Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin Kürdəmirdə keçirdiyi əməliyyat zamanı saxlanılan icra başçısı Ceyhun Cəfərov barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəməyə gətirilib.
İstintaq orqanının təqdimatına Binəqədi Rayon Məhkəməsində hakim Vüqar Məmmədovun sədrliyi ilə baxılıb.
Kürdəmir rayon icra hakimiyyətinin saxlanılan başçısı Ceyhun Cəfərov barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, avqustun 19-da Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən Kürdəmir rayon İcra Hakimiyyətində əməliyyat keçirilib.
C.Cəfərova Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 311.3.2-ci (təkrar rüşvət alma) və 311.3.3-ci (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham verilib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?