GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » ''COVID-19 pandemiyası dünya dövlətlərinə mənfi təsir göstərir'' - TƏHLİL

''COVID-19 pandemiyası dünya dövlətlərinə mənfi təsir göstərir'' - TƏHLİL

Tarix: 9-07-2020, 09:53 Bölmə :Cəmiyyət Baxış: 760
''COVID-19 pandemiyası dünya dövlətlərinə mənfi təsir göstərir'' - TƏHLİL


Qoşulmama Hərəkatının Sədri kimi Prezident İlham Əliyevin BMT Baş Assambleyasının COVİD-19-a həsr olunmuş xüsusi sessiyasının keçirilməsinə dair təşəbbüsünə dünyanın dəstəyi Azərbaycan Prezidenti İlham Əliyev COVID-19 pandemiyasına qarşı mübarizə çərçivəsində qlobal lider missiyasını uğurla həyata keçirir.

Dövlətimizin başçısının bu mübarizədə qlobal həmrəylik nümayiş etdirmək məqsədilə BMT Baş Assambleyasının xüsusi sessiyasının çağırılması təşəbbüsünün dünyanın 130-dək ölkəsi tərəfindən dəstəkləməsi Azərbaycan Prezidentinin beynəlxalq miqyasda xüsusi liderlik qabiliyyətinə və imkanlarına malik bir şəxsiyyət kimi qəbul olunduğunu bir daha təsdiqlədi.
Bu gün ölkəmiz iqtisadi inkişafı, əhalisinin sosial rifahı və digər sahələrdə əldə etdiyi uğurlara görə dünyanın ən nüfuzlu dövlətlərindən biridir. Azərbaycan dövlətinin siyasətinin əsasında insan amili dayanır. Prezident cənab İlham Əliyevin rəhbərliyi altında koronavirus pandemiyası dövründə atılan addımlar da bunu bir daha təsdiqlədi. İllər ötdükcə müstəqil Azərbaycanımız, dövlətçiliyimiz daha da güclənir. Azərbaycanda daxili ictimai-siyasi sabitlik, həmrəylik güclənir, sosial-iqtisadi sahələr inkişaf edir, ölkəmizin beynəlxalq aləmdə nüfuzu əhəmiyyətli dərəcədə artır. Bütün bunların nəticəsidir ki, ölkəmiz yeni-yeni uğurlar qazanır. Əlbəttə, bu nailiyyətlər xalqımızın, dövlətimizin Heydər Əlyev yolunu böyük inamla davam etdirməsi nəticəsində qazanılır. Prezidentin müəyyən etdiyi müstəqil xarici siyasət kursu dünyada bir-birinə qarşı duran qütblər tərəfindən də müsbət qiymətləndirilir.
Ölkəmizin beynəlxalq aləmdə nüfuzu əhəmiyyətli dərəcədə artır. Son dövrlər dünyada ölkəmizin irəli sürdüyü təşəbbüslərə göstərilən yanaşma bunun əyani sübutudur. Bunun başlıca səbəbi Prezident İlham Əliyevin apardığı praqmatik siyasət və qarşıya qoyulan hədəflərə çatmaq üçün sərgilədiyi iradədir. Prezidentin koronavirus pandemiyasına qarşı mübarizədə dünya ölkələrinə verdiyi birlik və həmrəylik mesajları, irəli sürdüyü təkliflər isə Azərbaycanın dünyadakı çəkisini daha da artırdı. Dünya ölkələri koronavirusla mübarizə metodları axtardığı bir zamanda Azərbaycan Prezidenti qlobal çağırış etdi və dövlətləri vahid düşmənə qarşı birlikdə mübarizə aparmağa səslədi. 2020-ci ilin aprel ayının 10-da Azərbaycan Prezidentinin təşəbbüsü ilə Türk Şurasının dövlət və hökumət başçıları səviyyəsində “COVID-19” pandemiyasına həsr olunmuş onlayn Zirvə Görüşü təşkil edildi.
Qoşulmama Hərəkatının sədri kimi Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında mayın 4-də videokonfrans şəklində koronavirusla mübarizəyə həsr olunmuş “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşü qlobal koronavirus təhdidinin qarşısının alınması istiqamətində Azərbaycan dövlətinin başçısının növbəti uğurlu addımı idi.
Cənab Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının Zirvə görüşündə çıxışı zamanı qlobal həmrəyliyin nümunəsi kimi pandemiya ilə mübarizə məqsədilə BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans formatında xüsusi sessiyasının keçirilməsi təklifinin irəli sürülməsi və möhtərəm prezidentimizin bu təklifinin Qoşulmama Hərəkatının 120 üzv ölkə arasında yekdilliklə razılaşdırılaraq xüsusi sessiyasının keçirilməsi ilə bağlı BMT-nin Baş katibi Antonio Quterreşə müraciət ünvanlanması cəsarətli, uzaqgörən və əməkdaşlığa əsaslanan rəhbərlik keyfiyyətlərinə malik dövlət başçımızın bütün siyasi sərhədləri aşaraq, bütün ideologiyaları, məfkurəni kənara qoyaraq bəşəriyyətin, insanlığın bir-biri ilə dərin qlobal bağlılığını, beynəlxalq arenada bütün ölkələrin maraqlarının müdafiə edilməsi üçün əməli addımlar atılmalı, qarşılıqlı dəstəyin rəhbər tutulmalı olduğunu və həmrəyliyin gücləndirilməsinin vacibliyini gözlər önünə sərdi.
Möhtərəm prezidentimizin öz çıxışında qeyd etdiyi kimi, COVID-19 qlobal pandemiyası bütün dünya dövlətlərinə mənfi təsir göstərir. Heç bir ölkə bundan sığortalanmayıb. Qarşılıqlı dəstək, özünə qapanmama və yalnız birgə səylərlə COVID-19-a qalib gələ bilərik.
Azərbaycan koronavirus xəstəliyinin yayılmasının qarşısının alınması üçün vaxtında çevik və zəruri qabaqlayıcı tədbirlər həyata keçirmişdir. Belə ki, möhtərəm prezidentimizin Sərəncamı ilə ilin əvvəlində Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılmış, pandemiya dövründə dövlətimiz üçün prioritet məsələnin insanlarımızın sağlamlığı və onların sosial müdafiəsinin təmin edilməsi olduğu əməli işlə göstərilmişdir.
Ölkə ərazisində keçirilməli olan bütün kütləvi tədbirlər təxirə salınmış və ya ləğv edilmiş, ölkə üzrə bütün təhsil müəssisələrində tədris prosesi dayandırılmış, bir sıra sosial təcrid tədbirlərini əhatə edən xüsusi karantin rejimi tətbiq edilmişdir.
Azərbaycanda koronavirus xəstələrinin müalicəsi üçün 20-dən artıq xəstəxana ayrılmış, virusun diaqnostikası və müalicəsi üçün zəruri olan laborator testlər, bəzi tibbi avadanlıqlar Azərbaycana gətirilmişdir. Testlərin aparılması üçün ölkədə fəaliyyət göstərən laboratoriyaların sayı artırılmış, daxili tələbatı ödəmək üçün qısa müddət ərzində qoruyucu və digər tibbi ləvazimatların istehsalına başlanmışdır. Beləliklə, həyata keçirilən bütün bu tədbirlər nəticəsində kütləvi yoluxma hallarının qarşısı alınmış, son günlər ölkəmizdə xəstəliyə yoluxanların sayı ilə sağalanların sayı arasındakı dinamika müsbətə tərəf olmuşdur.
Azərbaycanda iqtisadi sabitliyi təmin etmək, məşğulluqla bağlı problemləri həll etmək, makroiqtisadi və maliyyə sabitliyini təmin etmək üçün 3.5 milyard manatdan artıq sosial-iqtisadi dəstək paketi qəbul olunmuşdur.
Ümumilikdə, dövlət sektoru üzrə 900 mindən çox işçinin əməkhaqqı tam həcmdə saxlanılır, həmçinin, qeyri-dövlət sektoru üzrə 690 min işçinin əməkhaqqının əhəmiyyətli hissəsi dövlət tərəfindən ödənilir. Bununla yanaşı, 600 min aztəminatlı, işsiz və qeyri-rəsmi çalışan vətəndaşa yaşayış minimumuna uyğun olaraq vəsait ödənilir.
İşsiz şəxslərin sosial müdafiəsi üçün ilin sonuna qədər 90 min ödənişli ictimai iş yerinin yaradılması nəzərdə tutulmuşdur.
Öz çıxışında: “Elə bir mərhələdir ki, biz güclü olmalıyıq, yalnız birlikdə olaraq ən yoxsul ölkələrə kömək edə bilərik” - qeyd edən prezidentimiz İlham Əliyev bir daha bütün dövlətləri dostluğa, qarşılıqlı dəstəyə və həmrəyliyə dəvət etdi.
Müvafiq prosedurlardan keçdikdən sonra 130-dək ölkə Azərbaycan Prezidentinin təşəbbüsünə rəsmi şəkildə dəstək verib. BMT-nin üzvü olan bu dövlətlərin Qoşulmama Hərəkatının sədri statusunda Prezident İlham Əliyevin BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi barədə təşəbbüsünün dəstəklənməsi beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə olan böyük etimadın növbəti göstəricisidir.

Yeni Azərbaycan Partiyası
Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • BMT-nin Baş katibi İlham Əliyevin təşəbbüsü ilə keçiriləcək xüsusi sessiyadan danışdı

    BMT-nin Baş katibi İlham Əliyevin təşəbbüsü ilə ...

    8-07-2020, 11:03

  • 
  • İlham Əliyev Qoşulmama Hərəkatının Zirvə görüşündə

    İlham Əliyev Qoşulmama Hərəkatının Zirvə görüşündə ...

    4-05-2020, 15:36

  • 
  • Pandemiya ilə mübarizədə Azərbaycan modeli

    Pandemiya ilə mübarizədə Azərbaycan modeli ...

    29-06-2020, 09:34

  • 
  • Azərbaycanla ÜST arasında donor sazişi imzalandı

    Azərbaycanla ÜST arasında donor sazişi imzalandı ...

    11-05-2020, 17:00

  • 
  • ÜST rəhbərindən İlham Əliyevə məktub

    ÜST rəhbərindən İlham Əliyevə məktub ...

    12-05-2020, 19:32


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (354)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
BetBoom
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu