Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına daha 4 267 yeni yoluxma faktı qeydə alınıb, 2 566 nəfər sağalaraq evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 41 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 138 000 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 83 800 nəfər müalicə olunaraq sağalıb, 1 551 nəfər vəfat edib, aktiv xəstə sayı 52 649 olub.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 15 808, bu günə qədər isə ümumilikdə 1 797 026 test icra olunub.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?