GundemXeber.Az xəbər verir ki, bu sözləri müddətdən artıq xidmət edən hərbi qulluqçu Aşot Mikaelyanın ölümü barədə danışan Vanadzor şəhərinin meri Mamikon Aslanyan açıqlamasında deyib.
O bildirib ki, 29 yaşlı Vanadzor sakini Mikaelyan bu yaxınlarda valideyn olacaqdı.
Merin sözlərinə görə, Aşotun böyük qardaşı da hərbi qulluqçudur.
Qeyd edək ki, iyulun 27-də, gecə saat 01:10 radələrində Azərbaycan Silahlı Qüvvələrinin sərhədin şimal-şərq istiqamətində yerləşən döyüş mövqelərindən snayper atışı nəticəsində müddətdən artıq xidmət edən hərbi qulluqçu Aşot Mikaelyan məhv edilib.
Xatırladaq ki, iyulun 12-də Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanla sərhədin Tovuz istiqamətində təxribat hücumu nəticəsində şəhid olan 12 hərbi qulluqçudan biri Yaşar Babayevin ölümündən 2 gün sonra qızı Narın dünyaya gəlmişdi.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?