“Çimərliklərə getmək üçün proqram hazırlanır”.
Bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) başçısı Aparatının rəhbəri Elgin Həbibullayev deyib.
E.Həbibullayev bildirib ki, çimərliklərdə sıxlıq olmasın deyə, vətəndaş şəxsiyyət vəsiqəsinin FİN-kodunu daxil etməklə özünə hər hansı çimərlikdə yer bron edəcək:
“Yaxın günlərdə bu barədə ictimaiyyətə məlumat veriləcək. Çimərlik 400 nəfər tutursa, isti havada oraya 800 adam gələ bilər. Bunun qarşısını almaq üçün həmin proqram barədə əlavə məlumatlar veriləcək”. /Oxu.az
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?