Döyüşə göndərmək üçün kişi tapa bilməyən Ermənistan hakimiyyəti indi də qadınları səfərbər etməyə başlayıb.
Məlumatda deyilir ki, “vətənin müdafiəsi üçün” qadın döyüşçü dəstələrinin yaradılmasına başlanılıb. Ermənistanın Müdafiə Nazirliyinin nümayəndəsi Artsrun Ovannisyan “Facebook” səhifəsində “artıq 100 nəfər yazılıb, çoxlu müraciətlər var” yazıb.
Qeyd olunur ki, bundan əvvəl qadınlardan ibarət “könüllü dəstələri”nin Qarabağ döyüşlərinə göndərilmiş 7 üzvünün meyiti artıq İrəvana aparılıb və “Erablur” məzarlığında basdırılıb. Terrorçu ölkənin baş naziri Nikol Paşinyan qadınları səfərbər etməklə həm də Qarabağ cəbhəsində pərən-pərən olmuş erməni ordusunu ruhlandırmaq istəyir. Amma ərazilərimizdəki terrorçu dəstələrə qoşulan bu erməni axçiləri də tezliklə Azərbaycan əsgərinin hədəfinə tuş olacaqlar./musavat.com/
Sorğu
Yeni dizaynımız necədir?