15 sentyabr 2020-ci il tarixində 102 il bundan öncə, bolşeviklər, fransızlar və ermənilər tərəfindən hücuma məruz qalan Bakımızı xilas etmək üçün Nuri Paşanın rəhbərlik etdiyi Qafqaz İslam ordusu Azərbaycana gəlmiş və Bakını düşmənlərdən azad edən zaman şəhid olan Türk əsgərlərinə ucaldılan abidənin önündə miliyətçilər tədbir keçirmişlər.
İsgəndər Həmidovu özlərinə mənəvi lider seçən milliyətçiilər tədbirdən sonra, özləri üçün mənəvi qərargah hesab etdikləri İsgəndər Həmidovun məzarı önündə tədbiri davam etdiriblər. Həmin günki tədbirin məlumatını təqdiim edirik: ''AXH (Azərbaycan Xalq Hərəkatı) və AMDP-nin (Azərbaycan Milli Demokrat Bozqurd Partiyası) çağırışı və təşkilatçılığı ilə Nuru Paşanın komandanlığı altında Türk İslam Ordusunun Bakının işğaldan azad etməsinin 102 illiyi münasibətilə (15.09.2020) Şəhidlər xiyabanında türkiyəli şəhidlərin şərəfinə ucaldılmış abidənin önündə İ.Əliyev polislərinin məhdudlaşdırıcı addımlarına rəğmən möhtəşəm tədbir keçirildi. AXH, AMD(Bozqurd)P, Qarabağ qazilərinin birgə qəbul etdiyi və Türkiyə prezidenti Türkiyə Milli Müdafiə Nazirliyi, Türkiyə Böyük Millət Məclisinə ünvanlanmış müraciətin oxunmasına imkan verilməsədə, "ehtiyat igidin yaraşığıdır" prinsipinə söykənərək artıq, bir gün əvvəl müraciətin yazılı variantı Türkiyənin Azərbaycandakı səfirliyinə təqdim edilmişdi.
Tədbirin bu hissəsindən sonra cismi canından çox istədiyi torpaqda olsada, ruhu yüksəklərdə olan millət sevdalısı, istiqlalçı deputat general İsgəndər Həmidovun məzarını ziyarət etməklə vəfa borcumuzu da yerinə yetirdik.''
Sorğu
Yeni dizaynımız necədir?