“Azərbaycan Sənaye Bankı” ASC-nin (ASB) İdarə Heyətinin sədri Doğan Tandoğan dünyasını dəyişib.
Onun ölümünə səbəb koronavirus infeksiyası olub.
Qeyd edək ki, D. Tandoğan 1973-cü ildə Türkiyədə anadan olub.
2013-cü ildən ASB-nin İdarə Heyətinin üzvü və sədrin birinci müavinidir. 19 dekabr 2016-il tarixindən ASB-nin İdarə Heyətinin sədri təyin edilib. O, eləcə də “MilliKart” MMC-nin Direktorlar Şurasının sədri və “Azərbaycan Sənaye Sığorta” ASC-nin Direktorlar Şurasının sədri vəzifəsini icra edib.//apa
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?