“Test saylarının azalması və çoxalması bəzən olur. Test sayları təmaslarla da əlaqəlidir”.
Bu fikirləri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.
"Sadəcə rəqəmlərə əsaslanmırıq. Faizlər müqayisə olunur. Artım var deyiriksə, biz bu məsələləri analiz edib sonra deyirik”, - o bildirib.
TƏBİB rəsmisi deyib ki, Azərbaycana virusun genonomunu öyrənə bilən avadanlıqlar gətirilib:
“Virusun daha öldürücü və daha ağır olmasını demək çox tezdir”.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?