GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Tovuzdan başlayıb, Avropa, Amerika qitəsinədək uzanan antierməni hərəkatı

Tovuzdan başlayıb, Avropa, Amerika qitəsinədək uzanan antierməni hərəkatı

Tarix: 25-07-2020, 12:56 Bölmə :Cəmiyyət Baxış: 324
Tovuzdan başlayıb, Avropa, Amerika qitəsinədək uzanan antierməni hərəkatı


Analitiklər yeni situasiyanın Azərbaycana yaratdığı üstünlükləri necə maddiləşdirmək haqda danışdılar

Ermənistan ordusu Qarabağ cəbhəsindən kənarda hərəkətə keçəndə və ərazilərimizə təcavüz edəndə hər kəs “niyə Tovuz” sualına cavab axtarırdı. Çox çəkmədi ki, Türkiyə prezidenti demişkən, “Ermənistanın boyunu aşan plan”ın ssenari müəllifinin gerçək məqsədləri bəlli oldu. Hər kəs anladı ki, əsas hədəf Tovuz yüksəklikləri ələ keçirib, Azərbaycandan Avropaya uzanan neft-qaz kəmərlərinin fəaliyyətini iflic etməkdir.
İndi isə cəbhə xətti ABŞ-adək uzanıb. Bu ölkənin Los-Ancels şəhərində yaşayan ermənilərin azərbaycanlılara qarşı törətdiyi cinayətlər dünyanın gözü qarşısında baş verdi. ABŞ-ın ölkəmizdəki səfiri də baş verənlərə görə erməniləri ittiham edib. İyulun 23-də Amerika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasındakı səfiri Örl Litzenberqer Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə çağırılıb və xarici işlər nazirinin müavini Xələf Xələfovla görüş keçirilib. X.Xələfov qeyd edib ki, ABŞ-da Azərbaycan Baş Konsulluğu qarşısında dinc aksiya üçün yığışmış Azərbaycan icması nümayəndələrinə aqressiv erməni kütləsi tərəfindən edilən hücumun ABŞ polisi tərəfindən qarşısının alınmaması məyusedici haldır.
Örl Litzenberqer qeyd edilən məsələlərlə bağlı məlumatlı olduğunu, baş verən hadisələrdən dolayı dərin təəssüf hissi keçirdiyini bildirib. Los Ancelesdə baş verən təxribatla bağlı danışan səfir bunun bilavasitə aqressiv erməni nümayişçilər tərəfindən həyata keçirildiyinə dair təkzibedilməz sübutların mövcud olduğunu və dinc aksiya üçün oraya yığışmış azərbaycanlılara qarşı sayca daha çox olan ermənilər tərəfindən edilmiş hücuma bəraət qazandırmağın mümkünsüzlüyünü diqqətə çatdırıb. Örl Litzenberqer görüşdə qaldırılan məsələlərin, o cümlədən Azərbaycanın ABŞ-dakı diplomatik nümayəndəliklərinin təhlükəsizliyinin təmin edilməsi üçün əlavə tədbirlərin görülməsi məsələsinin rəsmi Vaşinqton qarşısında qaldıracağını ifadə edib.
Los-Ancels hadisələrindən sonra isə Avropa ölkələrində, həmçinin Rusiya, Ukrayna, Moldovada azərbaycanlılar ermənilərin dərsini verməyə başlayıb. Ermənilərin törətdiyi cinayətlər soydaşlarımızın birliəşməsininin zəruriliyini qaçılmaz etdi. Faktiki olaraq bu gün bir hərəkat var – Tovuzdan başlayıb, Avropa, Amerika qitəsinə kimi uzanan milli müdafiə və antierməni hərəkatı.
Bəs bu dalğa Azərbaycana böyük xilas vəd edirmi? Azərbaycanlılar bütün dünya üzrə təşkilatlandı, birləşdi, ayağa qalxdı. Bu, qürurvericidir. Düzdür, bəziləri bunu böyük oyunçuların ssenarisi də adlandırır. Amma bu proses həmin qüvvələrin maraqlarına ziddir. Çünki son savaşa hazırlaşırmışlar kimi ayağa qalxıb azərbaycanlılar bütün du?nyada. Situasiyanın təhlili nə deyir?
Musa Qasımlı: Erməni xalqı onu fəlakətə sürükləyən terrorçudan ...
Deputat Musa Qasımlı “Yeni Müsavat”a bildirdi ki, burada neqativ nəsə axtarmağın tərəfdarı deyil: “Fikrimcə, Azərbaycan dövlətinin və millətimizin Tovuzdan başlayıb Avropa və Amerika qitəsinə qədər uzanan işğalçı Ermənistana qarşı hərəkatının güclənməsi bir sıra amillərlə bağlıdır: birincisi, uzun illərdir təcavüzkar Ermənistan ərazilərimizin bir hissəsini işğal altında saxlayır, problem həll edilməyib. Bu isə həm ölkə daxilində, həm də dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq hər bir azərbaycanlıda işğalçı ölkəyə qarşı hiddət və nifrət hissini alovlandırır. İkincisi, Tovuz istiqamətində mahiyyətinə görə regional çərçivəni aşaraq törətdiyi hərbi təxribatda Ermənistanın konkret olaraq güddüyü aşağıdakı məqsədlər hiddəti daha da qızışdırdı: dövlət sərhədimizin Tovuz rayonu istiqamətində keçən hissəsində hərbi təxribat törətməklə təcavüzkar ölkə diqqəti işğal atındakı ərazilərimizdəki işğalçı qoşunlarla təmas xəttindən yayındıraraq münaqişəni ”oldu-bitdi” kimi qələmə vermək; üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına daxil olan dövlətləri münaqişəyə cəlb etmək; sərhəddəki yüksəklikləri ələ keçirməklə Tovuz və Qazax ərazilərindən keçən Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri, Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri, Bakı-Tbilisi-Qars dəmiryolu, Böyük İpək yolu və b. beynəlxalq layihələri təhdid etmək; Azərbaycan daxilində çaxnaşma yaratmaq; Ermənistan daxilindəki ağır sosial-iqtisadi və siyasi şəraitdən diqqəti yayındıraraq ümumi düşmənə qarşı yönəltmək istəyi”.
M.Qasımlı qeyd etdi ki, Ermənistan bu təcavüzkar niyyətlərinin heç birinə nail ola bilmədi və proseslər Paşinyanın əleyhinə çevrildi: “Azərbaycan döyüş meydanında düşmənin başına ağır zərbə endirdi. Ermənistanın KTMT-i cəlb etmək istəyi boşa çıxdı. ABŞ Konqresində də hər hansı sənəd qəbul etdirmək arzuları İrəvanın ürəyində qaldı. Tovuz döyüşləri ATƏT-in Minsk Qrupunun həmsədrlərinə də açıq-aydın bir işarə oldu ki, mandatınızı yerinə yetirin! Yəni Azərbaycan dövləti hərbi, diplomatik-siyasi sahələrdə üstün olduğunu göstərdi”.
Deputat bildirdi ki, bütün bu hadisələrlə yanaşı, dünyadakı azərbaycanlıların da hərəkətə gəlməsi yaxşı bir iş oldu: “Azərbaycandan çıxmış tanınmış iş adamları Rusiyada erməni mallarını almaqdan imtina etdilər. Eyni zamanda, diasporamız səfirliklərimizin müdafiəsinə qalxdı. Bütün bunlar millətimizi ümumi düşmənə qarşı birləşdirmək baxımından faydalı oldu. Baş verən qarşıdurmlara gəlincə, xaricdə yaşayan heç bir azərbaycanlının burnunun qanamasını istəmirəm. Lakin qarşıdurma ilk növbədə, uzun illər boyu xarici ölkələrdə təşkilatlanmış ermənilərə qarşı getdikcə güclənən alternativin mövcud olduğunu, qarşıdurma zamanı bəzi azərbaycanlıların xəsarət alması isə erməni vəhşiliyini bütün dünyaya göstərdi. Bütün bunların arxasınca heç şübhəsiz, azərbaycanlıların beynəlxalq informasiya yayımı sahəsində fəaliyyətinə diqqət yetirməsi zərurəti yaranır”.
M.Qasımlı dedi ki, son hadisələr Ermənistanın təcavüzkarlıq və işğalçılıq siyasətinin davam etdiyini bir daha gündəliyə gətirdi və problemin həlli zərurətini irəli sürdü: “Beləliklə, dövlətimizin ordusu, siyasəti, diplomatiyası, iqtisadiyyatı, millətimizin ictimaiyyəti, diasporu və kütləvi informasiya vasitələri bərabər hərəkət edərək bir-birilərini tamamladılar. Bütün bunlar Azərbaycan millətinin işğal altında olan ərazilərini bütün vasitələrlə azad etməyə hazır olduğunu dünyaya bir daha göstərdi. Ona görə də mən son zamanlarda Tovuz döyüşləri ətrafında baş verən hadisələri dövlətimiz və millətimiz üçün beynəlxalq əhəmiyyət daşıyan və mövqelərimizi gücləndirən olaylar kimi qiymətləndirirəm”.
Elxan Şahinoğlu: “Bu plan bölgədəki gərginliyi artıra bilər”
“Atlas” Araşdırmalar Mərkəsinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə “Yeni Müsavat”a dedi ki, baş verənləri təbii qarşılayır: “Dünyada yaşayan azərbaycanlılar bizim kimi, işğalla barışmırlar, təxribata dözmürlər və bu mövqelərində haqlıdırlar. Erməni separatçıları və onlara dəstək verənlər 50 milyonluq xalqın etirazı ilə üzləşməlidirlər. Onlar anlamalıdırlar ki, işğal onlara baha başa gələcək”.
Ekspert qeyd etdi ki, Dağlıq Qarabağda erməni separatizmi 1987-ci ildə baş qaldırdı, Xankəndidə və İrəvanda mitinqlər başlayaraq Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi şüarları səsləndirildi: “O zaman Azərbaycan cəmiyyəti ermənilərin təxribatına hazır deyildi, keçmiş SSRİ rəhbərliyinin erməni təxribatına adekvat cavab verəcəyinə ümidlər var idi. Cavab verilmədi, tam əksinə, SSRİ-nin rəhbəri Mixail Qorbaçovun ətrafındakılar erməni separatizminə açıq rəğbət bəslədilər. Daha sonra erməni separatçılarının silahlanmasına göz yumuldu və azərbaycanlıların yaşadıqları məntəqələrə silahlı hücumlar qeydə alındı. SSRİ-nin dağılmasıyla Azərbaycanla Ermənistan arasında genişmiqyaslı müharibə başladı. Ancaq hətta həmin illərdə belə müxtəlif ölkələrdə yaşayan azərbaycanlılarla ermənilərin ciddi toqquşmaları qeydə alınmadı. Bu dəfə isə durum fərqlidir. Azərbaycan-Ermənistan sərhəddindəki döyüşlərə dünyanın müxtəlif ölkələrində azərbaycanlılarla ermənilərin qarşıdurması damğasını vurdu. Bəzi ölkələrdə azərbaycanlılar Azərbaycanın səfirliyini ermənilərin hücumlarından qoruyurdusa, digərlərində isə əksinə, ermənilər öz səfirliklərinə sığınmaq məcburiyyətində idilər. İlk dəfəydi ki, səfirliklərimiz soydaşlarımızla birgə mübarizə apardılar. İyulun 12-də sərhəddə azərbaycanlı hərbçilərə hücum və generalımızın şəhid olması xaricdə yaşayan milyonlarla azərbaycanlının da hissiyatına toxunub. Buna baxmayaraq, sərhəddə olduğu kimi xarici ölkələrdə də təxribatı ermənilər törətdi. Ermənilərin Azərbaycanın Los-Ancelesdəki konsulluğu ətrafına toplaşan azərbaycanlılara hücum etməsi, Brüsseldə erməni qrupun azərbaycanlını vəhşicəsinə döyməsi ilə fitil yandı. Əgər sərhəddə toplar, raketlər və pilotsuz uçuş aparatları hədəfləri vururdusa, səfirliklər qarşısında yumruqlar və təpiklər havada uçuşurdu. Azərbaycanlılar Los-Ancelesdəki təxribatın intiqamını Moskvada, Kiyevdə və başqa şəhərlərdə aldılar. Bu, Ermənistan hakimiyyətinə, erməni lobbisinə, Los-Ancelesdə, Brüsseldə və digər şəhərlərdə yaşayan ermənilərə xəbərdarlıq idi ki, yenə azərbaycanlılara qarşı təxribatlara baş vursalar, bu onların özlərinə ziyan vuracaq”.
Azərbaycanlılar Ermənistanın Parisdəki səfirliyinin qarşısında ...
E.Şahinoğlu hesab edir ki, bundan artığına ehtiyac yoxdur: “Fərqli ölkələrdə erməni təxribatı ilə mübarizəni hüququ müstəvidə davam etdirmək lazımdır. Los-Ancelesdə və Brüsseldə azərbaycanlıara qarşı təxribatlar törədildiyi saatlarda Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasını keçirirdi. O müxtəlif ölkələrdəki soydaşlarını təxrıbatlardan çəkindirmək əvəzinə, vəziyyəti daha da gərginləşdirən açıqlama verdi. Ermənistanın baş naziri dedi ki, sərhəddəki döyüşlər fonunda dünyadakı erməni lobbisinin fəaliyyətindən məmnun qalıb. Bu, o demək idi ki, azərbaycanlılara qarşı təxribat əmri elə İrəvandan verilib. Bu, Xocalı soyqırımını planlayan və həyata keçirən düşüncə tərzinin davamıdır. Bundan başqa Paşinyan hakimiyyətə gəldiyi gündən bu yana dəfələrlə söylədiyi tezisləri təkrarladı”.
Erməni vandalizmi ASALA terror təşkilatının yeni dalğasıdırmı ...
Ekspert deyir ki, ermənilərin “ASALA” kimi terrorçu təşkilatlarını hərəkətə keçirəcəkləri də istisna deyil: “Onların bu ”sahədə” təcrübələri böyükdür. Bu məqsədlə Azərbaycan Xarici İşlər Nazirliyi ilə Diaspora Komitəsinin birgə çalışması və müxtəlif ssenarilərə hazır olması gərəkir. Necə ki, azərbaycanlılar 1905-ci ildə erməni terrorizmi ilə üzləşəndə təşkilatlanmış və təxribatlara qarşılıq vermişdi, bu gün də həmin tarixi dərsi öyrənməyə ehtiyac var”.
Qeyd edək ki, Rusiyada daha bir mağazalar şəbəkəsi erməniləri boykot edib. Azərbaycanlı iş adamə Araz Ağalarova məxsus “Tvoy dom” mağazalar şəbəkəsi erməni mallarının qəbuluna nöqtə qoyub. Bundan əvvəl tanınmış azərbaycanlı iş adamları İlham Rəhimov və Qod Nisanovun rəhbərlik etdiyi “Fut siti” şirkətlər şəbəkəsi Ermənistana məxsus meyvə-tərəvələrin qəbulundan imtina etməklə ermənilərə böyük zərbə vurub.
Hesab olunur ki, bundan sonra təxribatların qarşısını almaq, ermənilərin faydasına ola biləcək hadisələrə yol verməmək və dinc şəkildə, soyuqqanlı şəkildə düşmənlərimizin cavabını vermək ən düzgün yoldur. Moskvanın cənub-şərqində ötən gecə azərbaycanlılar və ermənilər arasında kütləvi dava olub. Rusiyanın “TASS” agentliyi xəbər verir ki, kütləvi dava ilə bağlı 13 nəfər saxlanılıb. Davanın iştirakçılarından birinin bıçaq xəsarəti aldığı deyilir…
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • ABŞ səfiri Xarici İşlər Nazirliyinə çağırılıb

    ABŞ səfiri Xarici İşlər Nazirliyinə çağırılıb ...

    23-05-2014, 10:36

  • 
  • Azərbaycanın birinci xanımı Mehriban Əliyeva ABŞ səfiri ilə görüşdü

    Azərbaycanın birinci xanımı Mehriban Əliyeva ABŞ ...

    15-10-2015, 20:04

  • 
  • 5 dövlətin səfiri ​Türkiyə XİN-ə çağırıldı

    5 dövlətin səfiri ​Türkiyə XİN-ə çağırıldı ...

    18-02-2016, 17:23

  • 
  • Yunanıstanın səfiri Xarici İşlər Nazirliyinə çağırılıb

    Yunanıstanın səfiri Xarici İşlər Nazirliyinə ...

    17-03-2017, 23:36

  • 
  • Prezident İlham Əliyev ABŞ səfirliyində olub

    Prezident İlham Əliyev ABŞ səfirliyində olub ...

    5-12-2018, 12:45


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (509)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu