GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » OĞLUNA VELOSİPED ALMAĞI ŞƏXSİ HEYƏTDƏN XAHİŞ EDƏN ŞƏHİD ÜLVİ HÜSEYNOVUN HEKAYƏTİ!

OĞLUNA VELOSİPED ALMAĞI ŞƏXSİ HEYƏTDƏN XAHİŞ EDƏN ŞƏHİD ÜLVİ HÜSEYNOVUN HEKAYƏTİ!

Tarix: 17-11-2020, 11:10 Bölmə :Cəmiyyət Baxış: 383
OĞLUNA VELOSİPED ALMAĞI ŞƏXSİ HEYƏTDƏN XAHİŞ EDƏN ŞƏHİD ÜLVİ  HÜSEYNOVUN HEKAYƏTİ!


Dünəndən hər kəs paylaşır. Məndən də soruşan oldu. Şəhidimizi və ailəsini tanıdığım və dəfnində iştirak etdiyimçün, bildiyim cavabı verdim, amma bu gün şəhidimizin 3 mərasiminə gedəcəyimdən, ətraflı məlumatı qohumları ilə danışıb verəcəyimi dedim.

Ülvi çox cəsur və igid bir zabit olub! 1988-ci ildə, Ordubad rayonunun Sabir kəndində anadan olub. 8 - ci sinifdən əvvəl Naxçıvandakı hərbi məktəbə, oradan isə Ali Hərbi Məktəbdə təhsilini davam etdirməkçün Bakıya gəlib. Ali Hərbi Məktəbi bitirdikdən sonra da zabit kimi ordu sıralarında xidmətə davam edib.
Ülvinin döyüşlərdə göstərdiyi şücaəti və qəhramanlığı inşallah yaxın vaxtlarda, hər şey açıqlananda bütün xalq tərəfindən bilinəcək və ən yüksək səviyyədə qiymətləndiriləcək, inşallah. Hələlik isə, əsgərləri və döyüş yoldaşlarının dilindən hissə-hissə eşidirik bu qəhramanlıqları. Son döyüşlərə qədər batalyonun qərargah rəisi, ən sonda isə batalyon kamandiri vəzifəsində xidmət göstərib Vətənə. Qaynatası Ələsgər müəllim Ordubadın tanınmış ziyalı və dəyərli insanlarından biridir. Ordubad rayon İcra Hakimiyyəti Başçısının müavini vəzifəsində çalışıb vaxtı ilə. Söhbətə aydınlıq gətirməyi də elə ondan xahiş edirəm.
“Ülvinin Oğlu 3 yaş yarımlıqdır. Daim evdən, uşaqlarından aralı yaşadığı üçün nə lazım olubsa biz etmişik. Yəni Ülvinin bunlara sadəcə vaxtı-zamanı olmayıb. Uşağın 3 yaşı bitəndə velosiped almaq istədim. Xəbərdar olub xahiş etdi ki, “Əmi, bu mənim arzumdur, inşallah özüm aparıb alacağam” Mən də dedim, necə istəyirsən elə olsun. Sonra da elə bu pandemiya filan düşdü, onsuzda Ülvi evə çox az gəlirdi, belə olduğuna görə, gələndə də uşaqla harasa çıxmaq, nəsə almaq mümkün deyildi...”
Ələsgər məllim əslində ah çəkib, nəfəs dərirmiş kimi sussa da, gözlərindəki kədərdən, boğazına yığılan qəhərdən xilas üçün dayandığı bəllidi. Əlini atıb telefonu göstərir: “38 zəng gəlib mənə dünənnən... Bir ucu İsraildən-Rusiyaya, Bakıdan-Ordubada... Anlıyıram, təşəkkür edirəm düşündükləri üçün, amma hər kəsə bir-bir anlatmaq da olmur axı... Həm o hayda deyiləm, həm də sanki biraz düz çıxmır. Azərbaycan hərbçisinin şükür, yaxşı maaşı var, gün güzəranı var. Mənim özüm də çox şükür, nəinki öz nəvəmə, hətta ehtiyacı olan başqa yaxınlara da kömək edəcək gücdəyəm. Məsələ maddiyat məsələsi deyil axı... Ülvi o sözü başqa cür deyib...”
Yenə gözləri dolur. Deyir, “Ülvi mənim qucağımda böyüyüb, öz balam kimi xətrin istəmişəm, indi də elə öz balam kimi yanıram...”

“ Döyüşlərin o anı imiş ki, şəhadət zirvəsi hər kəsin arzusuymuş! Bir tərəfdən Vətən uğrunda can verib o zirvəyə yüksəlmək arzusu, digər tərəfdə isə öz övladının arzusuna əməl etmək, öz atalıq arzusuna çatmaq diləyi Ülvini çıxılmaz duruma salırmış sanki. Hər iki arzuya birgə yetməkçün Şəhid Kapitan bu yolu seçir. Günlərin birində, öz döyüş yoldaşına deyir ki: “Mən şəhid olduqda, şəxsi heyətdən hərəyə 5 manat olmaqla yığ, mənim oğlumun velosipedin al!!!” Beləcə hər iki arzusuna çatacaqdı Ülvi! Oğlunun velosipedini onun uğrunda canını belə verməyə hazır olan əsgərləri, yəni elə özü alacaqdı.”
Elə bundan sonrakı döyüşlərin birində, müqəddəs Şuşa uğrunda gedən döyüşlərdə şəhid olur Ülvi. Şəxsi heyətdən öndə, tək qabaqda gedib, təhlükə sovuşduqdan sonra əsgərlərini çağırarmış hər dəfə. Bu dəfə də belə olur, təpənin birində düşmən tam təmizlənir, əsgərlər təpəyə yerləşdikdən sonra Ülvi digər təpəyə tərəf gedir. Yenə də tək! Və arzuladığı yüksəkliyə qovuşur!

Yasdan çıxarkən Ələsgər müəllim arxamızca çıxır. Çöldə durmuş xanımı bizimlə tanış edir: Ülvinin anasıdı! Bir an bizim dilimiz quruyur, gözlərimizi qaçırmağa çalışırıq, günahkar insanlar kimi...Şəhid anasının məğrur səsi bizi özümüzə gətirir:
- Vətən sağ olsun, balalarım! Çox şükür ki, Ülvimin də, qalan bütün şəhidlərin də qanı yerdə qalmadı! Şükür ki, torpaqlarımız azad oldu! Qələbə əldə etdik!
“Məncə biz bu uğurları analara borcluyuq! Şəhid analarına, əsgər analarına... Bütün analara...” Ürəyimdən keçirdiyim sözləri birtəhər özümdə güc tapıb dilimə gətirirəm!
-Siz sağ olun Ana! Vətən sağ olsun! Nə yaxşı ki, sizlər varsız! Siz olmasaz, qələbə də olmazdı!!!

Çingiz Özgü
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Mirmahmud Mirəlioğlu şəhidimizin dəfnində iştirak edib

    Mirmahmud Mirəlioğlu şəhidimizin dəfnində iştirak ...

    6-08-2014, 00:56

  • 
  • Mirmahmud Mirəlioğlu şəhidimizin dəfnində iştirak edib

    Mirmahmud Mirəlioğlu şəhidimizin dəfnində iştirak ...

    5-08-2014, 18:36

  • 
  • Cəbhə bölgəsində yeni tikilən hərbi hissə istifadəyə verilib

    Cəbhə bölgəsində yeni tikilən hərbi hissə ...

    12-05-2016, 22:53

  • 
  • İstefada olan polkovnik Adil Əliyev uzun sürən xəstəlikdən sonra vəfat edib

    İstefada olan polkovnik Adil Əliyev uzun sürən ...

    1-03-2017, 13:48

  • 
  • Ordumuzun zabiti şəhid oldu

    Ordumuzun zabiti şəhid oldu ...

    27-01-2014, 14:27


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (288)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu