GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Komitə sədri: "Sərt karantin rejiminin nəticələrini iyunun ikinci yarısında görəcəyik"

Komitə sədri: "Sərt karantin rejiminin nəticələrini iyunun ikinci yarısında görəcəyik"

Tarix: 9-06-2020, 23:10 Bölmə :Cəmiyyət Baxış: 300
Komitə sədri: "Sərt karantin rejiminin nəticələrini iyunun ikinci yarısında görəcəyik"



Azərbaycanda koronavirusa yoluxanların sayı sürətlə artır. Bunun nəticəsidir ki, pandemiyadan ölənlərin sayı da çoxalmaqda davam edir. Təəssüflər olsun ki, yoluxanlarla sağalanlar arasında ciddi fərq müşahidə olunur. Virusa yoluxanların sayının sağalanlara nisbətən artması pandemiyanın yayılmasının qarşısının alınması istiqamətində ölkəmizdə həyata keçirilən tədbirlərin daha da sərtləşdirilməsini zəruri edib. Elə bu istiqamətdə həyata keçirilən tədbirlərdən biri kimi Nazirlər Kabinetinin "Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə" iyunun 4-də imzaladığı qərarını göstərmək olar. Həmin qərara əsasən, 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək (ötən həftənin şənbə və bazar günü - red) Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində bütün iş, xidmət və ticarət sahələri üzrə fəaliyyət, eyni zamanda ictimai nəqliyyatın və avtomobillərin hərəkəti dayandırıldı. Həmçinin Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda əhalinin yaşayış yerlərini və ya olduğu yerləri tərk etməsi qadağan edildi. Lakin bu qərar ictimaiyyətdə bimənalı qarşılanmayıb. Çünki bəziləri yalnız həftə sonları tətbiq olunan bu qadağanın nəticəsiz olduğunu düşünür. Bəs, görəsən, sərt krantin rejiminin nəticəsi nə zaman bilinəcək?

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, ixtisasca həkim olan Musa Quliyev “Report”a açıqlamasında bildirib ki, COVID-19-un inkubasiya müddəti 7-14 gündür və iyun ayının ikinci yarısından sərt karantin rejiminin müəyyən nəticələrini görmək mümkün olacaq.

Onun sözlərinə görə, Azərbaycanda koronavirus analizlərinin nəticələri 3-5 gün arasında bilinir: “Bəzən nəticədə qeyri-dəqiqlik ola bilər. Bu zaman təkrar analiz götürülür. Hər halda sistem kifayət qədər uğurludur. Analiz götürülən şəxslərə də 3-5 gün ərazində məlumatlar verilir. Ümumiyyətlə, rejimin sərtləşdirilməsinin bir neçə mənada xeyiri var. Birincisi, insanların intizama dəvət olunması və məsuliyyət hissinin artırılmasıdır. Çünki insanlar evdə qaldıqdan sonra işə çıxanda bir müddət üzərlərində məsuliyyətin olduğunu hiss edirlər və yavaş-yavaş vərdişlərə yiyələnirlər. İkincisi, insanlar istirahət günləri daha çox sərbəst qalırlar və biryerə toplaşmağa meyilli olurlar. Digər tərəfdən, iki günlük sərt karantin rejimindən bir-iki həftə sonra onun müsbət nəticələrini görəcəyik. Bu təcrübədən dünyada, eləcə də qonşu Türkiyədə istifadə edilib və olduqca müsbət nəticələr əldə olunub".
Komitə sədri payız aylarında koronavirusa yoluxma hallarının artacağı ilə bağlı proqnozlara da münasibət bildirib: "Yaxşı olar ki, insanlarımız uzun müddət bu rejimdə yaşamağa vərdiş etsinlər. Çünki koronavirus hələ ki bizimlədir, vaksini yoxdur. Yəqin ki, ilin sonuna kimi onunla mübarizə aparmalı olacağıq. Xüsusən də payız aylarında havanın soyuması, iqlimin dəyişməsi və insanların immunitetinin zəifləməsilə əlaqədar virusa yoluxma hallarının yenidən artması barədə müəyyən proqnozlar var. Bunun üçün payız aylarına qədər insanların virusdan qorunma vərdişləri və hazırlıqları artırılmalıdır. Bunun üçün də belə tədbirlərin aparılması əhəmiyyətlidir”.

M.Quliyev bildirib ki, insanlar indiki şəraitə uyğunlaşmalı, sosial məsafəni gözləməli və maskadan istifadə etmədirlər: “Ayrı yolumuz yoxdur. Əgər ölkə Prezidenti, Ali Baş Komandan bizə tövsiyələr verirsə, xəstəliklə mübarizə üçün Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılıbsa, dövlət tərəfindən bu qədər işlər görülürsə, cəmiyyət də öz məsuliyyətini dərk etməlidir. Ona görə də mən düşünmürəm ki, şənbə və bazar günlərində tətbiq edilən qadağalar nəticəsiz qalsın. Əlbəttə ki, müsbət nəticə olacaq. Əgər bunun effekti zəif olarsa, yoluxma halları çox olan ayrı-ayrı lokal bölgələrdə karantinlər təşkil etmək olar. Hazırda da bəzi müəssisələrin bağlanması və insanların təcrid olunması prosesi gedir. Bu virus çox sürətlə yayıldığı üçün yay fəslində insanları izoliyasiya etmək mümkün deyil. Nəzərə alsaq ki, xaricdən də vətəndaşlarımız gəlir, onların yerləşdirilməsi və karantin şəraitində saxlanılması lazımdır. Dünya təcrübəsi də göstərdi ki, total izoliyasiya tədbirləri öz təsirini göstərir. Yenidən sərt karantin rejiminə dönmək də mümkündür. Hərçənd ki, insanlar üçün həm psixoloji, həm də fiziki baxımdan çox çətindir. Amma yoluxmalar belə davam edərsə, bu addım da atıla bilər”.

Gundemxeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bakı polisi küçələrdə çağırış edir

    Bakı polisi küçələrdə çağırış edir ...

    6-06-2020, 12:27

  • 
  • Region qeydiyyatında olanlar rayonlara getsə, Bakıya qayıda bilməyəcəklər - RƏSMİ AÇIQLAMA

    Region qeydiyyatında olanlar rayonlara getsə, ...

    5-06-2020, 16:22

  • 
  • Azərbaycanda karantin rejiminin müddəti yenidən uzadıldı - RƏSMİ

    Azərbaycanda karantin rejiminin müddəti yenidən ...

    29-05-2020, 17:27

  • 
  • Koronavirusa yoluxanların sayı son günlər iki dəfəyədək artıb

    Koronavirusa yoluxanların sayı son günlər iki ...

    5-05-2020, 22:14

  • 
  • Operativ Qərargah bu dəfə 2 günlük sərt karantin tətbiq edir

    Operativ Qərargah bu dəfə 2 günlük sərt ...

    9-06-2020, 19:42


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (546)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu