"Xarici İşlər Nazirliyinə tapşırıq verilib ki, bu məsələlərlə bağlı beynəlxalq ictimaiyyət daimi məlumatlandırılsın ki, təcavüz nəticəsində Azərbaycan dövlətinə, mülki əhaliyə nə qədər ziyan vurulub".
Gundemxeber.az xəbər verir ki, bunu Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov müharibə zamanı ermənilərin Azərbaycana vurduqları ziyanın qiymətləndirilməsinə həsr olunan mətbuat konfransında bildirib.
“Bu ziyanın miqyasına görə də hərbi cinayətin miqyası müəyyənləşdiriləcək”, - İ.Məmmədov əlavə edib.
Sorğu
Yeni dizaynımız necədir?