Ötən gecə Tehrandakı xəstəxanaların birində güclü partlayış baş verib.
GUNDEMXEBER.AZ bildirir ki, qaz sızması nəticəsində baş verən partlayış nəticəsində 20 nəfər həlak olub. Ölənlərin 10-u tibb bacısıdır. Hadisə yerinə təcili tibbi yardım avtomobilləri və xilasedicilər cəlb edilib.
İranın bəzi mətbuat orqanları qeyd ediblər ki, partlayış xəstəxananın təsərrüfat işlərinə məsul şəxslərin məsuliyyətsizliyi nəticəsində baş verib.
Hüquq-mühafizə orqanları faktla bağlı araşdırmalara başlayıblar.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?