Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Bakı, Cəlilabad, Gəncə, Lənkəran, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Xaçmaz, Goranboy, Göygöl, Samux, Siyəzən və Şəki rayonları ərazisində tətbiq edilmiş sərtləşdirilmiş xüsusi karantin rejiminin pozulmasına görə 12.07.2020-ci il saat 00:00-dan 13.07.2020-ci il 00:00-dək olan müddət ərzində nəqliyyat vasitələri ilə hərəkətdə olan 1 249 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci, sərnişindaşımada istifadə olunan taksi və avtobuslarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə edilmədiyinə görə isə həmin Məcəllənin 211.2-ci maddəsi ilə 139 nəfər olmaqla ümumilikdə 1 898 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.
Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, qeyd olunan müddət ərzində Bakı-Quba yolunun 52-ci km-də yerləşən karantin keçid postundan 25-i rayon, 40-ı paytaxt istiqamətinə olmaqla 65, Bakı-Şamaxı-Yevlax yolunun 31-ci km-də yerləşən postdan 10-u rayon, 45-i paytaxt istiqamətinə olmaqla 55, Bakı-Qazax-Gürcüstan yolunun 65-ci km-də yerləşən keçid postundan 55-i rayon, 45-i paytaxt istiqamətinə olmaqla 100 avtomobil geri qaytarılıb.
Ümumilikdə 220 nəqliyyat vasitəsi ilə müvafiq icazə olmadan postlardan keçmək cəhdinin qarşısı alınıb.
Sorğu
Yeni dizaynımız necədir?