Xəbər verdiyimiz kimi iyulun 8-də 542 nəfər koronavirusa yoluxub, 465 nəfər sağalıb. 5 iyuldan başlayaraq saat 06:00-dan 20 iyul saat 06:00-dək Bakı, Cəlilabad, Gəncə, Goranboy, Göygöl, Lənkəran, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonları ərazisində xüsusi karantin rejimi tədbiq edilməkdədir. Sağalanların sayında artım müşahidə olunsa da, gündəlik yoluxanların sayı hələ də 500-dən yuxarıdır.
Yoluxmanın sayı azalmasa, sərt karantin rejimi daha 10 gün uzadıla bilərmi?
Gundemxeber.Az xəbər verir ki, bununla bağlı Sonxeber.az-a danışan Azərbaycanın baş infeksionisti Cəlal İsayev bildirib ki, iyulun 20-nə hələ 10 gün qalır:
"10 gün müddətində yoluxanların, sağalanların sayı və xəstəliyin yayılma sürəti analiz edildikdən sonra qərar qəbul ediləcək. Yoluxmanın sayı 500-dən yuxarı olsa da sağalanların sayı artıb. Dünən 465 nəfər sağalaraq evə buraxılıb.
Başqa formada karantin qaydalarını gücləndirməklə iyulun 20-dən sonra müəyyən yumşaldılmalara gedilə və ya olduğu kimi saxlanıla bilər. Bunu indidən demək çətindir. Hər şey insanlarımızın qoyulan qaydalara nə dərəcə riayət etməsindən asılı olacaq".
Sorğu
Yeni dizaynımız necədir?