Azərbaycanda 352 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 196 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.
Hazırkı dövrədək ölkəmizdə 9570 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 5309 nəfər müalicə olunaraq sağalıb, 115 nəfər vəfat edib, 4146 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?