“Hazırda koronavirusa yoluxmuş 391 pasiyentin vəziyyəti ağır, 59 nəfərin vəziyyəti isə çox ağırdır. 15 nəfər ağciyərlərin süni ventilyasiyası aparatına qoşulub”.
Gundemxeber.Az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Ermənistanın səhiyyə naziri Arsen Torosyan açıqlayıb.
“Təcrübə göstərir ki, sənaye kollektivlərində aşkarlanan yoluxma halları sonradan xəstəliyin alovlanmasına yol açır”, - nazir əlavə edib.
Qeyd edək ki, Ermənistanda indiyədək baş nazir Nikol Paşinyan daxil olmaqla 11 121 nəfərə koronavirus diaqnozu qoyulub. Onlardan 176 nəfər ölüb, 3 468 nəfər isə sağalıb.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?