GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » ELÇİBƏY: AZƏRBAYCAN ERMƏNİSTAN MÜHARİBƏSİ VƏ SÜLHÜNÜN MƏNTİQİNƏ DAİR

ELÇİBƏY: AZƏRBAYCAN ERMƏNİSTAN MÜHARİBƏSİ VƏ SÜLHÜNÜN MƏNTİQİNƏ DAİR

Tarix: 21-12-2020, 12:46 Bölmə :Cəmiyyət Baxış: 686
ELÇİBƏY: AZƏRBAYCAN ERMƏNİSTAN MÜHARİBƏSİ VƏ SÜLHÜNÜN MƏNTİQİNƏ DAİR


Elçibəy İnstitutu Azərbaycan Ermənistan arasında  müharibə və sülh perspektivləri: milli demokratik qüvvələrin mövqeyi” mövzusunda   müzakirə keçirmişdir. Müzakirələrdə Ə. Elçibəyin “Nazavisimaya qəzeta”nın 5 may 1993- cü ildə   müsahibəsində əksini tapmış  ideyaların və münaqişənin nizamlanmasl prinsipləri haqqında müddəalarının tarixi əhəmiyyəti, hazırda problem ətrafında yaranmış vəziyyətdə siyasi və elmi- nəzəri aktuallığı və ötən müddət ərzində təhriflərə məruz qalmış bəzi faktoloji xarakterli  məsələlərə aydınlıq gətirməsi baxımından faydalı hesab olunub,  təkrar  dərc edilərək  ictimaiyyətin diqqətinə çatdırılması faydalı və  məqsədəuyğun sayılıb.

Heç şübhəsiz, müsahibədəki fikirlərə və dəyərləndirmələrə  dövrün hərbi- siyasi, qeopoliitik şərtləri nəzərə alınaraq qiymət verilməlidir

... Azərbaycan   1993- cü ilin 2 aprelində  Kəlbəcərin işğalı nəticəsində məruz qaldığı hərbi – siyasi  böhrandan çıxmağa  başlamışdı. Murov və Fizuli istiqamətində düşmənin irəliləyişi dayandırılmış, əkshücum əməliyyatları nəticəsində bir sıra mövqelər geri qaytarılmışdı. Ölkədə siyasi sabitliyin pozulması  istiqamətində meyl və cəhdlərin qarşısı əsasən  alınmışdı... İldə dörd dəfəlik hərbi çağrış sisteminə keçilmiş, ilk çağrış artıqlaması ilə həyata keçrilmişdi.  Türkiyə dövləti ilə əldə olunmuş razılaşmılara əsasən  türk ordusunun 500  zabiti hərbi müşavir qismində çağrışçıların təlimində iştirak edirdi. Daha 1000 hərbi mütəxəsisin gəlməsi gözlənilirdi...1993- cü ilin aprelin 30-da BMT  TŞ- nın Erməni silahlı birləşmələrinin Kəlbəcərdən və işğal edilmiş digər ərazilərdən çıxarılmasını tələb edən 822- N- li Qətnaməsi qəbul edildi.... İyulda aparıcı dünya şirkətləri ilə Xəzər neftinin hasilatına dair  neft müqaviləsinin imzalanması  razılaşdırılıb,  qərarlaşdırılmışıdı. Bakı-Ceyhan neft kəmərinin çəkilməsi barədə 1993- cü ilin martın 9- da İstambulda imzalanmaış dövlətlərarası sənədə əsasən lahiyələndirilmə işləri sürətlə həyata keçirilirdi...   ABŞ- Rüsiya - Türkiyənin vasiyəçiliyi ilə aparılan  danışıqlarında sülh sazişinin ilkin şərtlərini ehtiva edən və  böyük sülh müqaviləsiniə keçid kimi nəzərdə tutulan “Nizamasalmanın təcili addımları”  sənədi   barədə informasiyalar dünya mediasının diqqətində idi. Müharibə 1993- cü ilin yayında  Azərbaycanın beynəlxalq  ərazi bütövlüyü və suverenliyi tam şəkildə bərpa edilib saxlanılmaqla   qurtarır, ölkənin və regionun tarixində təmamilə fərqli perspektivlər açan yeni  mərhələ başlanırdı...

 

-Əbülfəz bəy, Azərbaycan ordusu ciddi məğlubiyyətə uğrayıb. Erməni silahlı birləşmələri Azərbaycan ərazisinin əhəmiyyətli hissəsini –Kəlbəcər rayonunu və Fizuli rayonunun bir hissəsini zəbt etmişlər. Necə baxırsınız, bu sülh persrektivlərini uzatmırmı?

-Kəlbəcərdəki məğlubiyyət bizim üçün çox böyük zərbədir. Bu evini- eşiyini itirmiş, yerindən yurdundan didərgin salınmış on minlərlə adam üçün əsil faciədir. Buna baxmayaraq mən heç də belə düşünmürəm ki, Kəlbəcər faciəsi mütləq sülh perspektivinin uzanması ilə nəticələnməlidir.

Hər şeydən əvvəl bu faciə digər ölkələri – Amerikanı, Rusiyanı, İngiltərəni bir qədər fəallaşmağa məcbur etdi. Klintonun mənə göndərdiyi teleqramda açıq – aydın göstərilir ki, ermənilər işğal etdikləri ərazilərdən çıxmalıdırlar. İran və Türkiyə sərt mövqe tutdular. Biz müdafiəmizi möhkəmləndiririk, hərbi cəhdlərimizi artıracağıq və belə düşünürəm ki,həm ordumuzun, həm dünya birliyinin təzyiqi ilə ermənilər işğal etdikləri ərazilərdən çıxmağa məcbur olacaqlar. Eyni zamanda indiki vəziyyət əgər dünya birliyini əgər münaqişəyə fəal siyasi müdaxiləyə cəlb edərsə, ermənilərin qələbəsi onlar onlar üçün (yəqin ki, “ermənilərin” yox, erməni ekspansionistlərinin demək daha düzgün olardı, çünki sadə ermənilər də bütün normal insanlar kimi  sülh yaranmasında maraqlıdırlar)  məğlubiyyətə çevriləcəkdir.  Məsələ burasındadır ki, ayrı- ayrı- ölkələrdə erməni lobbisi və erməni təbliğatından, antiislami mülahizələrdən irəli gələn ermənirərəst övqat nə qədər güclü olsa da iş sülh prinsiplərinə gəlib çatanda  Həm BMT, həm ATƏM, həm də bu ölkələr hər şeydən əvvəl beynəlxalq hüquqa əsaslanacaqlar. Bizə isə məhz bu lazımdır.

  Ermənilərin hərbi uğurlarının başqa bir vacib aspekti də var.  Bilirsiniz ki, Ter- Petrosyan onu kifayət qədər aqressiv olmamaqda, “kompromisə hazır olmaqda” günahlandıran daşnak müxalifətinin qızğın hücumlarına məruz qalmışdı.  Onun vəziyyəti o qədər sabit deyildi ki, sülh üçün hansısa addımlar ata bilsin. Və mən onu da düşünürəm ki, ola bilsin Kəlbəcər əməliyyatının bir məqsədi də  Ter- Petrosyanın mövqeyini möhkəmləndirmək olub. İndi isə ola bilsin (və belə ümid etməyə əsas var)  artıq heç kimin onu  az qala “türklərə satılmaqda”  ittiham edə bilməyəcəyi halda  Ter- Petrosyanın əl- qolu açılacaq və onun partiyası EYH - də, eləcə də digər erməni təşkilatlarıında (misal üçün “Yeni Yol”da) özünü göstərən realist təmayüllər ekstremist və işğalçı  qüvvələr üzərində  qələbə çala biləcəkdir.

-Deməli siz belə hesab edirsiniz ki,  bütün baş verənlərə baxmayaraq  Ermənistan və Azərbaycan sülhə doğru irəliləyir?

-Bəli. Düşünürəm ki, bu hərəkət dərin psixoloji əsaslara malikdir. İrrasional, intihar səciyyəli milli nifrət  alovu qızışmışdı. Çoxmilyonlu kütlələr küçələrə axmışdı. Ancaq bu durum çox davam edə bilməzdi.  İndi bütün bunlar arxada qalıb. İndi ermənilər də əzab əziyyətlərdən beziblər və çox güman ki, əksəriyyətini bircə şey düşündürür – kaş müharibə tezliklə qurtaraydı. Əlbəttə söhbət biabırçı məğlubiyyətdən getmir, ancaq artıq Ermənistanda əksəriyyət sülhə razıdır və çox güman ki, gün- gündən həm bu razılıq, həm də bu əksəriyyət artacaqdır. Elə bizim Azərbaycanın özündə də bu gün əhval- ruhiyyə dünənkindən  fərqlənir. Ola bilsin ki, bizim yorğunluğumuz ermənilərinkindən azdır- necə olsa bizim ehtiyatlarımız zəngin, iqtisadi vəziyyətimiz yaxşıdır.. Ancaq bu yorğunluq gün- gündən  bizdə də artır.. Sühə meyl də güclənir.

-Bəlkə prezidentliyiniz dövründə Azərbaycan da, Ermənistana  güzəştə getməyə o qədər də hazırlıq göstərməyib? Bəlkə elə sizdə də kifayət qədər çeviklik olsaydı müharibə artıq qurtarardı?

-Bəlkə də. Axı indicə dediyim kimi, biz özümüz də dəyişmişik. Ancaq hər halda mən belə hesab edirəm ki, bizi günahlandırmazdan , kompromisə lazımi qədər hazırlıqsızlığı bizə irad tutmazdan qabaq Ermənistan tərəfindən ən asan və təbii addımlar atmağı tələb etmək lazımdır.. Axı hələ indiyədək Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi  haqda Ermənistan Ali Sovetinin qərarı ləğv edilməyib.  Həmin qərar  haqqında çox az- az xatırlayırlar, ancaq onu ləğv də etmirlər. Bundan başqa həmin Ali Sovetin  başq bir qərarı da var. Həmin qərara görə isə  erməni hökumətinin Dağlıq Qarabağın Azərbaycanın ərazisi olduğuna razılıq verən hər hansı müqaviləsi, yaxud sənədi qabaqcadan qeyri qanuni sayılmışdır. Göründüyü kimi belə vəziyyətdə Ermənistanla danışıqlar üçün hər hansı addımlar atmaq çətindir.

-Hər halda siz elə bir sulh müqaviləsi təsəvvür edirsinizmi ki, tərəflərdən heç biri üçün alçaldıcı olmasın, heç kəs ozünü məğlub olmuş hesab etməsin? Yaxud sərt bir dilemma mövcuddur: ya Qarabağ Azərbaycanda qalır- Ermənistan məğlubiyyətə uğrayıb alçalır, ya da o Ermənistana birləşdirilir- Azərbaycan xar olur?

-Ermənilər özləri üçün müəyyənləşdirməlidirlər ki, bu müharibəni nə üçün aparırlar. Əgər onlar Qarabağı Azərbaycandan almaq üçün vuruşurlarsa, Zaqafqaziyada heç vaxt sülh olmayacaq. Bəlkə də qısa bir fasilə yarana bilər, amma sonra müharibə yenə qızışacaq. Biz Qarabağın bizim olmadığını heç cür qəbul eləyə bilmərik. Qarabağın Azərbaycan ərazisi olması: – hüquqi faktdır, Azərbaycanın sərhədləri dünya birliyi tərəfindən təsdiq edilib və bizim apardığımız müharibə bu mənada sadəcə Qarabağ uğrunda aparılan savaş deyil, beynəlxalq hüquq, sərhədlərin toxunulmazlığı prinsipinin təsdiqi uğrunda aparılan müharibədir.  Azərbaycan dünyanı xaosa doğru aparacaq sərhəd dəyişikliklərinə məruz qalan ilk ölkə olmaq istəmir.

Yox, əgər Ermənistanın məqsədi  Qarabağın qopardılması, sonradan birləşdirilməsi (birbaşa və tezliklə olmasa da bir müddətdən sonra , yəni Qarabağda Azərbaycandan asılılığı itirmiş müstəqil anklav yaradarq  onun Ermənistana “birləşdirilməsi” elan edilsin) deyil,  Qarabağ erməniləri üçün normal yaşayış tərzi, vətəndaş və milli hüquqlardan istifadə üçün təminat əldə etməkdirsə, əgər Qarabağın qopardılması- məhz bu cəhdin ekstremist ifadə formasından başqa bir şey deyilsə, onda elə sülh şərtləri işləmək mümkündür ki, ermənilər də, azərbaycanlılar da  özlərini məqsədlərinə çatmış hesab etsinlər. Özü də bu müvəqqəti deyil, iqtisadi, mədəni və başqa sahələrdə əməkdaşlığımız üçün imkan verəcək daimi sülh şərtləri olar.

Təbiidir ki, bu mürəkkəb məsələdir, bunun üçün böyük iş, həqiqi danışıqlar aparılmalıdır. Qarabağın silahsızlaşdırılması həyata keçirilməli, azərbaycanlıları və ermənilərin yaşadığı hər kənddə polis olmalıdır. Qarabağ erməniləri ilə Ermənistan arasında Laçın yolu ilə əlaqəyə hansı formsdasa elə nəzarət forması tətbiq edilməlidir ki, o həqiqətən də humanitar məqsədlərə xidmət göstərsin. Sülhməramlı qüvvələr lazımdır, üstəlik, yəqin ki, xarici dövlətlərin müqavilə şərtlərini pozan tərəfə iqtisadi sanksiyaları nəzərdə tutan təminatı da zəruridir. Burada digər çoxsaylı problemlər də mövcuddur. Ancaq bütün bu problemlər həll olunandır. Və mən düşünürəm ki, bu problemlərin çoxusu sülh prosesi başlanarsa öz- özünə aradan çıxacaqdır. Çünki indi müharibə inersiyası mövcud olduğu kimi o vaxt da sülh inersiyası yaranacaq və qorxu da, inamsızlıq da aradan qalxacaqdır.Əksinə, sülh və iqtisadi inteqrasiya (sülh yaranarsa, Azərbaycanla Ermənistan arasında iqtisadi inteqrasiya qaçılmaz olacaqdır.) nəticəsində əldə edilə biləcək mənfəəti  itirmək qorxusu meydana çıxacaq.

-Siz deyirsiniz ki, Ermənistan Dağlıq Qarabağı özünə birləşdirmək  qərarını hələ də ləğv etməyib. Axı siz də DQMV- ni ləğv etdiyiniz qərarı qüvvədə saxlayırsınız.

-Artıq DQMV- ni bərpa etmək mümkün deyil. Bu spesefik sovet qurumu idi. İndi  vəziyyət  özgədir  və Qarabağ ermənilərinin milli hüquqlarının təminatı üçün başqa formalar lazımdır. Hansı formalar- bunu artıq ermənilərlə oturub danışmalıyıq.

-Siz  “ermənilərlə danışmalıyıq”  deyəndə Qarabağ ermənilərini nəzərdə tutursunuz?

-Siz yəqin başa düşürsünüz ki, Ermənistanın təsdiq etdiyinin əksinə olaraq Qarabağda yalnız yerli ermənilər vuruşmur. Laçın dəhlizi ilə isə yalnız ərzaq dolu maşınlar deyil, tanklar da keçir. Ermənistanın dediyi fiksiyadır, Ermənistanın özü vuruşur. Ancaq biz Qarabağ erməniləri ilə danışıqların əleyhinə deyilik. Lakin, biz bu danışıqlarda iki təhlükə görürük. Əvvala bu danışıqlar Qarabağın Azərbaycandan ayrılmasına apara biləcək ilk hüquqi addıma çevrilməməlidir. Bu Qarabağın statusu,Qarabağ ermənilərinin Azərbaycandakı hüquqları  haqda danışıqlar olmalıdır.

İkincisi elə bir situasiya yaranmamalıdır ki,müharibənin əsas ağırlığı Azərbaycanın və Ermənistanın üzərinə düşdüyü halda, müharibə başlayandan statusları “yüksəlmiş”  olan Qarabağ liderlərinin (axı bütün Ermənistan və bütün erməni diasporu onlara baxır, onlar indi az qala “hökumət rəhbərləridir”, buna görə də müharibənin davam etdirilməsi müəyyən mənada onlara sərfəlidir.) bütün razılaşmaları pozsunlar.

-Sizcə sülhün bərqərar olması üçün əsas maneə nədir?

-Müharibə inersiyası deyilən bir anlayış var. Müharibəni başa çatdırmaq elə də asan iş deyil. Axı bunu biabırçılıqla bitirmək olmaz, gərək sonra deyə biləsən ki, bunu boş yerə aparmamısan, bu mənasız yerə aparılmayıb, xüsusilə də o vaxt ki, müharibəni sən özün başlayasan. Bundan başqa müharibə bir çoxları üçün özünə şöhrət qazandırmaq, statusunu yüksəltmək (elə həmin Qarabağ ermənilərinin liderlərini götürün, sülh şəraitində onlar kim idilər ki?) vasitəsidir. Digərləri üçün- istər ermənilər, istər bizimkilər, istərsə də həm onlara, həm də bizə silah satanlar arasında belələri çoxdur- müharibə varlanmaq mənbəyidir. Axı hər hansı bir hərbi hücum- kiməsə külli məbləğdə gəlir gətirir. Olduqca nüfuzlu  və müxtəlif qüvvələr üçün Azərbaycan – Ermənistan müharibəsinin sona çatması, balıq tutmaq üçün əlverişli imkan yaradan bulanıq suların durulması deməkdir.

-Siz bu mövzunu ətraflı açıqlamaq istəmirsinizmi?

-Yox ətraflı açıqlamayacam.

-Rusiyanın sülh prosesində rolunu necə görürsünüz?

-Biz istənilən ölkənin və ya beynəlxalq təşkilatın vasitəçiliyini alqışlayırıq, o cümlədən Rusiyanın. Rusiya ilə mehriban qonşu olmaq istəyirik. İstədiyimiz bir şey var ki, o da asılılığa düşməməkdir.  Biz istəmirik ki, müstəqilliyimiz fiksiyaya çevrilsin. Ermənistanda Rusiyanı Zaqafqaziyaya  ”çəkmək”,,  onu  “protektora”, yaxud yenidən “böyük qardaşa”  çevirmək meyli güclüdür. Bu ermənilərin ənənəvi roludur, onlar bu rolu oynamağa az qala I Pyotrun dövründən başlayıblar.

Ancaq mənə elə gəlir ki, Rusiya Sovet İttifaqından ona görə imtina etməyib ki, keçmiş sovet respublikalarını yenidən öz təsiri dairəsində saxlamağa  can atsın. Elə Ermənistanın özündə də  müxtəlif mövqelərə malik qüvvələ var. Müstəqillik ermənilərin də çoxu üçün əzizdir və onlar başa düşürlər ki, bizim (həm  ermənilərin, həm də azərbaycanlıların) müstəqilliyi ilə aramızdakı sülhün bərqərar olması bir- birindən ayrılmaz məvhumlardır. Müharibənin davam etdirilməsi yalnız ağlagəlməz dağıntılar, insanların məhvi və iqtisadi itkilərlə deyil, həm də xalqlarımızın diş və dırnaqla  qazandıqları müstəqillik bahasına başa gələ bilər. Əksinə sülhün əldə edilməsi imperiyanın bərpasına yönəldilmiş bütün cəhdlərə ağır zərbə olar. Və əgər hətta, indi Rusiyada ya müxalifətdə olan, yxud da hökümət struktutrlarının içində altdan altdan işləyən imperiya  qüvvələr  hakimiyyətə gəlsə belə, onlar müharibəsiz, dinc Zaqafqaziyanı,  “Qafqaz ev”ini yenidən özlərinə tabe etdirə bilməzlər.

-Mən sizin qəzetlərdə Ermənistana kömək etdiyi üçün Türkiyənin kəskin tənqid edildiyinin  şahidiyəm.  Siz bu hala necə baxırsınız və ümumiyyətlə Ermənistanla onun “tarixi düşməni” arasında münasibətlərin yaxşılaşması haqda sizin rəyiniz necədir?

-Turqut Ozal bir dəfə məndən soruşmuşdu ki, Türkiyənin Ermənistana çörək verməsinə münasibətim necədir? Mən ona cavab vermişdim ki, çörək silah deyil və ac adama çörək verilməməsi günahdır.

Məncə türklər gələcək tarixi perspektivi düşünərək doğru hərəkət edirlər. Əgər ermənilər indi təcrid olunmaq qorxusundan yaxud Qarabağ müharibəsinə görə ozlərinin başlıca “tarixi düşməni”  ilə barışırlarsa, bundan faydalanmaq lazımdır, çünki bu müharibə də əvvəl – axır bitəcək, ancaq ermənilərlə türklərin qonşuluğu əbədidir. Və əgər türklərə qarşı erməni nifrəti aradan götürülərsə, bu bizim regionun sülh şəraitində inkişafı üçün nəhəng əhəmiyyət daşıyacaqdır. Bununla belə Qarabağ münaqişəsinə münasibətdə Türkiyənin mövqeyi olduqca sərt və birmənalıdır...

Dmitri Furman. “Nezavisimaya qazeta”, 5 may 1993- cü il

(müsahibənin azərbaycan dilində mətni “Azərbaycan” qəzetində 11 may 1993-cü il tarixli sayında “Müharibə- Bir çoxları üçün özünə şöhrət qazandırmaq vasitəsidir” başlığı ilə  çap edilmişdir.)

 Gundemxeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • 1 İLLİK ELÇİBƏY HAKİMİYYƏTİ  DÖNƏMİNDƏ NƏLƏR OLDU?

    1 İLLİK ELÇİBƏY HAKİMİYYƏTİ DÖNƏMİNDƏ NƏLƏR OLDU? ...

    9-01-2015, 12:56

  • 
  • Bu gün Əbülfəz Elçibəyin doğum günüdür

    Bu gün Əbülfəz Elçibəyin doğum günüdür ...

    24-06-2013, 00:46

  • 
  • Azərbaycan XİN cəbhədəki vəziyyət barədə məlumat yaydı

    Azərbaycan XİN cəbhədəki vəziyyət barədə məlumat ...

    2-04-2016, 13:44

  • 
  • İsa Qəmbər- İbrahimbəyov görüşü -Müsavat başqanı: “Çox faydalı görüş oldu...”

    İsa Qəmbər- İbrahimbəyov görüşü -Müsavat başqanı: ...

    31-07-2013, 15:26

  • 
  • Əbülfəz Elçibəyin vəfatından 17 il ötür

    Əbülfəz Elçibəyin vəfatından 17 il ötür ...

    22-08-2017, 10:46


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (82)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
https://betboom.com/az
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu