GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » İntim görüntüsü ilə şantaj olunan qadın ona görə intihar edir ki, namus məsələsində cəmiyyətin nə qədər zalım olduğunu bilir...

İntim görüntüsü ilə şantaj olunan qadın ona görə intihar edir ki, namus məsələsində cəmiyyətin nə qədər zalım olduğunu bilir...

Tarix: 18-09-2020, 14:00 Bölmə :Cəmiyyət Baxış: 263
İntim görüntüsü ilə şantaj olunan qadın ona görə intihar edir ki, namus məsələsində cəmiyyətin nə qədər zalım olduğunu bilir...


Bakıda 27 yaşlı müəllimə intihar edib. İntim fotoları ilə şantaj olunduğu deyilir. Nə dərəcədə doğru məlumat olduğundan xəbərim yoxdur, onu bilirəm ki, intim məzmunda şantaj olunan qadınlar var. Tək qadınlar yox, elə kişilər də. Amma bizdə ən çox qadınlar zərər çəkir. İndiyədək intim görüntüsünə görə, intihara əl atan kişiyə rast gəlmədim. Onlar bir təhər sıyrılıb çıxa bilirlər. Di gəl, qadınlarda alınmır. İstisnalar var, amma çoxluqdan danışıram.

Əvvəla, kiminsə bu cür təhdid edildiyini eşidən kimi namus baltasına cummayın. Heç kəs heç nədən sığortalanmayıb. Sabah bu gün qınadığınızdan betərini edər, daha acımasız ictimai şiddətə məruz qalarsınız. Odur ki, biri səhv edibsə, həyatını tamam söndürməyə çalışmayın. Adı üstündədir: səhv. Xətanı düzəltmək, yenidən başlamaq mümkündür. Amma bunun üçün adama şans vermək, kömək etmək lazımdır. Öldürənə qədər qovalamaq yox. Unutmayaq ki, kiminsə intim görüntüsü şəxsi həyatına aiddir. Bütün hallarda adamın iradəsindən xaric onu yaymaq, hələ təhdid etmək qanun pozuntusudur.

İntim görüntüsü ilə şantaj olunan qadın niyə intihar edir? Çünki namus məsələsində cəmiyyətin nə qədər zalım olduğunun fərqindədir. Peşman olub normal həyatına davam etmək istəsə də, insanların imkan verməyəcəyini, “camaat”ın qınağına tab gətirə bilməyəcəyini düşünür. Beləcə, biz onu etdiyi xətadan daha böyük yanlışa - intihara sürükləyirik. Elə bir səhvə ki, geriyə dönüşü yoxdur. Bacara bilməyəcəyini düşünüb, həyatını bitirir.

Bəs intim görüntüsü ilə şantaj olunan şəxs nə etməlidir?

Yadıma illər əvvəl CNN-dən bizə təlim keçən trenerin danışdığı hadisə düşdü. Bir qadın jurnalist seks videosi ilə şantaj olunur. Amma o, təhdidlərə məhəl qoymadan aidiyyatı quruma şikayət edir və ardınca da mətbuat konfransı keçirərək, üzləşdiyi halla bağlı özü açıqlama verir. Beləcə, şantaj qüvvədən düşür və adam cəzasını alır. Trenerimiz bunu bizə misal kimi çəkib, şantaja qarşı 3 əsas şərti də qeyd etdi: “Hər kəs intim mövzuda təhdid oluna bilər. Deyək ki, kiminsə əlində intim foto və videolarınız var, şantaj edilirsiniz. Bu halda neyləməli? Əvvəla, şantaja əsla tabe olmayın. Bu, sonu olmayan bir təhdiddir. İkincisi, mütləq hüquq-mühafizə orqanına müraciət edin. Üçüncüsü, şantajçıdan əvvəl özünüz açıqlama yayın”.

Amerikalı təlimçinin təklif etdiyi bu 3 şərt şantaja qarşı ən yaxşı çözümdür. Ola bilsin, başqa daha effektiv yanaşmalar da var. Amma mənim bildiyim budur, onu da paylaşmağı özümə borc bildim. Bəlkə də elə bu gün, bu saat, bu dəqiqə başqa bir qadın eyni məzmunda şantaj edilir. Bəlkə də dözə bilməyib, intiharı da düşünür. O cür qadınlara bir dəstək olmaq üçün bu yazını yazdım, kimisə ölümdən çəkindirmək, çıxış yolunun intihar olmadığını yada salmaq üçün.

İntihar heç bir problemin həlli deyil. Hər kəs səhv edər, edir də. Xətanı düzəltmək üçün yaşamaq lazımdır. Sizi ölümədək qovan adamlara isə əhəmiyyət verməyin. Əmin olun ki, etdiyiniz səhvdən daha betərini ediblər, yaxud da edəcəklər.

Hər birimiz insanıq, kimsə xətadan xali deyil. Birində yanlış gördüyünüz zaman “öldürməyin”, əksinə əlindən tutun. Unutmayın ki, bir gün siz də səhv edə bilərsiniz. O zaman sizə özünüzü bərpa etməyiniz, yaşamağınız üçün digərləri şans versin. Həyat elə bu deyilmi?

GUNDEMXEBER.AZ
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • "İnstagram"da tanış oldu, intim fotolarıyla şantaj etdi — Xaçmazlı gənc SAXLANILDI

    "İnstagram"da tanış oldu, intim ...

    20-08-2019, 16:16

  • 
  • Azərbaycanlı qadın türkiyəli biznesmeni Gürcüstanda intim görüntülərlə şantaj edib

    Azərbaycanlı qadın türkiyəli biznesmeni ...

    16-07-2018, 10:06

  • 
  • Qadını sosial şəbəkədə intim şəkilləri ilə şantaj edən kimdir? — TƏFƏRRÜAT

    Qadını sosial şəbəkədə intim şəkilləri ilə şantaj ...

    29-05-2018, 12:43

  • 
  • "Ambulans"da intim xidmətlər təklif olunur - ŞOK

    "Ambulans"da intim xidmətlər təklif ...

    31-03-2017, 15:06

  • 
  • 2 uşaq anasının intim videosu yayıldı - Keçmiş ərinin qısqanclığına qurban getdi

    2 uşaq anasının intim videosu yayıldı - Keçmiş ...

    30-05-2019, 16:43


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (59)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu