2021-ci ildə Azərbaycanda müdafiə və milli təhlükəsizlik sahələrinə ayrılacaq vəsait məlum olub.
Bu, gələn ilin dövlət büdcənin layihəsində əksini tapıb.
Bildirilib ki, gələn ilin dövlət büdcəsindən müdafiə və milli təhlükəsizlik sahəsinə 4 585 806 638 manat vəsaitin ayrılması nəzərdə tutulur.
2021-ci ilin dövlət büdcəsindən müdafiə qüvvələri üçün 1 milyard 934 milyon 288 min 659 manat, milli təhlükəsizlik üçün 260 milyon 612 min 183 manat, sərhəd xidməti üçün 281 milyon 620 min 334 manat, müdafiə və milli təhlükəsizlik sahəsində tətbiqi tədqiqatlar üçün 3 milyon 901 min 203 manat, müdafiə və milli təhlükəsizlik sahəsinə aid edilən digər fəaliyyətlər üçün 2 milyard 105 milyon 384 min 259 manat vəsaitin ayrılması proqnozlaşdırılır.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?