Gürcüstanda son sutkada koronavirusa 24 yeni yoluxma halı təsdiqlənib.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.
Bununla da, qonşu ölkədə indiyədək COVID-19 aşkarlananların sayı 1 073-ə çatıb. Həmin şəxslərin 907-si sağalaraq evə buraxılıb, 16-sı isə vəfat edib. 150 aktiv koronavirus xəstəsinin müalicəsi davam etdirilir.
Hazırda Gürcüstan üzrə karantində 5 692, stasionar nəzarətdə isə 275 nəfər saxlanılır.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?