GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » “Bacım dedi ki, sənin borcun çoxdur, Şahinlə cinsi əlaqədə ol” — Beyləqanda dəhşətli QƏTL

“Bacım dedi ki, sənin borcun çoxdur, Şahinlə cinsi əlaqədə ol” — Beyləqanda dəhşətli QƏTL

Tarix: 11-06-2020, 11:38 Bölmə :Cəmiyyət Baxış: 725
“Bacım dedi ki, sənin borcun çoxdur, Şahinlə cinsi əlaqədə ol” — Beyləqanda dəhşətli QƏTL


Beyləqan rayonunda intim əlaqədə olduğu qadını öldürməkdə təqsirli bilinən Füzuli rayon sakini, 1990-cı il təvəllüdlü Şahin Quliyevin işinə Ali Məhkəmədə baxılıb.

GundemXeber.Az Demokrat.az-a istinadən bildirir ki, Şahin Quliyev 2009-cu ildən etibarən bir neçə dəfə görüşüb və cinsi əlaqədə olduğu Səmayə Baxışovanın (cinayət işində adı keçən zərərçəkmiş şəxslərin ad və soyadları şərti verilib – red.) yaşadığı Beyləqan rayonundakı evinə 2016-cı il noyabrın 24-də yenidən gəlib.

İstintaqın gəldiyi nəticəyə görə, Şahin Quliyev həmin vaxt Səmayənin evində olan bacısı Səidə ilə pul müqabilində cinsi əlaqədə olmaq istədiyini bildirib. Səmayə də pul müqabilində onun bacısı ilə intim əlaqədə olmasına razılıq verib.

Bu zaman Şahin Quliyev Səmayəyə 10 manat verərək, cinsi münasibətdə olmaq üçün Səidə ilə birlikdə otaqlardan birinə keçib.

Onlar soyunduqdan sonra Şahin Səidəyə müəyyən qeyri-etik hərəkətlər etməsini təklif edib. Səidə onun bu sözlərindən əsəbiləşib və otağı tərk edib, digər otaqda olan bacısı Səmayə həmin təkliflə əlaqədar narazılığını bildirib.

Səmayə Şahinə hansı səbəbdən bacısına belə təkliflər etdiyini soruşub, ona iradını bildirib. Buna görə də onların arasında mübahisə yaranıb.

Mübahisə zamanı Səmayə Şahindən evdən həyətə çıxarıb, darvazanın qarşısına ötürərək getməsini tələb edib. Bu zaman Şahin qadından verdiyi 10 manatı qaytarmasını tələb edib.

Səmayə isə Şahinə bacısı Səidə ilə otaqda xeyli vaxt keçirdiyi səbəbindən pulu qaytarmaqdan imtina edib və ondan həyəti tərk etməsini istəyib.

Səmayənin bu hərəkətlərindən qəzəblənən Şahin onu qəsdən həyatı üçün təhlükəli olan zərər vurmaq qərarına gəlib.

Bu niyyətlə Şahin Səmayənin saçından tutub, onun qarın nahiyəsinə bir dəfə zərbə vurub. Səmayə Beyləqan rayon Mərkəzi Xəstəxanasına vaxtında çatdırılıb və intensiv tibbi yardımların göstərilməsinə baxmayaraq, dekabrın 1-də aldığı xəsarətlərdən xəstəxanada ölüb.

“Dava-dalaş olmayıb”

İstintaq orqanı tərəfindən Şahin Quliyevin barəsində Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır xəsarət yetirmə, ehtiyatsızlıqdan zərərçəkmişin ölümünə səbəb olma) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Şahin Quliyev ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib.

Şahin Quliyev qeyd edib ki, mərhum Səmayə ilə 2009-cu ildə 1-ci Şahsevən kəndi ərazisində yerləşən “Qoca” kafesində tanıyıb:

“Kafedə işləyən Səmayə ilə həm orada, həm də Mil qəsəbəsindəki evində dəfələrlə öz razılığı ilə cinsi əlaqədə olmuşam. Axırıncı dəfə Səmayə ilə yaşadığı evdə qeyd olunan hadisədən bir il altı ay əvvəl görüşdük, onunla cinsi əlaqədə olduq. Onu tanıdığım müddətdə aramızda narazılıq, mübahisə və dava-dalaş olmayıb”.

Daha sonra Şahin Quliyev ifadəsində hadisə günü kartından pul çıxarılması məsələsinə dair ittihama cavab verib. O, qeyd edib ki, hadisə baş verən günü o kartından pul çıxarıb və həmin pulu intim əlaqədə olmaq üçün Səmayəyə verib.

“İşdən çıxdığımı bildirdim”

Şahin Quliyevin ifadəsinə görə, nə ibtidai istintaq zamanı, nə də əvvəlki məhkəmə baxışlarında bu məsələyə aydınlıq gətirilməsinə heç bir cəhd göstərilməyib:

“Mənim bu barədə dediklərim ümumiyyətlə araşdırılmayıb. Həm ibtidai istintaq zamanı, həm də məhkəmə baxışlarında bildirmişəm ki, hadisə baş verən vaxt mən də hər hansı bir kart ola bilməzdi. Çünki 2016-cı ilin oktyabr aylarında ordudan tərxis olunmuşam və həmin dövrdən əmək haqqı kartım bağlanıb. Bundan əlavə həmin vaxtdan üç ay əvvəl, hələ orduda xidmət etdiyim müddətdə iş yoldaşım İqbaldan 800 manat borc almışam. Həmin borcu hissə-hissə ödəmək üçün kartımı ona vermişdim. Karta yüklənən əmək haqqının bir hissəsi hər ay bank kreditinə çıxılıb, qalan təxminən 200 manatı isə hər ay İqbal özü kartdan çıxarıb. Sonradan 2016-çı ilin noyabrında İqbal mənə zəng vuraraq niyə kartda pul olmadığını soruşdu. Ona artıq işdən çıxdığımı bildirdim”.

Şahin Quliyevin sözlərinə görə, Səmayə və Səidəni hamı tüfeyli və əxlaqsız həyat tərzi keçirən qadınlar kimi tanıyıblar:

“Onlar daim sərxoş olublar. İlkin verdikləri ifadələrində olduğu kimi həqiqətən də ola bilsin onlar Səmayəyə xəsarət yetirən həmin şəxsi tanımayıblar. Cinayət işinin açılması naminə müstəntiq onları inandırıb ki, məhz mən həmin ona xəsarət yetirən şəxs olmuşam”.

Mərhum Səmayə Baxışova vəfat etməmişdən əvvəl xəstəxanada ilkin ifadə verib. Məhkəmədə həmin ifadə tədqiq olunub.

“Könüllü olaraq cinsi əlaqədə olduq”

Səmayə Baxışova həmin ifadəsində bildirib ki, oğlu Rövşənlə birlikdə Beyləqan rayonu, Mil qəsəbəsində yaşayıb: “Noyabrın 24-də, günorta saatlarında kiminsə həyətdən məni çağırdığını eşitdim. Həyətə çıxanda hərbi geyimdə cavan bir oğlanın yaşadığım evin darvazası qarşısında dayandığını gördüm. Həmin oğlan onu tanıyıb-tanımadığımı soruşdu. Mən isə onu tanımadığımı bildirdim. Oğlan əvvəllər tanış olduğumuzu, cinsi münasibətdə olduğumuzu dedi. Həmin oğlanla 2009-cu ildə Beyləqan rayonu, Mil qəsəbəsindəki kafelərdən birində tanış olmuşam. Həmin müddətdə onunla bir neçə dəfə könüllü olaraq cinsi əlaqədə olmuşam. Həmin dövrdə oğlan mənə Füzuli rayonu, Kürdmahmudlu kəndindən olduğunu, adının Şahin olduğunu söyləyib. Təxminən 1 il 6 ay əvvəl (Cinayət işi üzrə sözü gedən hadisədən əvvəl – red.) əvvəl mənimlə əlaqə saxlayaraq yenə cinsi əlaqədə olmaq istədiyini dedi. Həmin vaxt könüllü olaraq cinsi əlaqədə olduq. Bundan sonra həmin oğlanı bir daha görməmişəm, onunla danışmamışam”.

“Əvvəlcə Şahini, sonra isə bacımı digər otağa keçirdim”

Səmayə Baxışova keçmiş günlərini belə xatırlayıb və hadisə baş verən günü Şahin Quliyevlə söhbətini istintaqçılara belə nağıl edib: “Həmin gün bizə gələn Şahin mənimlə cinsi əlaqədə olmaq istədiyini dedi. Razılıq verəndən sonra Şahin bankomatdan pul çıxarıb, qayıdacağını söylədi. Bir qədər sonra həmin qəsəbədə yaşayan bacım Səidə bizə gəldi. Həmin vaxt oğlum Rövşən Beyləqan şəhərinə getmişdi. Bir qədər sonra Şahin geri qayıtdı. Mənimlə cinsi əlaqədə olmaq üçün digər otağa keçən zaman bacımı gördü. Şahin bacım ilə cinsi əlaqədə olmaq istədiyini bildirdi. Bunun müqabilində 10 manat verdi. Mən də Səidəyə yaxınlaşaraq Şahinin adını demədən, tanışım olduğunu, onunla cinsi əlaqədə olmaq istədiyini və bunun üçün verməli olduğu pulu aldığımı bildirdim. Səidə razılıq verdikdən sonra əvvəlcə Şahini, sonra isə bacımı digər otağa keçirdim”.

“Pulu qaytarmaqdan imtina etdim”

Səmayə Baxışovanın bildirdiyinə görə, bir qədər sonra Səidə geri qayıdaraq Şahinin ona otaq soyuq olduğu üçün ehtirasa gəlmək üçün ədəbsiz hərəkətlər təklif etdiyini bildirib: “Həmin vaxt dəhlizə çıxan Şahinə nə üçün bacıma belə təkliflər etdiyini dedim. Şahin isə dediyi sözü inkar edərək, bacıma hər hansı bir təklif etmədiyini bildirdi. Bundan sonra aramızda mübahisə yarandı. Şahinə evdən getməsini, oğlumun gələcəyini dedim. Şahin verdiyi pulu tələb etdi. Mən isə ona bacım ilə otaqda vaxt keçirdiyini, buna görə də pulu qaytarmayacağımı bildirdim. Şahinlə mübahisə edə-edə birlikdə evdən çıxaraq darvazanın qarşısına gəldik. Şahin yenə məndən verdiyi pulu qaytarmasını tələb etdi. Ona pulu qaytarmaqdan imtina etdim”.

Səmayə Baxışova qeyd edib ki, bu zaman darvazanı açaraq küçəyə baxıb, küçədə heç kimin olmadığını görüb, Şahinə getməsini deyib:

“Şahin pulu tələb etdikdə isə, ona pulu qaytarmayacağım dedim. Şahin saçımdan tutaraq əlini əynindəki buşlatının içəri hissəsinə saldı və oradan çıxardığı bıçaqla qarın nahiyəmə bir bıçaq zərbəsi vurdu. Zərbəni vurduqdan sonra isə bıçağı qarnımda bir dəfə burdu. Zərbədən yerə yıxıldım, Şahin isə pəncəsini boğazıma qoyaraq pulunu tələb etdi. Şahinin bıçağa tərəf əyildiyini gördüm. Onun bıçağı çıxardaraq yenidən məni vuracağından ehtiyat edərək, cibimdəki pulu çıxartdım və yerə atdım. Bu zaman bacım Səidə evdən çıxaraq, Şahinin üzərinə hücum etdi. Şahin tez darvazadan çıxaraq qaçdı. Səidə onun arxasınca küçəyə çıxdı. Mən isə Şahinin geri qayıdaraq yenə vuracağından ehtiyat etdiyimdən bıçağı qarnımdan çıxartdım, evə tərəf tulladım. Sonra isə Səidəni çağıraraq özüm çətinliklə ayağa qalxdım və evə tərəf getdim. Səidə gəldikdən sonra birlikdə evə keçdik. Divanın yanında yerə uzandım. Mobil telefonum ilə oğluma hadisə barədə məlumat verdim. Bir qədər sonra digər bacım Səlimə, onun arxasınca isə oğlum gəldi. Oğlum məni avtomobillə Beyləqan rayon Mərkəzi Xəstəxanasına gətirdi”.

“Oğlanla söhbət etdi”

Cinayət işi üzrə şahid qismində ifadə verən qətlə yetirilən Səmayə Baxışovanın bacısı Səidə bildirib ki, noyabrın 24-də, saat 11 radələrində bacısı Səmayəgilə gəlib: “Səmayə yumurta bişirdi, birlikdə nahar etdik. Bir qədər sonra qonşuluqda olan alverçi qadın olan Sevda da gəldi. Bir az söhbət edəndən sonra Sevda getdi. Sevda gedərkən çöl qapını arxadan bağlmadıq. Pəncərədən çöl darvazadan bir nəfər adamın həyətə keçdiyini gördüm. Səmayə işıq pulu yığan olduğunu güman etdi və çölə çıxdı. Bir az sonra geri qayıdan Səmayə bildirdi ki, narahat olma, bu, mənim tanıdığım adamdır. Sonra Səmayə yenidən həyətə çıxdı, oğlanla söhbət etdi. Sonra Səmayə həmin oğlanı evə gətirdi və digər otağa keçirdi. Həmin oğlanın adının Şahin olduğunu bildim. O, içkili vəziyyətdə idi”.

“Dedi ki, sənin borcun çoxdur”

Səidə qeyd edib ki, Səmayə həmin oğlanla otağa keçən vaxt onun oğlu zəng edib, yemək üçün evə gələcəyini deyib: “Bu səbəbdən Səmayə Şahinə getməsini və bir azdan gəlməsini dedi. Sonra onu yola saldı. Şahin gedəndən 15-20 dəqiqə sonra geri qayıtdı, yenə Səmayə ilə otağa keçdilər. Səmayə bu zaman mənə dedi ki, sənin borcun çoxdur, sən otağa gir, Şahinlə cinsi əlaqədə ol. Mən də pul müqabilində intim əlaqədə olmaqla razı oldum. Şahinlə cinsi əlaqədə olmaq üçün otağa keçdim. Otaqda olarkən Şahin məni nalayiq söyüşlərlə söydü və ədəbsiz hərəkətlər etməyimi tələb etdi. Bundan əsəbiləşdiyim üçün otaqdan çıxdım, Şahinlə cinsi əlaqədə olmadım”.

“Polislər gəldi”

Şahid qeyd edib ki, Səmayə Şahini yola salarkən, qapıdan qışqırıq səsi eşidib: “Səsə görə qapıya qaçdım. Şahinin Səmayəni bıçaqla vuraraq yerə yıxdığını, ayağını onun başının üstünə qoyaraq, Səmayənin üstündən pul axtardığını gördüm. Şahin yerə düşmüş papağını götürərək qaçdı. Səmayə kömək çağırdı. Onu bacım və oğlu xəstəxanaya apardılar. Həmin vaxt polislər gəldi. Bıçağı polislərə verdim”.

Cəza verildi

Bu cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılıb. Hakim Rafiq Cəfərovun sədrliyi ilə baş tutan prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə Şahin Quliyev 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Şahin Quliyev apelyasiya şikayəti verib. O, bu qətl hadisəsini törətmədiyini, barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Onun şikayətinə bir müddət əvvəl Şirvan Apelyasiya Məhkəməsində hakim Etibar Camalovun sədrliyi ilə baxılıb. Şahin Quliyevin bəraət istəməsi barədə şikayəti təmin olunmayıb. Amma onun cəzasə 11 ilə qədər yüngülləşdirilib.

Bu qərardan narazı qalan Şahin Quliyev kasasiya şikayəti verib. O, kasasiya şikayətində Şirvan Apelyasiya Məhkəməsinin qərarının ləğv edilməsini, işinə yenidən apelyasiya instansiyasında bəraətverici əsaslarla baxılmasını istəyib.

Prokuordan etiraz

Ali Məhkəmədə onun kasasiya şikayəti hakim Tahir Kazımovun sıdrlik etdiyi kollegiyada araşdırılıb. Kasasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda kasasiya şikayətinin təmin olunması barədə qərar elan edib.

Şirvan Apelyasiya Məhkəməsinin qərarı ləğv edilib, işin yenidən apelyasiya instansiyasında araşdırılması barədə qərar qəbul edilib.

Bu səbəbdən iş materialları yenidən araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib.

Şikayətə apelyasiya instansiyasında bu dəfə hakim Ələsgər Novruzovun sədrlik etdiyi kollegiyada baxılıb. Apelyasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti təqsirləndirilən şəxsin apelyasiya şikayətini təmin edib, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ləğv edilib.

Yeni hökmə əsasən, Şahin Quliyevin qətl hadisəsi törətməsi sübuta yetirilməyib. Məhkəmə onun barəsində bəraət hökmü çıxarıb. Barəsində həbs qətimkan tədbiri ləğv edilib. O, məhkəmə zalından azadlığa buraxılıb.

Bu qərardan narazı qalan prokuror apelyasiya protesti verib. Prokuror şikayətində protestində apelyasiya instansiyası tərəfindən çıxarılan bəraət hökmünün qanunsuz olduğunu qeyd edib.

Bildirib ki, məhkəmə kollegiyası bu nəticəyə gələrkən iş üzrə toplanmış obyektiv və mötəbərsübutlara deyil, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan qəsdən sağlamlığaağır xəsarət yetirmə cinayət əməlini törətmiş Şahin Quliyevin cinayət məsuliyyətindən yaxa qurtarmaqüçün həqiqəti əks etdirməyən ifadələrini inandırıcı və əsas sübut kimi qəbul edib, bu ifadələr əsasında onu cinayət məsuliyyətindən əsassız olaraq kənarda qoyub:

“Şahin Quliyevin özünü təqsirli bilməməsi ilə bağlı verdiyi ifadələrə, yəni qeyd olunan hadisənitörətməməsi, hadisə vaxtı qayınatasının evində olması və buna dair gətirdiyi dəlillərə, eləcə də Şahin Quliyevin məsuliyyətdən yayınmasında maraqlı olan adları qeyd olunan onun yaxın qohumlarınınifadələrindəki dəlillərə tənqidi yanaşaram. Bu dəlilləri məhkəmə istintaqında tədqiqolunmuş sübutlar, o cümlədən zərərçəkmiş şəxs və şahid ifadələri, işin müəyyən edilmişhallarına dair baxış, götürmə protokolları, ekspertiza rəyləri, ifadələrin yerində yoxlanılmasıprotokollarını, tanınma protokollarını, üzləşdirmə protokollarını, eləcə də, yuxarıda qeyd olunandigər sübutlarla müqayisəli təhlil edilib. Qeyd olunanlarla təqsirləndirilən şəxsin və onunqohumlarının gətirdiyi dəlillərin təkzib olunduğunu nəzərə alaraq, onların bu xüsusat üzrəverdikləri ifadələri həqiqətə uyğun gəlməyən və cinayət işi materialları ilə təkzib edilən ifadələr kimi qiymətləndirilməlidir”.

Prokuror protestinin sonunda Şirvan Apelyasiya Məhkəməsinin qərarının ləğv edilməsini, təqsirləndirilən şəxsin cəzasının ağırlaşdırılması ilə bağlı işin yenidən apelyasiya instansiyasında araşdırılması barədə qərar qəbul edilməsini istəyib.

Prokurorun protesti araşdırılması üçün Ali Məhkəməyə göndərilib. İş araşdırılması üçün hakim Gülzar Rzayevanın icraatına verilib.

Kasasiya protestinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib. Qərara görə, prokurorun protesti təmin olunmayıb.

Gundemxeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Göyçayda kişi yaşı 16-dan az olan qızla cinsi əlaqədə oldu, həbs edildi

    Göyçayda kişi yaşı 16-dan az olan qızla cinsi ...

    20-06-2019, 15:38

  • 
  • "Oktar qadınlarla cinsi əlaqədə ola bilmirdi, bütün qızlarla..." - "Kedicik"dən ŞOK AÇIQLAMA

    "Oktar qadınlarla cinsi əlaqədə ola ...

    12-07-2018, 13:04

  • 
  • Nişanlısının bakirəliyini pozdu,qeyri-təbii yolla cinsi əlaqədə oldu, sonra... - Oğuzda ŞOK HADİSƏ

    Nişanlısının bakirəliyini pozdu,qeyri-təbii yolla ...

    24-07-2017, 15:10

  • 
  • "Tanımadığım evdə onunla cinsi əlaqədə oldum" - İtkin düşən azyaşlı qız

    "Tanımadığım evdə onunla cinsi əlaqədə ...

    19-10-2015, 17:43

  • 
  • “VAZ-2107”-də zorla İNTİM MÜNASİBƏT: qızı maşına mindirdi, kəndə apardı... - QAZAXDA

    “VAZ-2107”-də zorla İNTİM MÜNASİBƏT: qızı maşına ...

    4-07-2017, 19:25


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (546)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu