"Hazırda ali təhsil müəssisələrində internetlə bağlı problem olduğu üçün çətinliklər yaşayırıq".
Gundemxeber.Az xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev COVID-19 pandemiyası dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkili mövzusunda keçirilən brifinqdə deyib.
Onun sözlərinə görə, univesitetlərdə distant təhsil müvəqqəti olaraq dayandırılıb: "Plana uyğun olaraq, bu təqvim ilinin sonuna qədər distant təhsilin verilməsi nəzərdə tutulur. Bu il tələbə adını qazananlar oktyabrın 1-dən etibarən ali təhsil müəssisələrində müraciət edə bilərlər. Onların ali təhsil məsələləri ilə tanışlığı təmin ediləcək".
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?