"Koronavirusu simptomsuz, yəni əlamətsiz keçirən xəstələrə antivirus preparatları verilmir. Onlar sadəcə vitamin və digər dərmanlarla təmin edilir”.
Gundemxeber.Az xəbər verir ki, bu fikirləri Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyəti yanında tibbi-elmi komitənin sədri Akif Qurbanov Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, antivirus prepatlarının verilməsi üçün xüsusi göstərişlər olmalıdır və bu da xəstəxana şəraitində verilir: “Hazırda pandemiya xəstəxanaları kifayət qədər boşalıb. Ona görə də simptomlu xəstələr xəstəxanaya yerləşdirilir. Onlara da lazımi bütün dərman preparatları göstərişlərə uyğun verilir”.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?