Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsi (BDYPİ) sərt karantin rejimini pozaraq Bakıya giriş və çıxışa cəhd edən sürücülərin və cərimələnən şəxslərin sayını açıqlayıb.
BDYPİ-nin şöbə rəisi, polkovnik Kamran Əliyev "Report"un sorğusuna cavab olaraq qeyd edib ki, iyunun 21-i saat 00:00-dan 22-i saat 00:00-dək ölkə ərazisində xüsusi karantin rejiminin tələblərini pozduqları üçün İnzibati Xətalar Məcəlləsinin (İXM) 211.1-ci maddəsinin tələbini pozduğuna görə, 1 440 nəfər, İXM-nin 211.2-ci maddəsinin tələbini pozduğuna görə, 132 nəfər olmaqla, ümumilikdə 1 572 nəfər inzibati məsuliyyətə cəlb edilib.
O qeyd edib ki, Ələt-Astara, Bakı-Şamaxı və Bakı-Quba yollarında qurulan karantin postlarında hərəkətinə icazə verilməyən 900 nəqliyyat vasitəsi geri qaytarılıb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?