Daxili işlər orqanlarının əməkdaşları tərəfindən dekabrın 23-də respublika ərazisində 25 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Onlardan 23-ü yaşadıqları evə qaytarılıb, vəziyyəti ağır olan iki nəfər isə xəstəxanaya yerləşdirilib. 18 nəfər barəsində Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb, istintaq araşdırmaları aparılır.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?