Son günlər Azərbaycan da daxil olmaqla dünyanın əksər ölkələrini sarsan koronavirus pandemiyasının daha da ağırlaşması haqlı olaraq dövlət qurumlarımızı daha sərt addımların atılmasına sövq edir. Amma buna rəğmən hələ də cəmiyyətin dövlət tərəfindən yürüdülən sərt müdafiə rpoqramlarına adekvat reaksiya verməməsi xəstəliyin arealını ölkə daxilində genişləndirməkdədir. Artıq pandemiyaya yoluxanlar sırasında tanınmış simalarımız da yetərincədir.
GundemXeber.Az bildirir ki, DİA.AZ-a daxil olan informasiyaya görə, artıq koronavirus pandemiyası Ramiz Mehdiyevin rəhbrəlik etdiyi Azərbaycan Milli Elmlər Akademiyasının çalışanlarını da haqlayıb.
Bu barədə verilən xəbərdə bildirilir: "AMEA-nın Neft Kimya Prosesləri institutunda koronavirus yayılıb. AMEA-nın müxbir üzvü Əsədov Ziyafəddinin vəziyyəti ağırdır".
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?