“Təxminən avqustun 13-14-ü qəbul imtahanları başlaya bilər. Bu tarix də hələ ki dəqiq deyil. Çünki buraxılış imtahanlarının hamısının nəticələri elan olunmalıdır”.
Bu fikirləri Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə növbəti buraxılış (qəbul) imtahanlarının keçirilməsi ilə bağlı danışarkən deyib.
Onun sözlərinə görə, avqust ayında dörd gün ərzində qəbul imtahanlarının keçirilməsi planlaşdırılır.
M.Abbaszadə bildirib ki, avqustun 10-dək rezidenturaya qəbul imtahanlarının keçirilməsi nəzərdə tutulur: “Dövlət qulluğu ilə əlaqəli müəyyən təxirə salınan imtahanların da avqustun 1-dən 10-na qədər baş tutması nəzərdə tutulur”.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?