GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Əmisi arvadı ilə 10 il gizli eşq yaşayan gəncə höküm oxundu: Bakıda qan donduran olay

Əmisi arvadı ilə 10 il gizli eşq yaşayan gəncə höküm oxundu: Bakıda qan donduran olay

Tarix: 16-06-2020, 10:40 Bölmə :Cəmiyyət Baxış: 517
Əmisi arvadı ilə 10 il gizli eşq yaşayan gəncə höküm oxundu: Bakıda qan donduran olay


Bakıda əmisi arvadını qısqanclıq zəminində qətlə yetirməkdə ittiham olunan 1983-cü il təvəllüdlü Rəsul Hüseynovun məhkəməsi başa çatıb.

Gundemxeber.Az-ın Azerbaycanrealligi.com-a istinadən xəbərinə görə, Rəsul Hüseynov Pirallahı qəsəbəsində uşaq vaxtlarındn birlikdə yaşadığı əmisi arvadı Mariya Qəhrəmanova ilə on il gizlin şəkildə intim münasibətdə olub.

O, Mariya Qəhrəmanovanın Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 10 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən əri iki günlük uzunmüddətli görüşə gedəcəyi barədə xəbər alıb. Bundan qısqanclıq hissi keçirərək uzun müddət tərgitdiyi spirtli içki qəbul etməyə başlayıb.

16 iyul 2018-ci il tarixdə cəzaçəkmə müəssisəsindən evə qayıdan Mariya Qəhrəmanova ilə mübahisə edib. İyulun 17-də səhər saat 7 radələrində spirtli içki qəbul edib və sərxoş vəziyyətdə yaşadığı evə gəlib.

Rəsul Hüseynov evin giriş otağında Mariya Qəhrəmanova ilə qarşılaşıb. O, yenə də əmisi arvadı ilə mübahisə edib, otağın pəncərəsini sağ əli ilə vuraraq sındırıb.

Daha sonra onlar evin həyətində olan hamamda münaqişəni davam etdiriblər. Rəsul Hüseynov onu qadın kimi çox istədiyini, ərinin yanına gedərək uzunmüddətli görüşdə olmasını qısqandığını və bunu unutmaq üçün daha çox spirtli içki qəbul etdiyini deyib. Mariya Qəhrəmanovanın onun

sevgisinə laqeyd yanaşması, içki içməsinə irad tutması səbəbindən qisas almaq məqsədi ilə əmisi arvadını öldürmək qərarına gəlib.

Rəsul Hüseynov yumruqla Mariya Qəhrəmanovanın baş nahiyəsinə zərbə vurub, qollarından tutaraq itələyib.

Bu zaman qadının başı hamamın beton divarına dəyib və o, aldığı xəsarətdən ölüb.

İstintaq orqanı tərəfindən Rəsul Hüseynovun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib. Onun cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb.

Məhkəmədə ifadə verən Rəsul Hüseynov elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. Qeyd edib ki, hadisə zamanı sərxoş olub: “Əmim iki ildir həbsdədir. Əvvəllər spirtli içki içəndə sərxoş vəziyyətdə ailə üzvlərimlə mübahisə edirdim, ev əşyalarını sındırırdım. Hadisədən 5 ay əvvəl əmim arvadına və əmim qızına içkini tərgidəcəyimə söz verdim. Son bir neçə gündə yenidən içməyə başlamışdım”.

Hadisə baş verən gün sərxoş olduğunu deyən Rəsul Hüseynov əlavə edib ki, əmisi arvadı ilə də məhz buna görə mübahisə edib: “Səhər tezdən dənizə getmək istəyirdim. Sərxoş olduğuma görə Mariya mənə irad bildirdi, məni söydü. Hirslənib əlimlə pəncərəni sındırdım, əlim kəsildi. Qanı yumaq üçün hamama keçdim. Mariya isə mənə yerə tökülən şüşələri təmizləyəcəyimi söylədi. Qapıda dayanıb söyüş söyməyə davam etdi. Onu əlimlə kənara itələyib hamamdan çıxmaq istədikdə yerə yıxıldı. Mən heç vaxt onu başından vurmamışam. Mariyanın yüksək qan təzyiqi var idi. Ölümünə səbəb də bu olub”.

Əmisi arvadı ilə heç zaman yaxın münasibətdə olmadığını deyən Rəsul Hüseynov istintaq zamanı belə ifadə vermədiyini söyləyib.

Qeyd edək ki, Rəsul Hüseynov istintaqa verdiyi ifadəsində göstərib ki, təxminən on ildir əmisi arvadı ilə aralarında intim münasibət olub, bundan heç kimin, eləcə də əmisinin xəbəri olmayıb. O, Mariyanı bir qadın kimi çox istədiyini, onu qısqandığını göstərib: “Mariyanın əmimin yanına gedəcəyini hadisədən bir həftə əvvəl eşitmişdim, qısqanclıqdan özümə yer tapa bilmirdim. Qıqanclıq hissi məni narahat etməsin deyə yenidən araq içməyə başladım. Mariya evə qayıdanda onu qısqandığımı, buna görə də neçə gündür içdiyimi dedim. O isə laqeydlik göstərərək içməyimə deyingənlik etdi, nalayiq sözlər dedi. Mən də əsəbiləşib vurdum”.

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilən Nərminə Hüseynova ifadəsində anası ilə Rəsulun arasında yaxın münasibət olduğunu hiss etdiyini, amma bununla bağlı onlara heç bir söz demədiyini söyləyib.

Anasının Rəsula daha çox diqqət göstərməsi, ona qayğı ilə yanaşması Nərminənin diqqətindən yayınmayıb.

Belə ki, anası Rəsula həmişə təzə paltar, ayaqqabılar alıb, harasa gedəndə narahat olub, dəfələrlə zəng vurub nə zaman gələcəyini soruşub: “Onların münasibətindən heç kimin xəbəri yox idi. Rəsul anamı qısqanırdı. Anam atamın yanına görüşə gedib qayıdandan sonra Rəsul həmişə evdə söz-söhbət salır, mübahisə yaradırdı. Rəsul anamın cəzaçəkmə müəssisəsinə gedəcəyini bilib, yenə də içməyə başlamışdı. Hər gün evə sərxoş gəlirdi”.

Sübh tezdən anasının səsinə yuxudan oyanan Nərminə onun yenə də Rəsulla mübahisə etdiyinin şahidi olub. Anasının “sən məni vurdun?” deyə qışqırdığını eşidincə evdən çıxaraq hamama sarı qaçıb: “Anam yerdə uzanmışdı, nəfəs almırdı. Heç yerində xəsarət yox idi. Baş nahiyəsində bir az qan var idi. Əlimlə qanı sildim. Həmin qan Rəsulun kəsilmiş əlinin qanı idi. Rəsul sərxoş halda hamamda oturmuşdu. Ondan anamı niyə vurduğunu soruşdum. Dedi ki, əcəb eləmişəm.

Qaçıb qonşuluqda yaşayan digər əmim oğlunu köməyə çağırdım, təcili yardıma zəng vurdum. Həkimlər anamı müayinə edərək öldüyünü dedilər. Rəsuldan şikayətçiyəm. Ona ağır cəza verilməsini məhkəmədən xahiş edirəm”.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rəsul Hüseyov 13 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını xüsusi rejimli cəza çəkmə müəssisəsində çəkməsi müəyyən edilib.

Hökmdən narazı qalan Rəsul Hüseynov apelyasiya şikayəti verib. O, hadisə zamanı sərxoş olduğunu, sərxoş olduğu zaman əmisi arvadı ilə mübahisə etdiyini, bu zaman ehtiyatsızlıqla onu itələdiyini deyib.

Rəsul Hüseynov hadisənin ehtiyatsızlıqdan baş verdiyini göstərib və əməlini Cinayət Məcəlləsinin 124-cü (ehtiyatsızlıqdan adam öldürmə) maddəsinə tövsif edilməsini, həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cəzanın təyin olunmasını istəyib.

Rəsul Hüseynovun şikayətinə Bakı Apelyasiya Məhkəməsində hakim Həsən Əhədovun sədrlik etdiyi kollegiyada baxılıb. Apelyasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda şikayətin təmin edilməməsi barədə qərar elan edib.

Bu qərardan narazı qalan Rəsul Hüseynov kasasiya şikayəti verib. Onun kasasiya şikayəti baxılması üçün Ali Məhkəməyə göndərilib.

Hakim Hafiz Nəsibovun sədrliyi ilə baş tutan iclasda kasasiya şikayəti araşdırılıb, sonda qərar elan edilib.

Rəsul Hüseynovun kasasiya şikayəti də təmin olunmayıb.

Gundemxeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bakıda qadını yumruqla vuraraq öldürdülər

    Bakıda qadını yumruqla vuraraq öldürdülər ...

    18-07-2018, 16:34

  • 
  • Bakıda ailə dramı: Əmisi arvadı ilə 10 il eşq macərası yaşadı

    Bakıda ailə dramı: Əmisi arvadı ilə 10 il eşq ...

    17-12-2018, 10:44

  • 
  • Ər əmisi qızı olan arvadını öldürüb

    Ər əmisi qızı olan arvadını öldürüb ...

    14-07-2014, 13:04

  • 
  • Mehman Hüseynov cəzaçəkmə müəssisəsinə qaytarılıb

    Mehman Hüseynov cəzaçəkmə müəssisəsinə qaytarılıb ...

    9-08-2018, 15:24

  • 
  • Salyanda namus üstə qan töküldü

    Salyanda namus üstə qan töküldü ...

    17-08-2015, 14:14


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (546)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu