GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Ermənilərin Gürcüstana qarşı işğalçılıq siyasəti davam edir

Ermənilərin Gürcüstana qarşı işğalçılıq siyasəti davam edir

Tarix: 11-09-2020, 09:02 Bölmə :Cəmiyyət Baxış: 318
Ermənilərin Gürcüstana qarşı işğalçılıq siyasəti davam edir


Erməni millətçiləri “Böyük Ermənistan” xəstəliyinə yoluxmuşlar. Belə ki, ermənilər, bütün yaxın ölkələrin ərazisinə iddia edirlər. Qonşu Gürcüstan da Ermənistanın bu cür ambisiyalarından kənarda qalmamışdır. Əslində isə ermənilər heç vaxt Cənubi Qafqazın yerli əhalisi olmamışlar. Onlar buraya kütləvi şəkildə XIX əsrin birinci yarısından köçürülmüşlər. Gürcü tarixçisi Quram Marxuliya verdiyi eksklüziv müsahibələrinin birində ermənilərin Gürcüstan ərazisinə dair əsassız iddialarının təfərrüatlarını açıqlayır:
Belə ki, 1918-ci ildə ilk erməni dövlətinin yaradılması ilə Ermənistan öz ərazilərini genişləndirməyə başladı. Ermənilər Cənubi Gürcüstanın guya “Böyük Ermənistan”ın tərkibində olan hissəsinə dair iddia edirdilər. 1918-ci ildə Ermənistan Lori vilayətini işğal etmək məqsədilə Gürcüstana qarşı hərbi əməliyyatlara başladı. Gürcüstan dövləti bu əraziləri özündə saxlaya bildi. Bugünkü Ermənistan, Gürcüstan və Azərbaycanın ərazilərindən formalaşmışdır. Lori vilayəti tarixi Gürcüstanın ərazisidir, Ermənistanın iddiaları isə əsassızdır.
1920-ci ildə bolşeviklər Stalinin köməyi ilə Lori vilayətini Ermənistana verdilər. Onlar hələ o vaxt Axalkələk və Axalsıxı da ələ keçirmək istəyirdilər. Daha sonra 1931-35-ci illərdə o vaxtkı erməni rəhbərliyi Kremldən həmin bölgələrin onlara verilməsini tələb edirdi. 1937-ci ildə Ermənistan Kommunist Partiyasının Birinci Katibi Xancyan bu tələbi ilə Beriyaya müraciət etmişdi. Həmin vaxt Lavrenti Beriya onu öz kabinetinə dəvət etmiş və bu istəyinə görə onu vurub öldürmüşdü.
Sonra bu məsələ Sovet İttifaqının dağılmasına qədər qaldırılmadı. Əvvəlcə ermənilər elə hesab edirdilər ki, SSRİ-nin dağılması baş verəcək və ona görə də ərazinin genişlənməsinin hansı tərəfdən, Ermənistan-Gürcüstan yoxsa Azərbaycan tərəfindən genişlənəcəyini düşünürdülər. Bu məsələ 1986-cı ildə Daşnaksütyun partiyasının qurultayında da müzakirə olundu. Məlumdur ki, Cavaxetidə erməni əhalisi kompakt şəkildə yaşayır. Dağlıq Qarabağın muxtariyyət statusunun olduğu üçün daşnaklar bir neçə səs çoxluğu ilə Azərbaycan ərazilərinin işğalına başlamaq qərarına gəldilər. Bu qərar, dünya birliyinin guya Dağlıq Qarabağın muxtariyyət statusuna və həmin ərazilərin Azərbaycana məxsusluğuna şübhə ilə yanaşması ilə əsaslandırılırdı. Qeyd etmək lazımdır ki, ermənilər Azərbaycan ərazilərinin 20%-nin işğalı ilə faktiki olaraq Ermənistanın ərazilərini “genişləndirdilər”. Həmçinin, şimal istiqamətində Gürcüstan ərazisinin hesabına genişləndirmə siyasəti davam etdi. Ermənistan hökumətinin ictimai təşkilatları üstüörtülü şəkildə, tarixçiləri və jurnalistləri isə açıq formada bu torpaqların guya Ermənistana məxsus olması haqqında materiallar dərc edərək Cavaxetinin Ermənistan dövlətinin tərkibinə qaytarılmasını təbliğ edirlər. Hazırkı Ermənistan əslində qonşu dövlətlərin ərazilərinin hesabına yaranmışdır. Buna görə də ermənilərin başqalarının torpağını tələb etməyə dair heç bir hüquqları yoxdur. Yadda saxlamaq lazımdır ki, nə qədər ki, erməni millətçiliyi mövcuddur, qonşu dövlətlərə və xalqlara qarşı bu iddialar da həmişə mövcud olacaqdır. Fikrimizcə, bu problemi birdəfəlik həll etmək üçün tarixçilər cəmiyyətini təşkil etmək və dünyanın hər yerindən ora mütəxəssisləri cəlb etmək lazımdır. Ermənilər üçün tarix öz iddialarını və niyyətlərini təbliğ etməkdən ibarətdir ki, bunu da əsl tarix hesab etmək olmaz. Ermənistanın Tarix İnstitutu tarixin saxtalaşdırılması ilə məşğuldur. Ermənilər mövcud olduqları bütün dövrlərdə öz qonşularının ərazilərinə, mədəniyyətinə və tarixinə dair əsassız iddialar irəli sürmüşlər. Bu ermənilərin xəstəliyidir. Məhz bu ideologiya ilə bugünkü erməni uşaqları da tərbiyə olunur. Quram Marxuliya ilə olan müsahibənin davamını təqdim edək:
- Ermənilərin Cavaxetidəki əməlləri ilə təhdidləri nə dərəcədə üst-üstə düşür?
- Hələlik Cavaxetidə, ideoloji sferada hücum gedir, belə ki, muxtariyyət yaratmaq zərurəti ətrafında informasiya hücumu gedir.
Müsahibədən də göründüyü kimi ermənilər birmənalı şəkildə həqiqətə uyğun olmayan dezinformasiyalar, yalan məlumatlar yayaraq, təxribatlar törədərək əsası olmayan “Böyük Ermənistan” xülyasını altdan-altdan reallaşdırmağa çalışırlar. Ermənistanın KİV-ləri bir qayda olaraq, onlara sərf etməyən informasiyaları yalanlayaraq saxtalaşdırır, nəticədə isə bu cür davranışları ilə ictimaiyyəti aldadırlar. Buna sübut olaraq, Paşinyanın BBC-nin Hardtalk verlişində aparıcının suallarının heç birinə adekvat şəkildə cavab verə bilməməsini göstərmək olar. Paşinyan bu dəfə də yalan danışaraq suallardan yayınmağa çalışmışdır. Belə ki, həmin verilişdə jurnalist Stephen Sackur, Paşinyanın sülhdən danışdığı halda ermənilərin əslində cəbhə xəttindəki atəşkəs rejimini pozduğu üçün hər iki tərəfdən hərbçilərin öldüyünü qeyd edir. Paşinyan isə cavabında həmişə olduğu kimi günahı Azərbaycanın üstünə atmağa çalışır. Daha sonra jurnalist ermənilərin Dağlıq Qarabağda gərginliyi artıran ciddi təhrikedici addımlar atdığını, Dağlıq Qarabağı “Arsax” kimi qələmə verdiyini və bunun Azərbaycana qarşı açıq-aşkar provakasiya olduğunu qeyd edir. Bu məqamdan da göründüyü kimi Paşinyanın yalanlarına baxmayaraq beynəlxalq ictimaiyyət artıq Ermənistanın məkrli niyyətini aydın şəkildə dərk edir.
Ermənilər bu gün Ermənistanda baş verən özbaşnalıqları gördükləri üçün ölkəni tərk edirlər. Nəticədə real işçi qüvvəsinin olmadığı üçün Ermənistanın iqtisadiyyatı da günü-gündən tənəzzülə uğramağa davam edir. Ermənistanda əhalinin artımının müşahidə olunmaması və əhalinin ölkəni tərk edərək getməsi demoqrafik böhrana səbəb olan başlıca amillərdəndir. Ermənistan bu gün “könüllülər” adı altındakı dəstəsinə terrorçuları, cinayətkarları cəlb edərək öz işğalçı siyasətini davam etdirir. 2020-ci ilin avqustun 4-də Livanın paytaxtı Beyrutda baş verən güclü partlayışdan sonra oradakı ermənilərin işğal olunmuş Azərbaycan torpaqlarına köçürülməsinə dair siyasətin yeridilməsi Ermənistanın əslində təcavüzkar dövlət olmasını bir daha sübut edir.

Kamal Salayev
AMEA–nın Qafqazşünaslıq İnstitutunun
Gürcüstanşünaslıq şöbəsinin mütəxəssisi
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Erməni-gürcü savaşı böyüyür

    Erməni-gürcü savaşı böyüyür ...

    5-05-2015, 22:45

  • 
  • Fuad Muradovun Gürcüstan səfəri ERMƏNİSTANI AYAĞA QALDIRDI

    Fuad Muradovun Gürcüstan səfəri ERMƏNİSTANI AYAĞA ...

    28-06-2018, 14:53

  • 
  • Ermənilər yenə İran ərazisini hədəf aldı

    Ermənilər yenə İran ərazisini hədəf aldı ...

    4-04-2016, 12:16

  • 
  • Ermənilərin Naxçıvanla bağlı ŞOK PLANI: - işğal üçün İngiltərə kraliçasından KÖMƏK İSTƏDİLƏR

    Ermənilərin Naxçıvanla bağlı ŞOK PLANI: - işğal ...

    25-09-2018, 14:09

  • 
  • Gürcüstan-Ermənistan sərhədində yanğın davam edir

    Gürcüstan-Ermənistan sərhədində yanğın davam edir ...

    31-07-2018, 11:33


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (511)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu