Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən koronavirusa yoluxmuş beş nəfərin yaşayış yerlərini tərk etdikləri müəyyən edilib.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, dünən Quba şəhəri ərazisində qurulmuş karantin postunda koronavirus infeksiyasına yoluxmuş və yaşadığı evi tərk etmiş Qımıl Qazma kənd sakini N.Abbasəliyev, Zərdabi qəsəbə sakini B.Əliyev, Şabran rayon sakini T.Əhmədov, Qusar rayon sakini N.Mahmudov və Xaçmaz rayon sakini M.Rəcəbova saxlanılıblar.
Müəyyən edilib ki, koronavirus testinin nəticəsi pozitiv çıxdığına görə onlara ev şəraitində müalicə təyin olunub, yaşayış yerlərini tərk etməmələri, qaydalara riayət etmələri tapşırılıb.
Lakin onlar qaydaları pozaraq yaşadıqları ünvanları tərk edib və digər insanlar üçün real təhlükə yaradıblar.
Polis əməkdaşları tərəfindən əraziyə həkim briqadası dəvət edilib və onlardan N.Mahmudov Təcili Tibbi Yardım avtomobili ilə yaşadığı ünvana, digər dörd nəfər isə Quba rayonu ərazisindəki koronavirusa yoluxmuş şəxslərin müalicə aldığı xəstəxanaya yerləşdiriliblər.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?