Azərbaycan Atıcılıq Federasiyasının (AAF) vitse-prezidenti və stend atıcılığı üzrə milli komandanın baş məşqçisi Hafiz Cəfərov əməliyyat olunub.
Bu barədə "Report"a 74 yaşlı mütəxəssisin özü məlumat verib. Cəfərov ötən gün dişindən əməliyyat olunduğunu və hələ də ağrılar hiss etdiyini bildirib.
AAF rəsmisi dişinin alt hissəsində problem yaranması ilə əlaqədar cərrahi müdaxiləyə ehtiyac duyulduğunu söyləyib. Cəfərov hazırda özünü yaxşı hiss etməməsi səbəbindən çox danışa bilmədiyini sözlərinə əlavə edib.
Qeyd edək ki, Hafiz Cəfərov 2000-ci ildə "Şöhrət" ordeninə, 2004-cü ildə "Tərəqqi" medalına, 2008-ci ildə isə "Azərbaycan Respublikasının Əməkdar bədən tərbiyəsi və idman xadimi" fəxri adına layiq görülüb.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?