Ölkədə bir sıra onlayn platformaların işinin bərpası istiqamətində işlər aparılıb.
Oxu.Az-ın müxbirinin məlumatına görə, bunu Təhsil naziri Emin Əmrullayev təhsillə bağlı keçirdiyi brifinqdə bildirib.
O qeyd edib ki, şagirdlər üçün istifadə olunacaq platformalar VPN-siz işləyəcək:
“Bununla bağlı aidiyyəti orqanlarla birgə testlər aparılıb. Bir çox hallarda görürük ki, insanların VPN-lərdən istifadəsi problem yaradır. Şagirdlər üçün istifadəyə verəcəyimiz platformalar VPN-siz işləyəcək”.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?