GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » VƏTƏN VƏ DOST XİLASKARI

VƏTƏN VƏ DOST XİLASKARI

Tarix: 26-09-2020, 10:27 Bölmə :Cəmiyyət Baxış: 780
VƏTƏN VƏ DOST XİLASKARI


Vətən - neçə qəhrəmanın son sözü.
Vətən - neçə qəhramanın izi.
Vətən - neçə qəhrəmanın özü...


Vətən sözündə cəm olunub qəhramanlıq, eşq, sadiqliq, şərəf, şəhadət... Bu sözün dərinliyində boğulmamaq mümkün deyil. Dilimizə gəldiyində ürəyimizin döyüntüsü vücudumuzun hərarətin artırır. Göz önümüzdə vətən uğrundə vuruşan əsgərin ürək döyüntüsü, vətənin sinəsi üstündə can verən şəhid ürəyinin son döyüntüsü canlanır.
Son döyüş, son döyüntü...
Vətən üçün doğulub vətən üçün yaşayanların ürəyinin hər döyüntüsündən sanki vətən sədası ucalır. Elə Sənan Axundov kimi.
Doğulduğu gün şəhadəti alnına yazılmışdı bu oğulun. 1979-cu il payız qoxulu bir gündə (sentyabrın 29-da) hərbiçi ailəsində doğulan Sənan həm ailəsinin həm vətənin ümidi idi. Körpəlikdən hərbiçi atanın qabarlı əlləri ilə tumarlanırdı onun saçları. Hər bir hərbiçi övladı kimi Sənan da atasının üzünü doyunca görə bilmirdi. Çünki onun atası Tahir Axundov çox zaman isti ocağından kənarda vətən keşiyi çəkirdi. Elə o zamandan Sənan atasının yolunu davam edəcəyi qərarına gəlmişdi. Beləcə ötən illərlə bərabər gələcəyin qəhrəmanı da böyüyürdü. Ancaq Sənan uşaqlığa bircə gündə əlvida dedi.  Sənanla bərabər neçə-neçə uşağın bir anda böyüdüyü eləcə də neçə - neçə uşağın şəhid olduğu Füzulinin işğalı günü həm tarixin həm də insanların yaddaşında silinməyən iz buraxdı. Hələ o zamandan vətənin keşiyini çəkməyə can atan Sənan Ali Hərbi Məktəbə daxil oldu. Ömrünü vətənə həsr edən qəhrəmanımız Ali Hərbi Məktəbi bitirdikdən sonra Almaniya Hərbi Akademiyasını (alman dilində) oxudu.Daha sonra Bakı Dövlət Unversitetinin  hüquq fakültəsini bitirdi. Sənan Axundov Müdafiə Nazirliyində illərlə sektor müdiri işlədi. O, "Qüsursuz xidmətə görə" III dərəcəli medalı  və "Yubiley medalı" ilə təltif edildi. Hərbin bütün dərinliyinə yiyələnən qəhrəman hər zaman ön cəbhədə yer alırdı. İllərlə öyrəndiyi bilik və bacarıqları döyüşlərdə həm özünün həm də ordumuzun yoluna işıq saçırdı. Cahanın sükutunun pozulduğu Aprel döyüşlərində ruh yüksəkliyi ilə döyüşçü yoldaşlarıyla birgə zəfər müjdəsi yetirənlərdən biri də Sənan Axundov idi. Qələbənin sevincin yaşayan ürəyi eyni zamanda hərbiçi yoldaşlarının itkisinin kədərini də yaşayırdı. Hər döyüşçü kimi Sənan da zəfərin şəhidsiz qazanılmadığı gerçəyini yaxşı bilirdi. Elə tək təsəllisi də o qanların hədər axmadığı, illərdən sonra işğaldan azad olunan o torpaqlar idi.

VƏTƏN VƏ DOST XİLASKARI


  Sənan Axundov öz silahdaşı ilə birlikdə apreldə tökülən qanlar torpağa hopmamış aprelin 18-i kəşfiyyat işləri aparmaq və növbəti döyüş tapşırığını yerinə yetirmək üçün irəliləyirdi. Bu zaman Lələ təpə yaxınlığında yerləşən Yastı təpə ərazisində döyüş yoldaşı minaya düşdü. O öz həyatını düşünmədən yaralı yoldaşına yaxınlaşıb, belindəki kəməri ilə yoldaşının yarasını bağladı. Dostunu xilas edən Sənan özü minaya düşərək ağır yaralandı. Bir neçə saat həyata dönmək üçün mübarizə aparsa da bu mübarizədə məğlub oldu. Vətən naminə yaşayan vətən oğlu həm vətən yolunda həm də dost yolunda şəhadət zirvəsinə ucaldı. Bu gün Sənanın öz həyatı bahasına xilas etdiyi dostu da yaşayır, vətəni də. Əslində isə elə Sənan özü də əbədiyaşarlıq qazanıb. Çünki şəhid kimi can verən heç zaman ölmür.
Məqamların ən gözəlinə ucalan şəhidimiz aprelin 19-u Beyləqan rayonunda yerləşən Cərcis peyğəmbər ziyarətgahında dəfn olundu. Xalq igid, qəhrəman, unudulmaz şəhidini vətən torpağına tapşırdı. O torpağa ki, şəhid qanları ilə paklaşıb, şəhid canları ilə canlanıb.
Şəhidimizin vətən sevgisi övladlarına da sirayət edib. Onun hər iki övladı Tahir və Nəzrinin gözlərindən vətən sevgisi oxunur. Axı necə sevməsinlər ki? Hər birimizin "ana vətən" dediyimiz vətənə onların atası can verib. Hər "vətən" deyəndə şəhid əmanətlərinin ataları gözləri önünə gəlir. Bu gün Tahir atasının yolunu davam etdirir. O Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsinin tələbəsidir. Tahir bu peşəni seçərkən bir daha sübut etdi ki, bu ailənin hər bir fərdi vətən naminə yaşayır. Əslində bir şəhid xanımı üçün tək oğul payını hərb sahəsində görmək fərqli duyğudur. Bir qadının nə qədər böyük vətən sevgisi, nə qədər böyük ürəyi ola ki, ömür yoldaşının qurban getdiyi vətənə oğul payını da qurban verməyə hazır ola. Bu baxımdan düşünürəm ki, Nəcibə Axundova örnək götürüləcək xanımlardandır.
Müqəddəs vətənim, o qədər böyük sevgilərə şahid oluram ki, ruhumla, cismimlə əsirinə çevrilirəm. Səni hər sözümdə vəsf edirəm. Vətən, şəhidlərim kimi qanımla, canımla sənə can vermək istəyirəm. Mən sənin uğrunda fəda ola bilməsəm də uğrunda fəda olanların adlarını yaşatmağa çalışıram. Hər şəhidin bir roman olan vətən sevgisini sətir - sətir oxuyur, hərf-hərf "toxuyuram". Oxuyun, şəhidlərin sevgi romanını oxuyun. O romanların hər birinin sonu eyni sözlə bitir. Vətən!

AZADLIQ MÜJDƏÇİSİ

Adını qanla yazdın vətənin dağ-daşına,
Sahib çıxdın torpağın sən hər bir qarışına,
Uşaqlıqdan bir məqsəd qoymuşdun öz qarşına
"Bu vətən torpağını mən azad görəcəyəm,
Gərəkirsə vətənim uğrunda öləcəyəm".

Özünlə bir bərabər böyüdü vətən dərdin,
Füzuli torpağını azad görmək istədin,
Bax o azadlıq üçün şəhid kimi can verdin
Vətənin dar günündə düşmənə gəldin sinə,
Ucaldın uca olan şəhadət zirvəsinə.

Həm dostuna can verdin, həm müqəddəs torpağa,
Şəhid tək qədəm qoydun cənnət adlı bir bağa.
İndi sənin yoxluğun qəlblərdə dönüb dağa,
Şəhidim, sənsiz gəlir yaşın üstə yeni yaş,
Yoxluğun ürəklərdə açıb bitməyən savaş.



VƏTƏN VƏ DOST XİLASKARI


Manya Səxavətqızı

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Vətən uğrunda daha bir şəhidimiz Laçın rayonundan

    Vətən uğrunda daha bir şəhidimiz Laçın rayonundan ...

    6-04-2016, 21:10

  • 
  • Şəhidin sevgilisi üsyan etdi: "Vətən sağ olmasın" - FOTO

    Şəhidin sevgilisi üsyan etdi: "Vətən sağ ...

    31-07-2015, 10:35

  • 
  • “Vətən mənim qürur mənbəyimdir”

    “Vətən mənim qürur mənbəyimdir” ...

    17-05-2017, 15:54

  • 
  • Böyük Vətən müharibəsi iştirakçılarına birdəfəlik maddi yardım veriləcək

    Böyük Vətən müharibəsi iştirakçılarına birdəfəlik ...

    21-04-2016, 01:11

  • 
  • "Qazilər ölməz Vətən bölünməz" adlı aksiya-VİDEO

    "Qazilər ölməz Vətən bölünməz" adlı ...

    30-12-2013, 02:07


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (65)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
BetBoom
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu