GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Tovuz cəbhəsində döyüşlər yenidən qızışdı

Tovuz cəbhəsində döyüşlər yenidən qızışdı

Tarix: 17-07-2020, 10:34 Bölmə :Cəmiyyət Baxış: 316
Tovuz cəbhəsində döyüşlər yenidən qızışdı


Bir günlük sakitlikdən sonra Ermənistan-Azərbaycan cəbhəsinin Tovuz rayonu istiqamətində vəziyyət yenidən gərginləşib. Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, iyulun 16-da səhər saatlarından başlayaraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində Ermənistan silahlı qüvvələrinin bölmələrinin mövqelərimizə yenidən hücum cəhdi olub.

Eyni zamanda rayonun Ağdam, Dondar Quşçu və Vahidli kəndləri iriçaplı silahlar və minaatanlardan atəşə tutulub. Mülki əhali arasında xəsarət alan yoxdur. Bu istiqamətdə döyüşlər davam edir. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır. Ermənistan silahlı qüvvələrinin bölmələri “X-55" taktiki pilotsuz uçuş aparatı (PUA) vasitəsilə Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətindəki mövqelərimiz üzərində kəşfiyyat uçuşları keçirməyə cəhd göstərib. Bölmələrimizin sayıqlığı nəticəsində düşmən PUA-sı dərhal aşkarlanaraq məhv edilib.

İyulun 12-dən etibarən Tovuz istiqamətində Ermənistanın təxribatları davam edir". APA-nın məlumatına görə, bunu bu gün mətbuat konfransında Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib. H. Hacıyev deyib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuz bu təxribatların qarşısını alır: “Qürur doğuran haldır ki, hər bir Azərbaycan vətəndaşı bu gün həmrəydir. Qarabağ Azərbaycanın tarixi torpağıdır, bütün torpaqlarımız işğaldan azad edilməlidir. Beynəlxalq ictimaiyyət də cəmiyyətimizdəki bu yekdil fikri görməlidir. Ən əsası Azərbaycan xalqının iradəsidir”. Prezidentin köməkçisi qeyd edib ki, münaqişənin danışıqlar yolu ilə həlli istiqamətində atılan addımlar nəticə vermir: “Ermənistanın cəzalandırılmaması onu yeni təxribatlara sürükləyir”. H. Hacıyev nəzərə çatdırıb ki, Bakıda həmrəyliklə bağlı aksiyaya xələl gətirmək istəyən zümrələr olub: “Onlar da öz layiqli cəzalarını alacaqlar. Dövlət və xalq birliyinə xələl gətirənlərə yer yoxdur”.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı Tovuz istiqamətində gedən döyüşlərdə Azərbaycana məxsus 13 PUA-nın guya vurulduğu barədə Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi Artsrun Hovhannisyanın yaydığı məlumatı təkzib edib. V.Dərgahlı deyib ki, bu yanlış məlumatdır. “Bildiririk ki, Azərbaycan Ordusunun bölmələrinin silahlanmasında olan bütün bütün PUA-lar sıradadır, itki yoxdur”, - nazirlik rəsmisi əlavə edib.

Mətbuat xidmətinin rəisi Azərbaycan tankının vurulduğu barədə erməni tərəfin yaydığı məlumatı da təkzib edib: “Bu yanlış məlumatdır. Azərbaycan Ordusunun bütün tankları sıradadır. Azərbaycan Silahlı Qüvvələrinin zirehli texnikası ön xətdə deyil. Azərbaycan tankları isə düşmən bölmələrinin vura bilməyəcəyi ərazidədir”.

Bölmələrimizə qarşı keçirəcəkləri yeni hücumlarına bəraət qazandırmaq üçün ermənilər qəsdən dezinformasiya yayırlar". Vaqif Dərgahlı bunu Azərbaycan Silahlı Qüvvələrinin xüsusi təyinatlı bölmələrinin 100-dək hərbi qulluqçusu tərəfindən guya Ermənistan silahlı qüvvələrinin şimal-şərq istiqamətindəki mövqelərinin ələ keçirilməsi cəhdi barədə Ermənistan müdafiə nazirliyinin nümayəndəsinin dediklərinə cavab olaraq deyib. “Azərbaycan xüsusi təyinatlıları Ermənistan ərazisində heç bir diversiya fəaliyyəti keçirməyib, Ermənistan tərəfinin bütün bu iddiaları növbəti dezinformasiyadır. Onların məqsədi bölmələrimizin mövqelərinə bu gün səhərdən başlayan hücumlarına bəraət qazandırmaqdır. Xüsusi təyinatlılarımız Ermənistan ərazisində heç bir diversiya törətməyib və təbii ki, bu baxımdan heç bir itkimiz yoxdur. Azərbaycan xüsusi təyinatlıları arasında itki ümumiyyətlə ola bilməz, çünki onlar Ermənistanla sərhəddə gedən hərbi əməliyyatlara cəlb olunmayıb”, - deyə V. Dərgahlı vurğulayıb.

Bundan əlavə, V.Dərgahlı Ermənistan tərəfinin “ölən və yaralananların götürülməsinə icazə verəcəkləri barədə” dediklərinə cavabında “düşmən ərazisində Azərbaycan Ordusunun heç bir ölən və yaralanan hərbi qulluqçusu yoxdur ki, buna görə də kimdənsə icazə istənilsin”-cavabını verib.

Ermənilərin son təxribatlarından sonra Tovuz rayonu istiqamətində başlayan gərginlik davam edir. Ermənilərin Tovuz cəbhəsində savaşa başlamasının səbəbləri barədə ən müxtəlif fikirlər meydana çıxıb. Çoxları indiki şəraitdə düşmənin təxribata əl atmasını təsadüfi saymır. Bir tərəfdən beynəlxalq aləmə müraciət edib Azərbaycanı dayandırmağa çağırırlar, digər tərəfdən də fürsət düşən kimi, həmlələr edirlər. Hətta kəmərlərin keçdiyi ərazinin hədəfə alınacağı barədə sərsəm təhidlər səsləndirirlər. Belə gərginlik Ermənistan hökumətinin nəyinə lazımdır? Jurnalist olduğu zamanlarda “sülhpərvər” cildinə girən Nikol Paşinyan iqtidara gələndə niyə savaş tərəfdarı oldu və niyə gərginliyin davamında maraqlıdır, özü də Qarabağdan uzaq bölgədə?

Qeyd edək ki, prezident İlham Əliyev iyulun 15-də Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Ermənistanın Azərbaycanla sərhəddəki hərbi təxribatının məhz iyulun 12-də törədilməsinin təsadüfi olmadığını deyib: “İndi Ermənistanda bunu başqa hadisələrlə əlaqələndirirlər. Mən bu məsələyə toxunmaq istəmirəm. Çünki mən heç vaxt ailə məsələlərinə toxunmamışam və heç kimə məsləhət görmürəm. Amma mən hesab edirəm ki, iyulun 10-da artıq rəsmən açıq elan edilmiş BMT Baş Assambleyasının xüsusi sessiyası bunun əsas səbəbi olub. Çünki bu, ölkəmizin növbəti böyük uğurudur, növbəti böyük qələbəsidir, 130 ölkə bizi dəstəklədi. Azərbaycan o ölkədir ki, gündəliyi zəbt etmiş COVID-19 məsələsi diqqətə gətirildi, iki böyük zirvə görüşü keçirildi və ondan sonra BMT-nin Baş Assambleyasının xüsusi sessiyası. Budur səbəb”.

Ermənistanın hərbi təxribatı məhz bu vaxtlarda təsadüfən törətmədiyini vurğulayan prezident İlham Əliyev qeyd edib ki, düşmənə layiqli cavab verildi. Azərbaycan Ordusu vəziyyətə tam nəzarət edir. “Onu da bildirməliyəm ki, baxmayaraq, kəndlərimiz atəşə tutuldu, ağsaqqal həlak oldu, bizim kəndlərimizdə yaşayan insanlardan bir nəfər də yerindən tərpənmədi, bir nəfər də heç yerə getmədi. Amma bizdə olan operativ məlumata görə, Ermənistanda bəzi kəndlər, bəzi şəhərlər boşaldılır. İndi panika yaranıbdır. Bax, fərq budur. Azərbaycan vətəndaşı öz torpağında ləyaqətlə yaşayır. Azərbaycan dövləti və Azərbaycan Ordusu onu qoruyur və qoruyacaqdır”, - deyə dövlətimizin başçısı bildirib.

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da Azərbaycana qarşı təxribata əl atan qüvvənin əslində Ermənistanı aşan qüvvə olduğuna işarə etmişdi. Yəni xaricdə də çox gözəl bilirlər ki, Ermənistan sadəcə oyuncaqdır.

Baş verənlərdə Rusiya izi daha çox axtarılır ki, bu da əsassız deyil. “Yeni Müsavat”a danışan ADP sədri Sərdar Cəlaloğlu da “Ermənistan Rusiyanın xəbəri, razılığı olmadan heç bir hərbi əməliyyata başlaya bilməz. Onların müqaviləsi belədir. Müharibə şəraitində erməni qoşunlarına Rusiyanın generaliteti rəhbərlik edir. Müqavilənin şərtlərindən biri budur. Ona görə də təsadüfi deyil ki, özləri müharibə başlayır və dərhal Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciət edirlər ki, bu məsələ müzakirə edilsin. Bütün bunlar onu göstərir ki, qabaqcadan planlaşdırılmış bir məsələdir”-söyləyib.

“Ermənistan Azərbaycanla konfliktin onun üçün fəlakətli olmaması üçün Rusiya ordusuna güvənir, amma Rusiya belə Azərbaycanın ərazi bütövlüyünü tanıyır”. Axar.az xəbər verir ki, bu sözləri isə İsrail eksperti Solomon Man deyib.

Ermənişünas alim, politoloq Qafar Çaxmaqlı “Yeni Müsavat”a açıqlamasında öncə Paşinyanın atdığı “twit”lərə münasibət bildirdi: “Bu adam populyar olmayan bir qəzetin redaktoru olub. 2008-ci ildə iğtişaşlarda iştirak etdiyinə görə həbs edilib və bir zəngin erməninin əlaltısı kimi parlamentə soxulub. Heç bir özəlliyi yoxdur. Azərbaycana və Türkiyəyə hər zaman nifrət aşılayan yazıların müəllifidir. İndi dövlət başçısı deyil, sosial şəbəkənin başında oturub”. Q.Çaxmaqlı dedi ki, N.Paşinyan əslində Rusiyanın tapşırıqlarını yerinə yetirən zavallı bir jurnalistdir: “Onu küçədən hakimiyyətə gətirən xüsusiyyət əslində budur. Erməni cəmiyyəti həddən çox şovinistləşmiş olduğundan belə xarakterli adamlar başa keçirilib. Müvəqqəti olaraq. Rusiyanın özünü də Sərkisyandan sonra belə bir qeyri-ciddi fiquru əldə oyuncaq etməsi təbiidir, imperiyaların təcrübəsində bu məqbul variantdır. Və indi mən deyirəm ki, bu adam Rusiyasız bir güllə atılmasına belə cəsarət etməz. Demək, son günlərin hadisələri göstərir ki, Rusiyanın Tovuzda bağlı bir planı var. Bu plan enerji koridorunu ələ keçirmək, Azərbaycanı bir çox məsələlərə məcbur etməkdir. Rusiya açıq şəkildə TANAP layihəsinə qarşı olduğunu deyirdi. O biri boru xətləri və Bakı-Tiflis-Qars dəmiryolu xəttinin çəkilməsini də Rusiya həzm etməmişdi. Bunların hamısı Tovuz ərazisindən keçir. "Nədən Tovuz?" sualının cavabı budur, məncə...”

“Düşmən təşviş içərisindədir. İnanıram ki, Azərbaycan əsgəri işğalçını son yuvasına qədər qovaraq lazımi dərsini verəcək”. Bunu isə keçmiş müdafiə naziri Səfər Əbiyev moderator.az-a söyləyib.

“Sonuncu erməni əsgəri Azərbaycan ərazisini tərk edənə qədər biz öz mübarizəmizi aparacağıq. Buna heç kimin şübhəsi olmasın”. Bu fikirlərsə ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərova məxsusdur.

Qeyd edək ki, “Yeni Müsavat”ın iki əməkdaşı yenidən bölgəyə ezam olunub.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Tovuz istiqamətində vəziyyət yenidən gərginləşdi - RƏSMİ

    Tovuz istiqamətində vəziyyət yenidən gərginləşdi ...

    16-07-2020, 10:12

  • 
  • Ermənistana məxsus pilotsuz uçuş aparatı məhv edildi

    Ermənistana məxsus pilotsuz uçuş aparatı məhv ...

    22-01-2017, 16:10

  • 
  • Müdafiə Nazirliyi: Azərbaycan-Ermənistan sərhədində gərginlik davam edir

    Müdafiə Nazirliyi: Azərbaycan-Ermənistan ...

    13-07-2020, 11:47

  • 
  • Azərbaycan-Ermənistan sərhədində yenidən vəziyyət gərginləşib

    Azərbaycan-Ermənistan sərhədində yenidən vəziyyət ...

    13-07-2020, 16:00

  • 
  • Tovuzun kəndləri yenidən atəşə tutuldu

    Tovuzun kəndləri yenidən atəşə tutuldu ...

    14-07-2020, 10:30


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (522)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu