GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » "Müəllimlərin işə qəbul imtahanı formatı dəyişməlidir" - Belə davam edərsə...

"Müəllimlərin işə qəbul imtahanı formatı dəyişməlidir" - Belə davam edərsə...

Tarix: 28-12-2020, 10:48 Bölmə :Cəmiyyət Baxış: 310
"Müəllimlərin işə qəbul imtahanı formatı dəyişməlidir" - Belə davam edərsə...


Müəllim peşəsi haqqında çox sözlər, ifadələr işlədilir. Bu peşə dünyanın ən şərəfli məsləklərindən biri, bəlkə də birincisidir. Cəmiyyət üçün faydalı şəxsiyyətlərin yetişdirilməsində müəllimin rolu böyükdür. Lakin hamı bu ada layiq ola bilirmi? Əlbəttə yox.

Xüsusilə də son zamanlar müəllim adına yaraşmayan şəxslərin məktəblərdə, təhsil müəssisələrində çalışdığını görürük. Sosial şəbəkələri onların bir pedaqoqa uyğun olmayan davranışları “bəzəyib”. Məsələn, karantin rejimini pozan “məşhur” direktorun bayrağı başına taxıb rəqs etməsi hər kəsi qəzəbləndirib. Baxırıq, məyus oluruq. Axı həmin şəxslərə görə müəllimlik də hörmətdən düşür. Ona görə müəllimlərin işə qəbul imtahanından sonra, müsabiqə iştirakçılarının psixoloji testlərdən keçməsi məqsədəuyğundur.

"Şərq" mövzunu ekspertlərlə müzakirə edib. Təhsil eksperti Kamran Əsədov məsələni belə dəyərləndirdi:

“Təhsil sistemində kadr probleminin həlli üç mərhələdə həll edilirdi. 2009-cu ilə qədər problemlərdən biri müəllim kimi çalışan şəxslərin qanunsuz yollarla işə qəbul edilməsi idi. Bu zaman saxta diplomlardan, sənədlərdən də istifadə olunurdu.

Prosesin özünün şəffaf həyata keçirilməsində, uğurlu təhsil üçün faydalı şəxslərin seçilməsində nöqsanlar vardı. 2009-cu ildən etibarən müəllimlərin işə qəbulu mərkəzləşdirildi, 2013-cü ildən proses daha da təkmilləşdirildi.

Xüsusilə bilik və bacarıqları ən yüksək olanlar təhsil sisteminə qəbul edildi. Hazırda qəbul prosesi tamamilə obyektiv və şəffafdır. Amma keyfiyyətlidirmi?

Təəssüflər olsun ki, müəllimlərin işə qəbulunda yalnız iştirakçıların bilikləri yoxlanılır. Onların bacarıqları və psixologiyaları nəzərə alınmır. Dünya təhsil sistemində, xüsusilə də Finlandiyada, Sinqapurda, Cənubi Koreyada müəllim olmaq çətindir. Məsələn, Finlandiyada bakalavrla bərabər magistr təhsili də tələb olunur.

Amma Azərbaycanda kollec məzunu belə müəllim kimi çalışır. İnkişaf etmiş ölkələrdə müəllim olmaq üçün akademik göstərici 80 faizin üzərində olmalıdır. Bizdə qiymətləri 3 olan da müəllim kimi fəaliyyət göstərir. Avropa və Amerika, həmçinin Asiyanın inkişaf etmiş ölkələrində müəllimi işə götürəndə metodikası, psixologiyası, fərdi yanaşması da yoxlanılır. Ailə vəziyyəti belə nəzərə alınır. Məsələn, dünyanın bir sıra ölkələrində övladı olmayan və ya ailəsi dağılmış şəxsləri müəllimliyə qəbul etmirlər. Yəni müəllim seçimində kifayət qədər kriteriyaları var. Seçməklə də iş bitmir. Rusiyada hər il müəllimlər imtahandan keçir. Hər il bilik və bacarıqları yoxlanılır. Müəyyənləşdirilmiş kriteriyalara cavab verirsə, əmək müqaviləsi yenidən bağlanır, işə davam edir. Azərbaycanda da bu sistem tətbiq edilməlidir”.

K.Əsədov deyib ki, imtahanda yüksək bal toplayan müəllimlərdən sinifdə jurnal belə yaza bilməyənləri var:

“Deməli, müəllimlərin işə qəbul imtahanı qısa müddət üçün həyata keçirilir. Lakin bu iş mərhələli şəkildə aparılmalıdır. Həm biliyi, həm məntiqi, həm düşünmə tərzini, həm də psixologiyasını yoxlamaq lazımdır. Yekunda göstəriciləri yüksək olsa əmək müqaviləsi imzalanar.

Bu gün müəllimlərin şagirdlərə, tələbələrə yanlış rəftarının, cəmiyyətdə onlara qarşı yaranan aqressiyanın kökündə də psixoloji yoxlanışın olmaması dayanır. Ona görə müəllimlərin işə qəbul imtahanının formatı dəyişməlidir. Öncə psixologiyaları yoxlanılmalıdır, sonra biliyə baxılmalıdır. Savadlı ola bilər. Lakin hər savadlı insan mütəxəssis deyil. Müəllimlik tamam başqa sahədir.

Həkim kimi səhv işləyib xəstəni öldürə, sürücü kimi maşını idarə etməyi bacarmaya bilər. Lakin müəllim bir nəsli məhv edir. Sinifdə 30 uşaq varsa hamısının gələcəyinə təsir göstərir. Ona görə bu sahə təkmilləşdirilməlidir”.

Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri, psixoloq Elnur Rüstəmov isə bir sıra ölkələrdə müəllimlərin psixoloji testlərdən keçdiyini söyləyib: “Məsələn, Türkiyənin təhsil sistemində istər məktəb rəhbərlərinə, istərsə də müəllimlərə mütəmadi olaraq psixoloji treninqlər təşkil edilir. Eyni zamanda onlar işə qəbulda psixoloji testlərdən keçirilir.

Bu işdə məktəb direktorları, müəllimlər, şagirdlər və məktəb psixoloqlarına, valideynlərə psixoloji yardım nəzərdə tutulur. 2020-ci ilin aprel ayında Nazirlər Kabineti tərəfindən ümumtəhsil müəssisələrində psixoloji təlimin təşkili ilə bağlı qaydalar təsdiq olunub. Orda bütün məsələlər öz əksini tapıb. Yalnız həyata keçirmək qalır.

Məktəb direktorları imtahan verib, seçilirlər. Həm də onlar müəyyən müddət məktəbə rəhbərlik edə bilirlər. İslahatlar mərhələli həyata keçirilir. Əlbəttə, işə qəbulda məktəb direktorları, müəllimlər mütləq şəkildə psixoloji testdən keçməlidirlər. Bu sistem tətbiq olunsa, Azərbaycan təhsili qazanacaq. Bir çox problemlərin qarşısı alınacaq”.

Gundemxeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Müəllimlərin imtahanı başladı

    Müəllimlərin imtahanı başladı ...

    16-12-2015, 18:17

  • 
  • Mikayıl Cabbarov müəllimlərin maaşlarının artırılmasından danışdı

    Mikayıl Cabbarov müəllimlərin maaşlarının ...

    22-11-2013, 15:05

  • 
  • Müəllim olmaq üçün qeydiyyatdan keçənlərin sayı açıqlanıb

    Müəllim olmaq üçün qeydiyyatdan keçənlərin sayı ...

    17-07-2017, 15:07

  • 
  • 50 min nəfər müəllim olmaq istəyir

    50 min nəfər müəllim olmaq istəyir ...

    15-07-2017, 21:15

  • 
  • 16 min müəllim iş istəyir

    16 min müəllim iş istəyir ...

    5-07-2017, 12:50


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (522)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu