Zərdab rayonunda karantin qaydalarını pozaraq kafedə ad günü məclisi təşkil edən şəxslər saxlanılıblar.
DİN-in mətbuat xidmətindən verilən məlumata görə, rayonun Bıçaqçı kəndi ərazisində yerləşən “Kəndimiz” adlı kafedə rayon sakini Hüseyn Rəhimovun xüsusi karantin qaydalarını pozaraq özü üçün ad günü mərasimi təşkil etdiyi məlum olub.
Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı həmin məclisin təşkilatçısı, o cümlədən kafenin sahibi Sənan Zayidli və həmin məclisdə iştirak edən daha 6 nəfər Zərdab rayon sakini xüsusi karantin qaydalarını pozduqları üçün saxlanılaraq Polis Şöbəsinə gətiriliblər.
Xüsusi karantin qaydalarını pozan obyekt sahibi və məclisin iştirakçıları barəsində Polis Şöbəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati protokol tərtib edilib. Onların törətdikləri qanun pozuntusuna hüquqi qiymət verilməsi üçün toplanan materiallar Zərdab Rayon Məhkəməsinə göndərilib.
Sorğu
Yeni dizaynımız necədir?