GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Ermənilərin Gürcüstandakı özbaşnalığı sərhəd tanımır - FAKTLAR

Ermənilərin Gürcüstandakı özbaşnalığı sərhəd tanımır - FAKTLAR

Tarix: 14-09-2020, 10:25 Bölmə :Cəmiyyət Baxış: 304
Ermənilərin Gürcüstandakı özbaşnalığı sərhəd tanımır - FAKTLAR


Ermənilər bir qayda olaraq törətdikləri cinayətləri, öz əməllərini günahı olmayan azərbaycanlıların üstünə yıxırlar. Buna sübut olaraq, bu yaxında, 2020-ci ilin sentyabrın 8-də Ermənistanın KİV-lərindən olan golosarmenii.am [1] saytında “Tamar Baçaliaşvilinin həlak olması: Bakının təhqiri həddi-hüdudu bilmir” başlığı ilə yayımlanan məqaləni göstərmək olar.
Qeyd etmək lazımdır ki, iyulun 18-də itkin düşmüş Tamar Baçaliaşvili Tetriskaro (Ağbulaq) rayonundakı meşədə avtomobilində ölü olaraq tapılmışdır. 23 yaşlı qızın ölümü ilə bağlı istintaq gedir. Verilən məlumata əsasən, iyulun 17-də itkin düşmüş 23 yaşlı Tamarın atası Cumber Baçaliaşvili səhər saatlarında ailə qohumları, dostları və qonşuları ilə bir araya gələrək sonuncu dəfə Tetriskaro rayonunda maşını görünən Tamarın axtarışı üçün yola düşmüş, faciəli xəbəri isə onlar yola düşənə qədər almışlar.

Ermənilərin Gürcüstandakı özbaşnalığı sərhəd tanımır - FAKTLAR


Rəsmi məlumatlara əsasən, Tamarın ailəsinin evində olmadığı zaman öz maşını ilə getdiyi, günün ikinci yarısında anası ilə əlaqə qurmağa çalışdığı, lakin telefonunun söndürüldüyü, bu zaman narahat olmağa başlayan qohumlarının polisə müraciət etdiyi, beş gün sonra axtarışın başa çatdığı, qızın isə ölü olaraq tapıldığı qeyd olunur.
Tamarın atası Cumber Baçaliaşvili cəsədin tanınması üçün getməzdən əvvəl jurnalistlərə hadisə ilə bağlı fikrini bu cür bildirir: “Uşağı zorakılığa məruz qoyaraq öldürmüşlər. Onun evdən aldadılaraq aparıldığına 100% əminəm. Bəlkə də, ona iş yerində təzyiq göstərmişlər. İkinci bir variant isə onu hansısa oğlanın oğurlamasıdır. Ancaq daha çox məsələnin onun işi ilə bağlı olduğunu düşünürəm. O evə qayıdanda onun aqressiv olduğunu və bir neçə dəfə ağladığını görmüşdüm”.
Erməni mətbuatının verdiyi məlumata əsasən, guya vəfat edən qızın anası qonşuları və qohumları ilə birlikdə etiraz aksiyası təşkil etmiş, Poniçalaya (Soğanlığa) gedən yolu bağlamış, beləliklə də istintaq orqanlarının diqqətini çəkməyə çalışmış və onları axtarışları gücləndirməyə məcbur etmişlər.
“İstintaq zamanı bütün versiyalara baxılır” – deyə bu barədə jurnalistlərə hadisə yerindən ailənin vəkili Mixail Ramişvili bildirmişdir: “Hələlik yalnız o məlumdur ki, Tamar Baçaliaşvilinin avtomobilini Qolteti kəndinin yaxınlığındakı meşədə çoban tapmışdır. Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları maşının arxa oturacağında qızın cəsədini taparaq Samxaraulinin ekspert bürosuna aparmışlar. Ekspertizanın nümayəndələri işləyirlər, onlar bütün lazımi işləri həyata keçirirlər”.
Qeyd edək ki, Tamarın proqramist olduğu bildirilir. Belə ki, o, 2016-cı ildə informasiya sahəsində təhsil almış, 2017-ci ildə proqram təminatının hazırlanması ilə məşğul olan “Zeq” MMC-yə daxil olmuşdur. Onun son layihəsi əməkdaşların iş saatlarının hesablanması üçün nəzərdə tutulan onlayn sistemin yaradılması olmuşdur. Bu barədə isə jurnalistlərə şirkətin direktoru Tamar Koberidze məlumat vermişdir.
“Mən hər gün onun anası ilə ünsiyyət qururdum, dünən axşam da danışmışam. Biz baş verən hadisə ilə bağlı çox narahatıq, amma nə baş verdiyini bilmirik. Mən bilirdim ki, o işdən çıxa bilər. Çünki bir il ərzində özü tez-tez iki yerdə işlədiyini və təhsil aldığını demişdi. Mən onun ikinci işinin olduğunu bilirdim, ancaq harda olduğunu bilmirdim” – deyə Tamar Koberidze jurnalistlərə bildirmişdir.
Tamarın qohumları, onun tam olaraq işindən xəbərdar olmadıqlarını qeyd etmişlər. Tamarın qardaşı Georgi Baçaliaşvili “Mtavari arxi” [2] teleşirkətinə verdiyi müsahibəsində bildirir: “O, adətən mənim yanımda oturur; proqramlar, tətbiqlər yazır; saytlar üçün dizaynlar hazırlayırdı. Məndən xoşuma gəlib-gəlmədiyini soruşurdu. Onun bunları kimin üçün etdiyini, bunların kimin sifarişi olduğunu dəqiq deyə bilmərəm. Mən onun nə etdiyini elə də başa düşmürdüm”.
Baçaliaşvili ailəsinin vəkili Mixail Ramişvili, qızın həlak olması ilə bağlı daha bir məlumat verərək bildirir: “Onun istifadə etdiyi Messenger, Facebook və Viber proqramlarından demək olar ki, bütün məlumatları silinmişdir. Whatsapp proqramındakı sonuncu mesajı isə 23 iyun tarixinə aiddir. İyun ayının 6-dan – iyulun 18-dək telefonuna gələn və gedən zənglər də silinmişdir. Tamarın çəkdiyi fotoşəkillər isə iyulun 18-də aşkar edilmişdir”.
Qeyd etmək lazımdır ki, golosarmenii.am [1] saytının yayımladığı məqalənin başlığı, bu hadisədə də ermənilərin əlinin olduğunu aydın şəkildə göstərir. Çünki belə bir fakt da məlumdur ki, şahid Kvartsxava Qvalinin verdiyi məlumata əsasən, Baqramyan batalyonunun üzvü olan 6 nəfər erməni 16 yaşlı gürcü qızını özləri ilə apararaq zorlamış [3], həmin qızı müdafiə etməyə çalışan bir rus qadınını isə qətlə yetirmişlər. Həmin hadisədən sonra isə gürcü qızını bir daha heç kəs görməmişdir.
Məhz ermənilər bir qayda olaraq törətdikləri cinayətləri mahir şəkildə ört-bastır edir, baş verən cinayətləri azərbaycanlıların üstünə atır və beləliklə də məsələyə heç bir aidiyyatı olmayan rəsmi Bakı haqqında dezinformasiyalar yayırlar. Şübhəsiz ki, törətdikləri cinayətdə ermənilərin əsas məqsədi azərbaycanlıları cinayətkar kimi qələmə verməkdən, bununla da gürcülərlə azərbaycanlıların münasibətlərini pozmağa cəhd etməkdən ibarətdir. Erməni KİV-ləri bu istiqamətdə öz fəaliyyətlərinə davam edirlər. Lakin ermənilərin bu cəhdlərinə baxmayaraq, Ermənistanın əslində terrorçu dövlət olması artıq hamıya birmənalı şəkildə məlumdur.

Kamal Salayev
AMEA–nın Qafqazşünaslıq İnstitutunun
Gürcüstanşünaslıq şöbəsinin mütəxəssisi
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Beyləqanda itkin düşmüş kişi arvadının sifarişi ilə qətlə yetirilib

    Beyləqanda itkin düşmüş kişi arvadının sifarişi ...

    11-09-2018, 11:29

  • 
  • İtkin düşmüş şəxsin meyiti su kanalından tapıldı

    İtkin düşmüş şəxsin meyiti su kanalından tapıldı ...

    23-11-2015, 14:33

  • 
  • 24 yaşlı qız 4 aydır itkin düşüb

    24 yaşlı qız 4 aydır itkin düşüb ...

    3-12-2013, 22:41

  • 
  • İtkin düşmüş 38 nəfərin taleyinə aydınlıq gətirildi

    İtkin düşmüş 38 nəfərin taleyinə aydınlıq ...

    18-06-2013, 19:42

  • 
  • Oğuzda faciə: 12 yaşlı Cəbrayıl meşədə itkin düşdü, parçalanmış meyiti tapıldı

    Oğuzda faciə: 12 yaşlı Cəbrayıl meşədə itkin ...

    22-05-2020, 11:44


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (381)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu