Sosial şəbəkələrdə Azərbaycana aid 050, 051, 055, 070 və 077 prefiksli telefon nömrələrinin Baş Prokurorluq tərəfindən izlənilməsi ilə bağlı məlumatlar yayılıb.
GundemXeber.Az xəbər verir ki, həmçinin cəbhəyə və hərbçilərimizə aid video və fotoların paylaşıldığı anda cərimə tətbiq olunacağı və nömrə sahiblərinin Baş Prokurorluğa çağrılacağı iddia edilib.
Baş Prokurorluğun adından yayılan digər bir məlumatda isə deyilir ki, sosial şəbəkələrdə bütün zənglər və yazışmalar izləniləcək.
Sözügedən iddialarla bağlı Baş Prokurorluğun mətbuat xidmətindən “MediaPost”un sorusuna cavab olaraq bildirilib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir.
Vətəndaşlara bir daha diqqətli olmaq və bu cür məlumatlara etibar etməmək, yayılan məlumatları qurumların rəsmi saytından və ya rəsmi səhifələrindən dəqiqləşdirmək tövsiyə olunur.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?