GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Müdafiə Xətti: Siyasi girov Emin Saqiyev azadlığa buraxılmalıdır

Müdafiə Xətti: Siyasi girov Emin Saqiyev azadlığa buraxılmalıdır

Tarix: 16-09-2020, 10:39 Bölmə :Cəmiyyət Baxış: 341
Müdafiə Xətti: Siyasi girov Emin Saqiyev azadlığa buraxılmalıdır


“Müdafiə Xətti siyasi girov Emin Saqiyevin azadlığa buraxılmasını tələb edir, habelə, yerli və beynəlxalq hüquq ictimaiyyətindən, insan haqları sahəsində ixtisaslaşmış hüquq müdafiə təşkilatlarından, etibarlı beynəlxalq siyasi və hüquqi mərkəzlərdən Azərbaycandakı insan haqlarının bu ağır durumuna müdaxilə etmələri məqsədilə fəal hərəkətə keçmələrini xahiş edir.”

Bu barədə Müdafiə Xətti hüquq müdafiə təşkilatının sentyabrın 16-da yaydığı bəyanatda deyilir.

Müdafiə Xətti inanır ki, Emin Saqiyev Azərbaycanda siyasi motivlərlə həbsə atılmış 200-dən çox siyasi məhbusdan biridir.

“O, siyasi ittihamlarda hökumətin ənənəvi olaraq dəyənək kimi istifadə etdiyi cinayət qanunun narkotiklərdən sui-istifadəni qadağan edən 234.4.3-cü maddəsi əsasında məhkum edilib. 2017-ci ilin noyabrında həbs edilən Saqiyev yerli hüquq müdafiə təşkilatları tərəfindən siyasi məhbus elan edilib. Saqiyev 2018-ci ilin oktyabrında Bakı Ağır Cinayətlər Məhkəməsinin əsassız və ədalətsiz hökmü ilə 7 il müddətinə azadlıqdan məhrum edilib,” sənəddə qeyd edilir.

Müdafiə Xətti bildirir ki, hökumət Emin Saqiyevi onun yaxın qohumu olan tənqidçi bloğer Türkel Azərtürkün Avropadan yayımladığı, hakimiyyəti kəskin tənqid edən populyar verilişlərinə görə cəzalandırıb. Azərtürk özü siyasi təqib və təzyiqlər nəticəsində mühacirət edib.

“Müdafiə Xətti dərin narahatçılıq hissi ilə bildirir ki, hökumət mühacirətdə olan tənqidçilərini uydurma ittihamlarla bibaşa “zərərsizləşdirə” bilmədikdə onların yaxın qohumlarını siyasi girov kimi saxlayaraq təzyiq vasitəsi kimi istifadə edib. Bloğer Türkel Azərtürkə qarşı tətbiq edilən bu üsul bir neçə il öncə mühacirətdə fəaliyyət göstərən “Azadlıq” qəzetinin baş redaktoru, Turan TV-nin prezidenti Qənimət Zahidin Azərbaycanda yaşayan qohumlarına qarşı da həyata keçirilib. Qənimət Zahidin qardaşı oğlu Rüfət Zahidov, əmisi oğlu Rövşən Zahidov da Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilərək azadlıqdan məhrum ediliblər. Hər iki şəxsi yerli hüquq müdafiə təşkilatları siyasi məhbus kimi tanıyıb. Hökumət habelə bir neçə il öncə bloğer Emin Millinin qaynı R.Ağabəyovu da eyni maddə ilə uzun müddətə azadlıqdan məhrum etmişdi,” bəyanatda deyilir.

Bu il avqustun 18-də Azərbaycan Ali Məhkəməsi Emin Saqıyevin kassasiya şikayətini təmin etmədikdən sonra o, məhkəmənin qərarına etiraz olaraq saxlandığı 6 saylı cəzaçəkmə müəssisəsində 24 gün aclıq aksiyası keçirib.

Vəkil Bəhruz Bayramov bildirib ki, Emin Saqıyev sentyabrın 11-də aclığı dayandırıb, çox zəifdir, çəki itirib, danışmaqda çətinlik çəkir.

Azərbaycan rəsmiləri insanların siyasi iradəsinə görə təqib edilmədiyini və ölkədə siyasi məhbusların olmadığını bəyan edir. Dövlət rəhbərləri Azərbaycanda fundamental insan hüquqlarının tam bərpa edildiyi qənaətindədir. Rəsmi Bakı bu sahədə tənqidləri də qəbul etmir, qərəzli sayır.

Bununla yanaşı, yerli hüquq müdafiə təşklatları hazırda ölkədə iki yüzdən çox siyasi məhbusun adı əks olunan hesabatlar yayıb. Avropa Şurası Parlament Assambleyası bu ilin yanvarında Azərbaycanda siyasi məhbuslara dair qətnamə qəbul edib. Bu qurumda Azərbaycanda siyasi məhbuslarla bağlı məruzəçi fəaliyyətdədir.

Müdafiə Xətti hüquq-müdafiə təşkilatı bu il iyulun 21-də təsis edilib. Yeni təşkilat qeyri-siyasi və qeyri-dini birlik olduğunu bildirib.

Keçmiş müstəntiq, siyasi məhbus kimi tanınan Rüfət Səfərov təşkilatın icraçı direktoru seçilib.

Müdafiə Xətti Azərbaycanda insan haqlarının qorunması və dəstəklənməsi, hüququn aliliyinin təmin edilməsinə yardım məqsədilə yaradıldığını bəyan edib./amerikaninsesi.org/
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Siyasi mühacirin qohumu 7 il müddətinə azadlıqdan məhrum edilib

    Siyasi mühacirin qohumu 7 il müddətinə azadlıqdan ...

    3-10-2018, 16:17

  • 
  • ASMAUİ siyasi məhbusların 135 nəfərdən ibarət yeni siyahısını açıqlayıb

    ASMAUİ siyasi məhbusların 135 nəfərdən ibarət ...

    6-11-2019, 16:41

  • 
  • Hüquq müdafiəçiləri: Azərbaycanda siyasi məhbusların sayı 135 nəfərə çatıb

    Hüquq müdafiəçiləri: Azərbaycanda siyasi ...

    7-11-2019, 11:41

  • 
  • Siyasi məhbusların yenilənmiş siyahısı - 108 nəfər

    Siyasi məhbusların yenilənmiş siyahısı - 108 nəfər ...

    10-06-2020, 16:43

  • 
  • Siyasi Məhbusları Müdafiə Mərkəzi: 159 siyasi məhbus var

    Siyasi Məhbusları Müdafiə Mərkəzi: 159 siyasi ...

    20-11-2017, 16:53


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (281)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu