GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Pandemiya məmurların biznesini çökdürür

Pandemiya məmurların biznesini çökdürür

Tarix: 19-08-2020, 15:45 Bölmə :Cəmiyyət Baxış: 493
Pandemiya məmurların biznesini çökdürür


Onların nəzarətində olan turizm, hotelçilik, kafe- restoran, şadlıq evləri, əyləncə mərkəzləri və ticarət mərkəzləri iflas həddindədir
Koronavirus pandemiyasından ən çox zərərçəkən sahələr sırasında turizm, hotelçilik, kafe-restoran, şadlıq evləri, əyləncə mərkəzləri, ticarət mərkəzləri, daşımaçılıq və sair öndə gedir. Bu, əslində bütün dünyada belədir. Pandemiyanın aylardır bağlı qoyduğu bu sahələrdə fəaliyyət göstərən obyektlərin sahibləri böyük zərərlə üzləşməkdədilər. Bir çox analitik mərkəzlər bu sahələrin, xüsusilə turizm sektorunun pandemiyanın mənfi təsirlərindən yaxın 2-3 il ərzində qurtula bilməyəcəyini proqnozlaşdırırlar. Nəzərə alsaq ki, COVID-19-a qarşı peyvəndin əldə olunması, əhalinin kütləvi peyvəndlənməsi prosesinin ən yaxşı halda 2021-ci ilin ortalarında mümkün olacağı gözlənilir, onda qeyd olunan sahələrdə zərərin daha da artacağını söyləmək olar.

Qeyd edək ki, pandemiyadan ən çox zərər çəkən sahələr Azərbaycanda həm də məmur biznesinin ən yüksək təşəkkül tapdığı sahələrdir. Ölkədə vəzifəsindən alınan, həbs olunan məmurların, demək olar ki, hamısının bu sahələrdə obyektlərinin olduğu üzə çıxır. Eyni zamanda hazırda vəzifədə olan məmurların bir çoxu ilə bağlı belə faktlar aşkarlanmaqdadır.

Azərbaycanda pandemiyadan zərər çəkən sahələrə ayrılan dövlət dəstəyi bilavasitə iş yerlərinin saxlanmasına hesablanmaqla əsasən əmək haqqının ödənməsindən ibarətdir. Əksər mütəxəssislər ayrılan dəstəyin yetərli olmadığı, müəssisələrin üzləşdiyi zərərlə müqayisədə cüzi məbləğlə ifadə olunduğu qənaətindədirlər. Bu isə böyük əksəriyyəti məmur-oliqarxlara məxsus olan belə müəssisələrin ciddi itkilərə məruz qaldığı deməkdir. Belə itkilər fonunda məmurlar bizneslərini başqa sahələrə köçürə bilərlərmi?

Xatırladaq ki, Prezident İlham Əliyev çıxışlarında dəfələrlə ölkədə məmurların biznes fəaliyyətinin yaratdığı fəsadlara toxunub, bu vəziyyətə son qoyulmasının vacibliyini vurğulayıb. Bu şəraitdə məmurların biznes fəaliyyəti üçün başqa sahələrə üz tutmasına imkan veriləcəkmi?

Əkrəm Həsənov: “Regionlarımızda vəkillərə böyük ehtiyac var”

Hüquqşünas Əkrəm Həsənov bildirir ki, Azərbaycanda yalnız pandemiyadan zərər çəkən sahələrdə deyil, digər sahələrdə də məmur biznesi mövcuddur: “Məmur biznesi olmayan sahələr, demək olar ki, yoxdur. Sadəcə, qeyd olunan sahələr daha çox pul tələb edən, inzibati resurs tələb edən, eyni zamanda daha yüksək gəlir əldə etməyə imkan verən sahələrdir. Ona görə də məmurlar bu sahələrə həvəslə vəsait qoyublar. İndi o sahələrdə ciddi böhran var, böyük itkilərə məruz qalıblar. Amma nəzərə almaq lazımdır ki, turizm, hotelçilik, restoran və sair biznes daha çox daşınmaz əmlaka bağlıdır. Yəni müəssisələrin əksəriyyəti daşınmaz əmlakdan ibarətdir. İndiki böhran şəraitində bu əmlakları kimə satıb pulunu başqa sahəyə yönəltmək mümkündür? Faktiki olaraq, heç kimə. Çünki hazırda yalnız Azərbaycanda deyil, bütün dünyada belə obyektlərə ən gəlirsiz sahə kimi investisiya yatıran tapmaq mümkün deyil. Yəni bu gün biznes sahəsini dəyişmək mümkünsüzdür”.

Ə.Həsənovun sözlərinə görə, Azərbaycanda məmurlar yalnız bir sahəyə vəsait yatırmırlar: “Bu gün eyni məmurun həm turizm, həm daşımaçılıq, həm tikinti, həm kənd təsərrüfatında, həm ticarətdə fəaliyyət göstərən obyektləri var. Bu isə bir sahədən çəkilən zərərin digər sahələr hesabına kompensasiya etməyə imkan verir. Digər tərəfdən, bu məmurların mövcud biznesinin cüzi hissəsi Azərbaycandadır. İndiki şəraitdə onlar bizneslərini, xaricdəki vəsaitlərini ölkəyə gətirməyəcəklər. Eyni zamanda digər sahələrə - daha aşağı gəlirli sahələrə də vəsait qoyacaq deyillər. Bu baxımdan, düşünmürəm ki, pandemiyadan zərərçəkən sahələrdəki məmur biznesi azalacaq, yerini dəyişəcək”.

Ekspertə görə, ölkə iqtisadiyyatı, ölkədəki biznes mühiti ümumiyyətlə, buraya investisiya cəlbi üçün əlverişli hesab olunmur: “Son illərdə investisiyaların kəskin azalması bunun nəticəsidir. Bir halda ki, vətəndaşın, sahibkarın mülkiyyətinin toxunulmazlığı təmin olunmur, o zaman kim gəlib bura investisiya yatıracaq? Azərbaycan sərmayə qoyuluşu üçün onsuz da riskli ölkə hesab olunurdu. Amma risklər çox olsa da, gəlirlilik də yüksək idi. İndi isə gəlir də azalıb. Bu şəraitdə nəinki xarici, heç yerli investorlar da harasa sərmayə qoymağa risk etməzlər. Məmur-oliqarxlar isə heç buna getməzlər: son vaxtlar başlanan proseslər göstərir ki, onların biznesi hər an əllərindən çıxa bilər”.

Hüquqşünas bildirir ki, Azərbaycan indiki vəziyyəti bir fürsətə çevirmək şansı əldə edib: “Məhkəmə sistemində islahatları dərinləşdirmək, azad və rəqabət biznes mühiti formalaşdırmaqla sıravi vətəndaşlarımızın, vəsaiti olan insanlarımızın özlərinin iqtisadiyyata yetərincə investisiya yatırmasına nail ola bilərik. Bu proses qısamüddətli deyil, amma başlamağa və axıradək getməyə dəyər”.

Natiq Cəfərli: “Virus olmasaydı da, neft ucuzlaşacaqdı”

İqtisadçı-ekspert Natiq Cəfərli Azərbaycan iqtisadiyyatında məmur biznesinin rolunun çox böyük olduğu qənaətindədir: “Bunların hamısı dolayı yollarla fəaliyyət göstərir: məmurlara biznes fəaliyyəti qadağandır. Bütün bizneslər məmurları yaxınları, qohumları, dostlarının adınadır. Lakin onlara himayəçilik bilavasitə məmurlar tərəfindən həyata keçirilir deyə, əslində hazırda hansı məmurun hansı sahədə hansı obyektlərinin olduğu hər kəsə məlumdur. İqtisadiyyatın əksər sahələrində belə himayə olunan biznes yüksək paya malikdir ki, bu da ölkədə sağlam rəqabət mühitinin boğulmasına gətirib çıxarıb. İndiki dövrdə məmur biznesinin pandemiyadan zərərçəkən sahələrdən başqa sahələrə keçid etməsindən danışmaq tezdir. Hazırda biz daha çox ölkədən capital çıxışından danışa bilərik. Məmurlar əllərində olan vəsaitləri ölkədən çıxarmağa çalışacaqlar”.

Xatırladaq ki, prezident İlham Əliyev Azərbaycan iqtisadiyyatında liberallaşdırmaya gedilməsinin zəruri olduğunu bildirib. Prezidentin bu çıxışından sonra digər sahələrə məmur pullarının yatırılması real görünürmü? N.Cəfərli bildirir ki, indiki halda liberallaşdırma xarakterli addımların əsasında iri dövlət şirkətlərinin tam və ya qismən özəlləşdirilməsi, yaxud özəl sektora idarəetməyə verilməsi dayanacaq: “Bu müəssisələrin özəlləşdirilməsində məmurların leqal şəkildə iştirakı indiki halda mümkün deyil. Ümumilikdə belə özəlləşməyə gedilməsi üçün bir sıra hüquqi addımların atılması lazım gələcək: məhkəmə sistemində islahatlar, hüquqlara təminat, maliyyə amnistiyası və sair. Ən əsası isə ölkədə siyasi islahatların aparılması zəruridir - demokratik siyasi mühit xarici investorların ölkəyə gəlməsi üçün ən mühüm şərtlərdən biridir. Əks halda, liberallaşma məqsədli addımlar effekt verməyəcək”./musavat.com
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Restoran, kafe və çay evləri fəaliyyətini bərpa edir - Operativ Qərargah

    Restoran, kafe və çay evləri fəaliyyətini bərpa ...

    4-05-2020, 04:28

  • 
  • İri ticarət mərkəzləri ilə bağlı qərar verildi

    İri ticarət mərkəzləri ilə bağlı qərar verildi ...

    7-08-2020, 21:30

  • 
  • İranda ticarət mərkəzləri və mağazalar açıldı

    İranda ticarət mərkəzləri və mağazalar açıldı ...

    20-04-2020, 16:01

  • 
  • “Sədərək” və “Binə” ticarət mərkəzləri fəaliyyətini dayandırıb — SƏBƏB

    “Sədərək” və “Binə” ticarət mərkəzləri ...

    1-10-2017, 13:45

  • 
  • Ticarət mərkəzləri də bağlanacaq

    Ticarət mərkəzləri də bağlanacaq ...

    18-06-2020, 19:59


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (535)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu