Dövlət İmtahan Mərkəzi tərəfindən 3 avqust 2020-ci ildə inzibati dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər vəzifələr) aid olan AA, AB və AC qruplarına uyğun olan vəzifələr üzrə test imtahanı keçiriləcək.
Mərkəzdən verilən məlumata görə, bu imtahanda 15 mart 2020-ci ildə keçirilməsi nəzərdə tutulan, lakin pandemiyaya görə təxirə salınan test imtahanında iştirak etmək üçün qeydiyyatdan keçmiş namizədlər də iştirak edəcəklər.
İmtahanda iştirak etmək istəyən digər namizədlər üçün qeydiyyat 1 avqust saat 18:00-dək aparılacaq.
Sorğu
Yeni dizaynımız necədir?