Bərdədə yaşayış evlərini tərk edən koronavirus xəstələri aşkarlanıb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupu məlumat yayıb.
Bildirilib ki, Bərdə RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində COVID-19 xəstələri kimi qeydiyyatda olan rayon sakinləri – X.Aslanov və N.Rəsulovun yaşadıqları evləri tərk edərək, karantin qaydalarını kobud şəkildə pozduqları müəyyən edilib.
Həmin şəxslər müəyyən edildikləri ərazidən polis əməkdaşlarının müşayiəti ilə müalicə aldıqları ünvanlara aparılıblar. Hər iki şəxslə proflaktiki mövzuda söhbətlər aparılıb, təyin edilmiş müalicənin davam etdirilməsi üçün evdə qalmalarının zəruruliyi onların diqqətinə çatdırılıb.
Bərdə RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?