Məlum olduğu kimi, Azərbaycanda mart ayından etibarən koronavirus pandemiyasına görə xüsusi karantin rejimi tətbiq edilib və bu rejim çərçivəsində bəzi qaydalar məcburi xarakter daşıyıb. Bu qaydalara əməl olunması və buna nəzarət mexanizminin yaradılması üçün qanunvericiliyə də bəzi dəyişikliklər olunub. Karantin zamanı İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi üzrə inzibati məsuliyyət müəyyən olunub. Bu qaydanı pozduğu üçün cərimə olunan sadə vətəndaşlarla yanaşı, qanuna riayət etməyən böyük və tanınmış şirkətlər də var.
Qanunun icrasına nəzarət edən Daxili İşlər Nazirliyinin əməkdaşları reydlər zamanı şirkətlərə məxsus ictimai müəssisələrdə pozuntular aşkar etdiyi üçün həmin qurumlar məsuliyyətə cəlb edilərək cərimə olunublar.
Siyahıda qeyd olunan şirkətlərin hər biri İnzibati Xətalar Məcəlləsinin 211.2-ci (Epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə) maddəsi ilə protokol tərtib olunaraq 400 manat məbləğində cərimə olunublar.
Həmin şəxslər barəsində qərara baxılması üçün işlər müvafiq rayon məhkəmələrinə göndərilib. Qeyd edilən şirkətlərin əksəriyyətinin bir neçə mağaza və ya filialı olduğu üçün onlar bir neçə dəfə cərimə olunublar.
Sorğu
Yeni dizaynımız necədir?