GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Pandemiya təhlükəsi: Birinci siniflərdə tədris necə aparılacaq?

Pandemiya təhlükəsi: Birinci siniflərdə tədris necə aparılacaq?

Tarix: 5-07-2020, 15:44 Bölmə :Cəmiyyət Baxış: 520
Pandemiya təhlükəsi: Birinci siniflərdə tədris necə aparılacaq?


Koronavirus pandemiyası səbəbilə mart ayından ölkədə dərslər onlayn şəkildə tədris olundu. Distant təhsil təcrübəsinin olmamasına baxmayaq, müəllimlər şagird və tələbələrə onlayn dərs keçdilər. Tədris ili başa çatsa da, pandemiyanın nə zaman səngiyəcəyi hələlik məlum deyil. Bu isə yeni təhsil almağa başlayacaq birinci siniflər üçün suallar doğurur. Maraqlıdır, pandemiya davam edəcəyi təqdirdə, birinci sinif şagirdlərinin dərs prosesi necə tənzimlənəcək?

Təhsil Nazirliyindən Teleqraf.com-un sorğusuna cavab olaraq bildirilib ki, hazırda nazirlikdə bu məsələ müzakirə olunur.

Təhsil Nazirliyi yanında İctimai Şuranın məsul katibi, fəlsəfə doktoru İlqar Orucov isə deyib ki, pandemiya dövründə ümumilikdə tədris prosesi müzakirə və fərqli fikirlərlə zəngindir: “Burada birinci siniflərə qəbul, birinci siniflərin dərs prosesi daha çox müzakirə mövzusudur. Birinci siniflər digər şagirdlərdən fərqli olaraq ilk dəfə məktəbə gəlir və müəllimlə, siniflə əyani tanış olurlar. İlk aylar onlara bir qədər fərqli formatda dərs keçirilir.

Birinci siniflərdən fərqli, yuxarı sinif şagirdləri bir-birini, müəllimi tanıyırlar, bir qədər müddət keçdikdən sonra burada bir nizam, məsuliyyət formalaşır. Amma birinci siniflər ailədən sonra ilk dəfə məktəbə qədəm qoyurlar. Prosesin narahatedici tərəfi başadüşüləndir. Ancaq reallıq da var, gözləmədiyimiz, istəmədiyimiz, arzulamadığımız, hazırkı dönəmdə gərgin bir vəziyyət bizi haqlayıb.

Birinci siniflər, onların valideynləri üçün nə qədər narahatlıq varsa, artıq buraxılış sinifləri və onların valideynləri üçün bundan da böyük, məsuliyyətli, eyni zamanda narahatedici məqamlar var. Biz yaranmış situasiyaya uyğun olaraq fəaliyyətimizi qorumalı, təhsili davam etdirməliyik”.

Ekspertin sözlərinə görə, pandemiya ilə bağlı dərslərin sentyabrda başlanılması ola bilər ki, mümkün olmasın:

“Birinci sinfə qəbulun hansı formada - uşaqların müəyyən say həddində qruplara bölünməsi və dərslərin keçirilməsi, yaxud başqa şəkildə aparlması kimi təkliflər var. Amma konkret qərar yoxdur. Hələ ki, vəziyyət öyrənilir və diqqətdə saxlanılır. Alternativ variantlar üzərində iş gedir. Bu, təkcə bizim ölkəmiz üçün spesifik narahatlıq deyil. Dünyanın fərqli ölkələrində də belə narahatlıqlar var. Dünya ölkələrin təcrübəsi öyrənilir. Onlar ümumiləşdirilərək qərar qəbul ediləcək. Hər halda pandemiya bitməsə, ən pis halda belə birinci siniflərə dərsləri davam etdirəcəyik.

Bütövlükdə təhsil sistemi ən çətin situasiyalara hazır olacaq. Yenə də qeyd etmək istəyirəm ki, ölkəmizin siyasi rəhbərliyinin mövqeyi ondan ibarətdir ki, Azərbaycan dövləti üçün xalqımızın sağlamlığı vacibdir. Digər bütün məsələlər ikinci planda durur, həmçinin təhsil də. Sağlamlıq ən önəmlidir”.

Məsələ ilə bağlı yekun qərarlar olmadığı üçün indidən proqnoz verməyin tez olduğunu bildirən İlqar Orucov valideynləri narahat olmamağa çağırıb: “Birinci sinifə qəbul prosesi Azərbaycan bölməsi üzrə bitib, rus bölməsində isə işlər yekunlaşmaq üzrədir.

Alternativ qərarlar nə olacaqsa, birinci sinifə qəbul olan şagirdlərin valideynlərinə məlumat veriləcək. Əlbəttə, valideynlərlə birgə təhsil ictimaiyyəti, müəllim ordusu yay aylarında prosesə hazır duruma gətiriləcək və birinci siniflərdə dərs prosesi ənənəvi formada olmasa da, vəziyyətdən asılı olaraq fərqli formada keçiriləcək”.

Metodki birləşmə sədri, ibtidai sinif müəllimi Gülşən Orucova hesab edir ki, bu gün pandemiya səbəbilə onlayn dərslər tədris olunsa da, məktəbə hazırlıq və birinci siniflər üçün bunun real olduğu görünmür:

“Ona görə ki, məktəbə ilkin gələn uşaqda hələ müəyyən bacarıqlar formalaşmayıb. Onlar onlayn olaraq kompüter qarşısında nəyisə dinləyib, öyrənə bilməzlər. Burada oxu, yazı bacarığı və digər məqamlar var. Düşünürəm ki, əgər sentyabrda dərslərin başlaması ehtimalı cüzi də olsa hissə-hissə olaraq kiçik qruplarla ola bilər ki, həftənin 5-6 günü deyil, həftədə 2-3 dəfə birinci siniflərin kiçik qruplarla məktəbə gəlməsi vacib və labüddür.

Məsələnin birinci tərəfi budur. İndi valideynlər də uşaqları qorumağa çalışırlar. Elə bir şərait ola bilər ki, sərt karantin rejimi davam etsin, bu halda dərslərin birinci siniflər üçün təxirə salınması daha məqsədəuyğundur, ən azından real vəziyyət yaranana qədər. Amma birinci sinfin onlayn dəsrlərlə başlanması qəti düzgün deyil”.

Gülşən Orucovanın sözlərinə görə, mart ayında onlayn dərslər keçirildiyi zaman, birinci siniflərin ən azından 6 aylıq təcrübəsi var idi: “Müəllimi tanıyırdılar, kollektivə alışmışdılar, müəllimin nə demək istədiyini virtual olaraq anlaya bilirdilər. Amma heç dərsə gəlməyən, hələ müəllimini tanımayan,dərsə aid komandalar barəsində məlumatı olmayan uşaq bunları yerinə yetirə bilməz”.

Gundemxeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Təhsil Nazirliyindən xəbərdarlıq: Bilik günü qeyd edilməyəcək

    Təhsil Nazirliyindən xəbərdarlıq: Bilik günü qeyd ...

    11-09-2018, 16:38

  • 
  • Azərbaycanda yeni dərs ili başladı

    Azərbaycanda yeni dərs ili başladı ...

    16-09-2019, 11:00

  • 
  • Rus dilində tədris davam etdiriləcək? - Təhsil naziri əmr imzaladı

    Rus dilində tədris davam etdiriləcək? - Təhsil ...

    28-09-2018, 20:51

  • 
  • Sumqayıt Dövlət Universitetinin bütün fakültələrində olduğu kimi Fizika və elektroenergetika fakültəsində tədris prosesi onlayn davam edir

    Sumqayıt Dövlət Universitetinin bütün ...

    13-04-2020, 19:10

  • 
  • Məktəblərdə tətil günləri

    Məktəblərdə tətil günləri ...

    4-11-2015, 19:42


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu