GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » "Ombudsman Səbinə Əliyevanın bu sahədəki fəaliyyəti ürəkaçan deyil" - FAKTLAR

"Ombudsman Səbinə Əliyevanın bu sahədəki fəaliyyəti ürəkaçan deyil" - FAKTLAR

Tarix: 10-01-2021, 11:37 Bölmə :Cəmiyyət Baxış: 399
"Ombudsman Səbinə Əliyevanın bu sahədəki fəaliyyəti ürəkaçan deyil" - FAKTLAR


Yenixeber.org: İstənilən müharibə üç istiqamətdə aparılır: diplomatik, hərbi və ideoloji sahədə. İkinci Qarabağ müharibəsində Azərbaycan hər üç cəbhədə Ermənistandan güclü idi. Ona görə də cəmi 44 günə düşməni diz çökdürdük. Amma istər 6 həftəlik müharibə vaxtı, istərsə də ondan sonrakı dövrlərdə cərəyan edən hadisələr göstərdi ki, bəzi dövlət və qeyri-hökumət təşkilatları hələ də öz işlərini günün tələbləri səviyyəsində qura bilmir. Onlar dövlət başçısının çağırışlarından və hadisələrin inkişafından çox geri qalırlar. Həmin qurumlardan biri də İnsan Hüquqları üzrə Müvəkkildir. Bu qurum bəzi təşkilatlar kimi hadisələrin arxasınca sürünür. Halbuki son 4 ayda baş verənlər Ombudsman aparatına geniş spektirli fəaliyyət üçün kifayət qədər əsaslar verib. Çünki müharibədə hamı qalib kimi geri qayıtmır. Nə qədər insan həyatını itirir, nə qədər insan itkin düşür.

Hələ əsir düşənləri demirəm. Bax, itkin və əsir düşən insanların taleyinə uğurlu sonluq gətirmək İnsan Hüquqları üzrə Müvəkkilliyin bilavasitə vəzifəsidir. Çox təəssüf ki, Azərbaycanın Ombudsmanı Səbinə Əliyevanın bu sahədəki fəaliyyəti çox zəifdir. Bizim Ombudsmanın fəaliyyəti ermənistanlı həmkarı Armen Tonoyanın iş prinsipləri ilə qətiyyən müqayisəyə gəlmir. Son 4 ayda Tonoyan harda aş, orda başdır. Və bəzən elə çıxışlar edir ki, görürsən bu məsələ heç onun səlahiyyətinə də aid deyil.

Prezident İlham Əliyev bu günlərdə bəyan etdi ki, “10 noyabr anlaşmasından sonra əsir götürülən silahlı ermənilər “hamının hamıya” prinsipi ilə dəyişdirilməyəcək. Əksinə, həmin əsirlər terrorçu kimi Azərbaycan qanunları ilə mühakimə olunacaq”. Cənab Prezidentin bu bəyanatına Ermənistanda ilk reaksiya verən ombudsman Armen Tonoyan oldu. Özü də tipik erməni həyasızlığı ilə. “Armenpress”ə müsahibəsində Armen Tonoyan bu məsələ barədə belə açıqlama verdi: “Bütün erməni əsirləri azad edilməli və Ermənistana qaytarılmalıdır. Bu, dərhal və ilkin şərtlər olmadan edilməlidir”.

İfadələrdəki tonu görürsünüz? Xahiş yox, tələb edir. Əlbəttə ki, Tonoyan qələt edib, başını Paşinyanın dizinə döyür. O, bu cür danışıqları ilə atı daşlığa sürür. Və nəticədə özlərinin işini çətinə salır. Çünki qayda var – bükə bilmədiyin əli öpmək məcburiyyətindəsən. İndiki vaxtda Tonoyan kimilərinin bu ton danışıqları heç kimə, ən əsası da Ermənistana xeyir gətirməz. Müharibənin qanunlarına görə qaliblərdən tələb yox, xahiş edilə bilər. Hələ o xahişi də baxır kim edə bilər. Amma hər halda Tonoyan o statusda deyil. Hələ demirəm ki, bu xahişi Paşinyan da etsə, Bakı onu eşitməyəcək. Çünki prezident İlham Əliyev dəfələrlə söyləyib ki, “Mən qarşı tərəf kimi yalnız Rusiyanı tanıyıram”. Deməli, Azərbaycandan bu xahişi ancaq və ancaq Vladimir Vladimiroviç edə bilər. Bu məsələnin bir tərəfi.

Lakin məni narahat edən məsələnin digər tərəfidir. Niyə Səbinə Əliyeva çıxıb demir ki, “ay tünbətünün oğlu, Birinci Qarabağ müharibəsində itkin və əsir düşmüş 800-dən çox, İkinci Qarabağ müharibəsində isə 100-ə yaxın Azərbaycan vətəndaşlarını geri qaytarın, sonra xahişinizi edin”. Kimə deyirsən. Ombudsmanımız bu cür “siyasi” işlərə qarışmır. Onun bacardığı ən yaxşı iş əsirlikdən geri dönən insanlarla şəkil çəkdirməkdir.

Həə, bir də yadıma düşdü. Səbinə xanımın qanunları pozmaq şakərliyi də var. Xatırlayırsınızsa, karantinin şıdırğı vaxtında həyat yoldaşı Siyavuş Novruzovla birgə Ramiz Mediyevin nəvəsinin toyunda qəşəngcə əylənib, çoxlu şəkil çəkdirmişdi. Heç buna görə facebook səhifəsində yalandan olsa da, üzr də istəmədi. Amma Səbinə xanımın əri Siyavuş müəllim dedi ki, “Mən kişiyəm, çağrılan yerə də gedirəm”. Doğrudur, o məsələyə görə Siyavuş müəllim bəzi imtiyazlardan və postlarından məhrum oldu. Amma Səbinə xanım 200 manat cərimə ilə “işi bağladı”.

Nə isə, Səbinə xanım… Deməyim odur ki, Arman Tonoyana baxıb gözünüzə su verin. Nə olar informasiya aclığı çəkən mətbuatımızı, əsasən televiziyalarımızı arada başınıza yığın, həm bir az danışın, həm də şəkil çəkdirin. Qoy, dünya görsün ki, Azərbaycanda Ombudsman aparatı var.

Onsuz da Avropadakı bəzi qurumlar insan haqları ilə bağlı əl-ayağımızı yeyir. Bu həm də, onlara bir cavab olardı. Hələ onu demirəm ki, siz gərək çoxdan Avropanın insan haqları məhkəməsinə və digər insan haqları institutlarına müraciətlər etməliydiniz. Azərbaycan həqiqətlərini onların gözünə soxmalıydınız və bitərəfli mövqelərinə görə ən azı etirazınızı bildirməliydiniz.

Hələ onu demirəm ki, Gəncədə, Mingəçevirdə, Bərdədə, Tərtərdə, Yevlaxda və digər bölgələrimizdə ermənilərin təcavüzü nəticəsində ölən körpələrin, qadınların və digər dinc sakinlərin hüquqlarını müdafiə etmək sizin birbaşa səlahiyyətinizə aid məsələdir. Vətəndaşlıq borcunu bir tərəfə qoyuram. Çünki çoxları kimi siz də azərbaycanlı olmaqdan, daha çox Avropalı kimi olmaq və görünmək istəyirsiniz. Bunu ona görə deyirəm ki, Ramiz Ənvəroviçin nəvəsinin toyunda Səbinə xanımın taxdığı “yevropeyski” zinyət əşyalarının və əlbisənin ən azı 30-40 min manat qiyməti vardı. Bu “summa” isə mənim kimilərin 10-15 illik mirzəlik haqqına bərabərdir.

Nəhayət, Səbinə Əliyevadan və onun kimi yüksək çinli məmurlardan soruşmaq istəyirəm bəs niyə axı? Gərək hər məsələyə dövlət başçısı münasibət bildirsin? Hər gədənin ağzından Prezident vursun? Bəs onda bu qədər qurumlar, bu qurumlardakı o qədər rəhbərlər, o rəhbərlərin ətrafındakı bir “düjün” məmur ordusunun vəzifəsi nədir? İşıqlı kabinetlərdə oturub, bahalı maşınlarda gəzib, kasıb-kusubun ödədiyi vergilər hesabına yüksək məbləğdə maaş almaq? Və arada bir təbəssüm edərək şəkil çəkdirmək? Məncə yox. Bu gün hər birimiz öz sahəsində müsəlləh əsgər olmalıdır. Ən başlıcası və hər kəs sözdə yox, əməldə Prezidentə və xalqa sədaqətini sübut etməlidir… Elə deyilmi, Səbinə xanım?!...

Surxay Atakişiyev/konkret.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İtkin düşən, əsir və girov götürülən azərbaycanlıların sayı açıqlandı – Rəsmi

    İtkin düşən, əsir və girov götürülən ...

    26-07-2018, 15:09

  • 
  • Hökumətin, ombudsmanın, Dövlət Komitəsinin hesabatına baxılma müddəti təxirə salındı

    Hökumətin, ombudsmanın, Dövlət Komitəsinin ...

    1-04-2020, 12:15

  • 
  • Ombudsman sərhəddəki təxribatla bağlı açıqlama yaydı

    Ombudsman sərhəddəki təxribatla bağlı açıqlama ...

    13-07-2020, 10:14

  • 
  • İtkin düşmüş 38 nəfərin taleyinə aydınlıq gətirildi

    İtkin düşmüş 38 nəfərin taleyinə aydınlıq ...

    18-06-2013, 19:42

  • 
  • PKK 21 hərbçini öldürüb, əsir alınanlar var - Təcili

    PKK 21 hərbçini öldürüb, əsir alınanlar var - ...

    7-09-2015, 17:41


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (522)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu