərin böyük sevgi, hörmət və ehtiramla xatırlandığı videokonfrans Cümhuriyyətin 100 illiyi ilə bağlı AXC varislərinə yubiley medallarının təqdim olunmasını əks etdirən videoçarxın nümayişi ilə yekunlaşıb.

Gundemxeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunan rəsmi qəbul keçirilib

    Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik ...

    28-05-2018, 14:01

  • 
  • Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin yeni müavini təyin edildi

    Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin yeni ...

    15-03-2018, 13:45

  • 
  • Nazim İbrahimovun üstündəki "qara buludlar” dağıldı - Yeni vəzifə verildi

    Nazim İbrahimovun üstündəki "qara buludlar” ...

    31-05-2018, 13:53

  • 
  • Bakı Kristal Zalında AXC-nin 100 illik yubileyinə həsr edilən təntənəli konsert keçirilir

    Bakı Kristal Zalında AXC-nin 100 illik yubileyinə ...

    28-05-2018, 21:47

  • 
  • Bakıda Ombudsmanların XV Bakı Beynəlxalq Konfransı keçirilir

    Bakıda Ombudsmanların XV Bakı Beynəlxalq ...

    20-06-2018, 12:26


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (546)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu