Bu barədə "Report"un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı xəbər verir.
Ermənistan silahlı qüvvələrinin bölmələri yenidən terror əməllərini davam etdirərək Azərbaycanın dinc əhalisini hədəfə alır, sakinləri raketlərlə atəşə tutur.
Oktyabrın 9-u günorta saatlarında düşmən Bərdə və Mingəçevir şəhərlərinə raketlərlə atəş açıb. Düşmənin atdığı raketlər Azərbaycan Ordusu tərəfindən dəqiq zərbələrlə məhv edilib. Raketlərin qalıqları Bərdə rayonunun Həsənqaya kəndinə düşüb. Nəticədə 3 inək tələf olub, 2-si isə yaralanıb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?